Ədaləti Azərbaycan təmin edir

 

İkinci Qarabağ müharibəsindən sonra regionda sülhün, təhlükəsizliyin təmin olunması üçün bütün imkanlarını səfərbər edən, qalib ölkə kimi məğlub Ermənistana sülh müqaviləsi imzalamağı təklif edən Azərbaycanın atdığı addımlar yenə qısqanclıqla qarşılanır.

Azərbaycana qarşı ittihamlar səsləndirilir, sülh müqaviləsinin şərtləri sırasına yenidən "status" məsələsinin daxil edilməsinə cəhd göstərilir.     

Lakin hər kəsə bəllidir ki, bu gün bölgədə söz sahibi Azərbaycandır. Məğlub Ermənistan onun bəzi xarici himayədarları isə ölkəmizi qisasçılıqda ittiham etsələr , bu çirkin kampaniyanın heç bir əhəmiyyəti yoxdur. Çünki İlham Əliyevin söylədiyi kimi, "Bizim iradəmizə heç kim təsir edə bilməz. Əgər Vətən müharibəsi dövründə bizim iradəmizə heç kim təsir edə bilmədisə, bu gün təbii ki, heç kim təsir edə bilməz. Yenə deyirəm, biz haqq-ədaləti tələb edirik".

Prezident bildirir ki, bu gün Ermənistanla aparılan sülh danışıqlarının yekunlaşması həm Azərbaycana, həm daha çox Ermənistana lazımdır. Sülh anlaşması beynəlxalq hüququn norma prinsipləri əsasında imzalanmalı, anlaşmada postmüharibə reallıqları nəzərə alınmalıdır. Əgər Azərbaycanın tələbləri, şərtləri nəzərə alınmasa, sülh mümkün olmayacaq bu da əlbəttə ki, Hayastanın acınacaqlı vəziyyətə düşməsi ilə nəticələnəcək.   

Təbii ki, ölkəmizin mövqeyi hər zaman olduğu kimi, yenə beynəlxalq hüquqa ədalətə söykənir. Bu səbəbdən Azərbaycan heç nədən çəkinməyərək öz işini görür. Prezident bildirib ki, heç bir qüvvə iradəmizi qıra bilməz. İstənilən qüvvəyə lazımi yerdə layiqli cavab verilir.

İqtisadi siyasi müstəqilliyini təmin edən Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyev "dəmir yumruq"la 44 günə azad etdiyi torpaqlarımızı "dəmir iradə" ilə yenidən qurur. Özü daha möhtəşəm,  daha əzəmətli. Artıq İlham Əliyevin müəyyənləşdirdiyi Böyük qayıdışa dair dövlət proqramının da icrasına başlanılıb. Qarabağ Şərqi Zəngəzurda həyat yenidən qaynayır. Bununla da İlham Əliyev dünyaya Azərbaycanla Ermənistanın fərqini göstərir. Doğma torpaqlarımızda dalğalanan bayrağımız isə düşmənlərə, onların havadarlarına gözdağı verir.

İlham Əliyevin söylədiyi kimi: "Biz qalib gəlmişik, biz qan tökmüşük, şəhidlər vermişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Biz öz torpağımızda müharibə aparmışıq bu gün öz torpağımızda yaşayırıq yaşayacağıq".

Hələlik isə Azərbaycan özünü təmkinlə aparır. Son iki il yarım ərzində Azərbaycan bir neçə dəfə məcbur olub Ermənistan tərəfinə gücünü göstərib. Bütün bular isə haylara bir mesaj olub. Azərbaycan məğlub ölkəyə separatçılara siqnal göndərib ki, özlərini yaxşı aparmasalar, imzalarına hörmət etməsələr, nəticə onlar üçün acınacaqlı olacaq.

Ümumiyyətlə, son aylarda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində danışıqların xeyli intensivləşdiyi zamanda revanşistlər yenə aranı qarışdırmağa cəhd edirlər. Laçın sərhəd-buraxılış məntəqəsində baş verən silahlı toqquşma, hərbi qulluqçumuzun yaralanması, müxtəlif istiqamətlərdə mövqelərimizin atəşə tutulması bunu təsdiqləyən reallıqdır.

Sülh danışıqlarına gəlincə, təkcə may-iyun aylarında həm ölkə liderləri, həm XİN başçıları arasında Vaşinqtonda, Brüsseldə, Moskvada Kişineuda keçirilən görüşlərdəki müzakirələr, əldə olunan razılıqlar onu deməyə əsas verir ki, tərəflər sülhə bir qədər yaxınlaşıblar. Bu ilin sonuna qədər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına ümidlər böyükdür.

Xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı da bu məsələyə toxunaraq vurğulamışdır ki, Ermənistan Azərbaycan arasında təxminən otuz ildir davam edən silahlı münaqişənin başa çatması hər iki dövlətin bir-birinin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət etmək öhdəliyi götürməsi ilə iki ölkə öz müstəqilliklərini bərpa etdikdən sonra ilk dəfə olaraq sülh əlçatandır.

Kişineuda Prezident İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən üçtərəfli, eləcə Almaniya Kansleri Olaf Şolts Fransa Prezidenti Emmanuel Makronun da  qatıldığı beştərəfli qeyri-rəsmi görüşü sülh prosesinin tərkib hissəsi kimi dəyərləndirmək olar. Düzdür, bu görüşlərdə heç bir qərar qəbul olunmasa da, tərəflər bunu Brüsseldə keçiriləcək növbəti toplantıya yaxşı hazırlıq kimi qiymətləndirir.

Bəllidir ki, Azərbaycan qalib tərəf kimi Ermənistana münaqişədən sonrakı normallaşma gündəliyini təklif edib. Hər iki tərəf bir-birinin suverenliyinin, ərazi bütövlüyünün dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması onlara hörmətə əsaslanan dövlətlərarası münasibətlərin çərçivəsini təşkil edəcək ikitərəfli sazişin mətni üzərində danışıqlar aparır. Ermənistanda bir ara müharibə cağırışı hökm sürürdüsə, bu gün ermənilər dərk edirlər ki, müharibə onları xilas edə bilməyəcək. Məhz buna görə ermənilər danışıqlar masasında oturmağa məcburdurlar. İndiki reallıq budur ki, ermənilər artıq sülh müqaviləsinin yeganə çıxış yolu olduğunu anlayırlar.

Müharibənin qalib tərəfi olmasına rəğmən Azərbaycan məğlub ölkəyə qurtuluş yolu, hər iki tərəfi qane edəcək sülh modeli təklif edir. Hayastana bəlli olmalıdır ki, boş yerə Qarabağın erməni əhalisi üçün ayrıca "status" iddiasını irəli sürməyin heç bir mənası yoxdur.

Azərbaycan Prezidenti bununla bağlı son sözünü mayın 28-də Laçında bəyan edib. İlham Əliyev deyib ki, "miatsum"un, separatizmin "kitabı bağlanıb", müstəqillik xülyası da statusun dalınca cəhənnəmə göndərilib. Bu gün ermənilərin yaşadıqları Qarabağ bölgəsi Azərbaycanın tarixi, hüquqi torpağıdır. Yaxşı olar ki, bu reallığı orada yaşayan erməniəsilli vətəndaşlar da tezliklə başa düşsünlər xam xəyallardan ayılaraq özləri gəlib Azərbaycan bayrağı altında yaşamaq üçün addım atsınlar.

Qarabağın erməniəsilli sakinləri , Ermənistan əhalisi yaxşı bilir ki, İlham Əliyev deyirsə, onu mütləq tezliklə gerçəkləşdirir. Qalib komandan bunu müharibədən öncə , sonra da nümayiş etdirdiyi siyasətlə sübuta yetirib. Əgər indi Azərbaycan Prezidenti ermənilərə belə şans, imkan verirsə, haylar mütləq bundan yararlanmalıdırlar, sonra gec olacaq.

Ötən həftə Beynəlxalq Ədalət Məhkəməsi İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi üzrə Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı Ermənistanın Azərbaycana qarşı məhkəmə işi üzrə 2023-cü il 22 fevral tarixli qərarında dəyişiklik edilməsi məqsədilə Hayastanın tələbini yekdilliklə rədd etməsi ermənilərə bir mesaj oldu. Məhkəmənin Azərbaycanın öz sərhədlərinə nəzarət etmək hüququnu bir daha təsdiq edən Ermənistanın sərhəd nəzarət buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı tələbinin əsassız olduğunu sübut edən qərarı bir daha həqiqəti göstərdi.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 11 iyul.- S.1;5.