İpək Yolufestivalı çərçivəsində ŞəkininZirvəFolklor Ansamblının konserti olub

 

Şəkiİpək Yolu” XII Beynəlxalq Musiqi Festivalı sona yaxınlaşır. Festival çərçivəsində iyulun 7-də “Yuxarı Karvansaraymehmanxana-kompleksində ŞəkininZirvəFolklor Ansamblının konserti olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konsertin əvvəlindəZirvəFolklor Ansamblı haqqında məlumat verilib. Qeyd olunub ki, ansambl 2017-ci ildə Şəki Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Eldar Rəcəbovun təşəbbüsü ilə yaranıb. Ansamblın üzvləri qədim milli xalq çalğı alətlərində - tar, ud, çəqanə, kamança, topuz, baş tar, qanun, nağara, balaban digər alətlərdə ifa edirlər. Ansambl ilk dəfə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş tədbirdə çıxış edib. Kollektiv daha sonra İncəsənət Məktəbinin yaranmasının 80 illiyinə həsr olunmuş yubiley tədbirində, həmçinin dövlət əhəmiyyətli bir çox tədbirlərdə iştirak edib, tamaşaçı rəğbəti qazanıb.

Daha sonra folklor ansamblı çıxış edib.

 

Azərbaycan.-2023.- 8 iyul.- S.11.