Azərbaycan iki sivilizasiya arasında körpü rolu oynayır

 

Fransa isə islamofobiya siyasətinin mərkəzinə çevrilir

 

Tarixi ənənələrə nəzər salsaq görərik ki, multikulturalizm tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olmuşdur. Bu gün milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq, bu həyat tərzi Azərbaycanın hər bir vətəndaşının gündəlik həyat tərzidir.

Ölkəmizin ərazisində yaşayan digər etnik xalqlar dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmışdir.

Təəssüf doğuran haldır ki, dünyaya "mədəniyyət ixrac edən" bəzi Avropa ölkələrində mövcud milli-mədəni müxtəliflik etnik-dini dözümlülük mühiti yox dərəcəsindədir. Hələ bu azmış kimi, bu cür ölkələr özlərini dünyanın yeganə mono-etnik dövləti olan Ermənistanın  hamisi, vəkili kimi aparmaqdan çəkinmir. Bu azmış kimi, qeyri dinlərin nümayəndələrinə, xüsusilə müsəlmanlara qarşı dini ayrı-seçkilik edirlər.

Bəli, islamofobiya hazırkı günümüzdə dözülməz həddə gəlib çıxıb. Dünyanın bir çox yerində, o cümlədən Fransada müsəlmanlar güllələnir ya digər alçaldıcı hərəkətlərə məruz qalırlar. Xüsusilə qadınlar daha çox hədəf götürülür. Gender məsələsində, həmçinin müsəlman qadınlarının libası terrorçu geyimi olaraq qələmə verilir.

Fransa mediasında etnik azlıqlara qarşı davamlı olaraq irqçi, ayrı-seçkilik  təbliğ olunur. Rəsmi şəxslər tərəfindən, xüsusilə parlamentin iki palatasının millətçi üzvlərinin irqi nifrət xarakterli çıxışları getdikcə artmaqdadır. Bu yaxınlarda Əlcəzairəsilli 17 yaşlı yeniyetmənin Fransa polisi tərəfindən qətlə yetirilməsi bu ölkədə irqçiliyin islamofobiyanın daha bir təsdiqidir. Bildiyimiz kimi, Fransa tarixi soyqırımlarla zəngin olan bir olkədir. Dünyanın müxtəlif yerlərində milyonlarla insanın amansız qəddarlıqla qətlə yetirilməsi ilə ad çıxarması təsadüfi deyil. Xüsusilə 1,5 milyona yaxın əlcəzairlini qətlə yetirən, hələ Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümüklərini müharibə qənimətləri kimi saxlayan Fransa tarixi ənənəsinə bu gün sadiq olduğunu isbat etməkdədir.

Öz ölkəsində milli azlıqları basqı altında saxlayan, Korsika dilinə qadağa qoyub heç bir etnik azlıqlar konsepsiyasını qəbul etməyən Fransa özünü Azərbaycandakı erməni milli azlığının müdafiəçisi kimi göstərməyə çalışır. Bu mövqeyindən utanmayan Fransa Prezidenti Emmanuel Makron müsəlman azərbaycanlı olduğuna görə indiki Ermənistan ərazisindən təkcə 1988-ci ildə 300 min azərbaycanlının 11 gün ərzində Qərbi Azərbaycandan qovulmasına işgəncələrə məruz qalmasına isə göz yumur. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi: "Özünü yalandan insan haqlarının beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransa hələ digər ölkələrin daxili işlərinə qarışır. Fransa qoşunlarının bu yaxınlarda Mali Burkina-Fasodan çıxarılması onun Afrikadakı amansız neokolonializm siyasətinin uğursuzluğa məhkum olduğunu bir daha göstərdi. Təəssüf ki, Fransa Azərbaycanın Qarabağ bölgəsində erməni separatizmini dəstəkləyərək geosiyasi rəqabət, xarici hərbi mövcudluq "Oriyentalizm" müstəmləkəçilik siyasəti ilə Cənubi Qafqaz regionunda da eyni mənfur təcrübəni tətbiq etməyə çalışır".

Bu gün müstəqil siyasət aparan, heç bir kənar təzyiqin, "hegemon" dövlətin  qarşısından geri çəkilməyən ölkəmiz dünyada islamofobiyaya qarşı mübarizənin önündə gedir. Azərbaycan bu gün iki fərqli sivilizasiya arasında körpü rolunu oynamaqla Şərq Qərb yarımkürələrində öz nüfuzunu gücləndirir, bütün dünyaya örnək ola biləcək siyasət yürüdür.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 9 iyul.- S.1;4.