Özbəkistan Respublikasının Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə

 

 

Hörmətli Şavkat Miromonoviç,

Özbəkistan Respublikasının Prezidenti vəzifəsinə keçirilən növbədənkənar seçkilərdə qazandığınız parlaq qələbə münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

Səsvermənin nəticələri milli iradənin ifadəsi, Özbəkistan vətəndaşlarının Sizin şəxsinizə olan sonsuz etimadının, inamının hörmətinin, ölkənizin hərtərəfli inkişafı, rifahı tərəqqisi naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyinin bariz təzahürüdür.

Biz ortaq tarixi-mədəni köklər, qardaşlıq kimi möhkəm təməllər üzərində qurulmuş Azərbaycan-Özbəkistan münasibətlərinin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk. Xalqlarımızın iradə məramından qaynaqlanan, qarşılıqlı inam dəstəyə əsaslanan dövlətlərarası əlaqələrimizin bugünkü səviyyəsi, tərəfdaşlığımızın yüksələn xətlə inkişaf etməsi xüsusi məmnunluq doğurur.

Sevindirici haldır ki, son dövrdə ikitərəfli münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı faydalı əməkdaşlığımızın inkişafında yeni istiqamətlər müəyyən edilmişdir. Əminəm ki, birgə səylərimizlə qardaş ölkələr etibarlı tərəfdaşlar olan Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq münasibətlərinin inkişafına, çoxşaxəli əməkdaşlığın genişlənməsinə, strateji tərəfdaşlığın daha da dərinləşməsinə nail olacağıq.

Hörmətli Şavkat Miromonoviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan Respublikasının xalqının əmin-amanlığı firavanlığı naminə məsul dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyul 2023-cü il

Azərbaycan.-2023.- 11 iyul.- S.1.