Müstəmləkəçi Fransa işğalçı Ermənistana havadarlıq edir

Azərbaycan yalnız öz sərhədləri daxilində deyil, yerləşdiyi regionda, eləcə bütün dünyada sülhün, sabitliyin tərəfdarıdır bunu bütün fəaliyyəti, xoş məramı ilə təsdiq edir.

44 günlük Vətən müharibəsində ərazilərində otuz ilə yaxın davam edən  işğala son qoyan, 2020-ci il noyabrın 10-da işğalçı Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur edən Azərbaycan öz böyük humanizmini müharibədən sonra məğlub ölkəyə sülh təklif etməsi ilə bir daha göstərdi. Təəssüf ki, Ermənistan imzaladığı üçtərəfli Bəyanatın şərtlərinə əməl etməkdən yayınaraq iki ölkə arasında normallaşmaya, sülhün bərqərar olunmasına hələ əngəl yaratmağa cəhd edir.

İyulun 5-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşündəki çıxışında Azərbaycan Prezidenti İlham Əliyev bildirdi ki, əgər Ermənistan həqiqətən regionda çoxdan gözlənilən sülhdə maraqlıdırsa, onda onun silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsindən tamamilə çıxmalıdır.

Ermənistan sülhlə bağlı baş tutan üçtərəfli görüşlərdə  Qarabağı Azərbaycan ərazisi kimi tanıdığını rəsmən bəyan edir. Buna baxmayaraq, hələ Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağ bölgəsindən silahlı tör-töküntülərini çıxarmır. Bununla da ölkəmizə qarşı ərazi iddiasından əl çəkmədiyini məramının sülhə xidmət olmadığını nümayiş etdirir.

Əslində, zəif olduğunu yaxşı bilən, hər zaman öz gücünə deyil, başqalarına arxalanan Ermənistan məkrli mövqeyindən uzaqlaşmayıb. Yenə xarici havadarlarının ətəyindən bərk-bərk yapışaraq onların şirin vədlərinə uyaraq istədikləri havaya oynayır. Üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməklə, ölkəmizə qarşı təxribatlar törətməklə, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində Laçın yolunda nəzarət-keçid məntəqəsi qurmasını "blokada" kimi dünyaya çatdırmağa çalışmaqla yalnız iki ölkə arasında deyil, bütün regionda sülhün bərqərar olmasına əngəl törədir. Ermənistan separatçılara açıq dəstək verir, onları silahlandırır, eyni zamanda da Qarabağda yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiya olunmasına maneçilik yaradır.

Ədalət, sülh naminə Ermənistan dünyanın bütün dövlətləri tərəfindən mənfur əməllərinə görə qınanmalı, doğru yola dəvət olunmalıdır. Lakin Fransa kimi müstəmləkəçi dövlət işğalçı Ermənistanın vaxtilə azərbaycanlılara qarşı törətdiyi qətliamları, soyqırımlarını "unudur" bu gün ölkəmizə qarşı təxribatlar törətməsinə siyasi dəstək verir. Öz tarixi qanlı cinayətlərlə, terrorla ləkələnmiş, əli milyonlarla əlcəzairlinin qanına batmış Fransa bununla faşizm xislətini bir daha ortaya qoyur.

Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşündəki çıxışında Prezident İlham Əliyevin dediyi kimi, Fransa hətta Korsika dilinə qadağa qoyur etnik azlıqlar konsepsiyasını qəbul etmir, lakin eyni zamanda özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Dövlətimizin başçısı bildirdi ki, bu, riyakarlıq ikili standartlardan başqa bir şey deyil, Fransa hakimiyyəti başqalarına mühazirə oxumağa cəhd etmək əvəzinə, öz ölkəsində bu cür narahatedici meyillərlə mübarizə aparmalıdır.

Azərbaycanın neokolonializm meyillərinin artmasından olduqca narahat olduğunu qeyd edən dövlətimizin başçısı dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatının keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməli olduğunu söylədi: "Neokolonializmi hələ davam etdirən ölkələrdən biri Fransadır. Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir".

Dövlət başçısı İlham Əliyev nəzərə çatdırdı ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib. Dövlətimizin başçısı hələ Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərinin müharibə qənimətləri kimi saxlanılmasının utancverici iyrənc hərəkət olduğunu bildirdi: "Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".

Prezident İlham Əliyev qeyd etdi ki, özünü yalandan insan haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ digər ölkələrin daxili işlərinə qarışır. Dövlətimizin başçısı Fransa qoşunlarının bu yaxınlarda Mali Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdiyini vurğuladı: "Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək, geosiyasi rəqabət, xarici hərbi mövcudluq "Orientalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

Prezident İlham Əliyev vurğuladı ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən digər ölkələrdən üzr istəməlidir.

Bakıda keçirilən növbəti mötəbər beynəlxalq görüşdə Azərbaycan Prezidenti bu günlər Fransada baş verən bütün dünyanın diqqət mərkəzində olan hadisələrdən danışdı, Fransada, xüsusilə mediada internetdə müəyyən etnik azlıqlara qarşı davamlı geniş şəkildə yayılmış irqçi, ayrı-seçkilik salan fikirlərin, rəsmi şəxslər parlamentin iki palatasının üzvləri tərəfindən irqi nifrət xarakterli çıxışların getdikcə artmaqda olduğunu söylədi. Dövlətimizin başçısı bu yaxınlarda əlcəzairəsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsinin bu ölkədə irqçiliyin islamofobiyanın daha bir əlaməti olduğunu qeyd etdi: "Bu baxımdan, biz BMT-nin polisin atəş açmasını pisləyən Fransanı "hüquq-mühafizə orqanlarında irqçilik ayrı-seçkiliyin dərin problemlərini ciddi şəkildə həll etməyə" çağıran bəyanatını dəstəkləyirik".

Zöhrə FƏRƏCOVA, Müstəmləkəçi Fransa işğalçı Ermənistana havadarlıq edir

6–7 минут

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2023.- 8 iyul.- S.10.