Neokolonializm, müstəmləkəçilik, dini ayrı-seçkilik

 

 

Ötən həftə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun "Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə qətiyyətli" mövzusunda nazirlər görüşündə Prezident İlham Əliyev bir daha dünyaya bəyan etdi ki, Azərbaycan neokolonializm meyillərinin artmasından olduqca narahatdır.

Dekolonizasiya prosesi nəticəsində yaranmış Qoşulmama Hərəkatı keçmişin bu utancverici mirasına qarşı qətiyyətlə mübarizə aparmalı onun tamamilə aradan qaldırılmasına öz töhfəsini verməlidir.

Neokolonializmi hələ davam etdirən ölkələrdən birinin Fransa olduğunu deyən dövlət başçısı bildirib ki,  Fransanın Avropadan kənarda idarə etdiyi ərazilər fransız müstəmləkə imperiyasının iyrənc qalıqlarıdır. Fransa Qəmər adalarının Mayot adası üzərində suverenliyinə, həmçinin Yeni Kaledoniya xalqının, o cümlədən özünün digər dənizaşırı icma ərazilərində yaşayan xalqların hüquqlarına hörmət etməlidir.

İlham Əliyev, həmçinin qeyd edib ki, Fransanın soyqırımlarla dolu hakimiyyəti dövründə 1,5 milyona yaxın əlcəzairli qətlə yetirilib: "Hələ Paris muzeyində əlcəzairli azadlıq döyüşçülərinin kəllə sümükləri müharibə qənimətləri kimi saxlanılır. Bu, utancverici iyrənc hərəkətdir. Biz Fransa Prezidenti Emmanuel Makrondan həmin qəhrəmanların qalıqlarını Əlcəzairə təhvil verməsini tələb edirik".

Digər dövlətlərin daxili işlərinə qarışan, "haqq" "ədalət"dən danışan Fransanın yürütdüyü müstəmləkəçilik siyasəti göz qarşısındadır.  Avropa ölkəsi dini, irqi ayrı-seçkilik siyasəti yürüdərək əsrlər boyu digər xalqların haqlarını tapdalayıb.

Əslində uzun illər ərzində Azərbaycan Ermənistan münasibətlərində işğalçı dövlətə havadarlıq etməsi bu ölkənin yürütdüyü siyasətdən xəbər verir. 

Haqq ədalətdən, beynəlxalq hüquqdan danışan Avropa ölkəsinin yürütdüyü siyasəti isə ən yaxşı qətiyyətli şəkildə Prezident İlham Əliyev dünyaya çatdırdı.

Ölkə rəhbəri vurğuladı ki, Fransa öz müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə soyqırımı aktlarına görə Qoşulmama Hərəkatına üzv olan Afrika, Cənub-Şərqi Asiya ölkələrindən digər ölkələrdən üzr istəməlidir.

 

Fransa ona aidiyyəti olmayan bölgələrdə gərginlik yaratmaq üçün cəhdlər edir

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında bildirib ki, Fransa Prezidenti Emmanuel Makronun apardığı xarici siyasət çox mürəkkəbdir.

Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olaraq dünyada beynəlxalq hüquq normalarının, ədalətin, sabitliyin sülhün qorunmasına birbaşa məsuliyyət daşıyan ölkə hesab edilir: "Bununla belə Fransanın hərəkətləri dünyanın bu ya digər bölgəsində gərginliyin yaranmasına səbəb olur. Fransa tarixdə böyük müstəmləkə əraziləri olan ölkə kimi  tanınır. Ancaq XIX əsrin sonu XX əsrdə tədricən müstəmləkələrdən qurtuldu onlarla yaxşı münasibətlər qurmağa söz verdi. Lakin vaxtaşırı Fransanın həmin ölkələrin daxili işlərinə qarışdığı, böyük qətliamlar törətdiyi aydın məsələdir. Digər tərəfdən, Fransa ona heç bir aidiyyəti olmayan müxtəlif bölgələrdə gərginlik yaratmaq üçün cəhdlər edir. Bunlardan biri Cənubi Qafqaz  regionudur".

Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin uzun müddət ölkəmiz üçün böyük problemlər yaratdığını deyən A.Mirzəzadə ərazisi kiçik resursları az olan ölkənin Azərbaycan kimi dövlətin torpaqlarını 30 il işğalda saxlamasının bir çox səbəbləri olduğunu Fransanın daim onlara siyasi, maliyyə, təşkilati dəstək göstərdiyini vurğulayıb. Vətən müharibəsi dövründə Fransa  Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmə xəttinə qarşı açıq şəkildə çıxış etdi. Azərbaycanı Zəfər yürüşündən çəkindirmək üçün min bir cəhd göstərdi: "Makron az qalmışdı əlinə silah alıb döyüş bölgəsində Azərbaycan əsgərinə qarşı vuruşsun. Son dövrlərdə Fransa prezidentinin Azərbaycanla bağlı qərəzli fikirlərinin, tarixi təhrif edən, bəzən isə tam yalan məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasının şahidi oluruq. Bu, əlbəttə ki, Fransanın nüfuzunun qorunub saxlanmasına xidmət etmir. Azərbaycan dəfələrlə Fransaya apardığı siyasətə görə etirazını bildirib. Bu ölkəylə olan münasibətlərinin pisləşməsində maraqlı olmadığını rəsmi Parisi bu addımdan çəkindirməyə çalışıb. Görünən odur ki, Fransa öz cəhdlərindən, qərəzli mövqeyindən əl çəkmir".

Deputat bildirib ki, Fransa hətta fransızdilli ölkələrin birləşdiyi Frankofoniya təşkilatında vaxtaşırı Azərbaycan əleyhinə qətnamələrin qəbul edilməsinə cəhdlər edib. Ancaq Azərbaycanın ədalətli mövqeyi orada qətiyyətlə qorunub belə qərarların qəbul edilməsinin qarşısı alınıb. Dövlət başçımız Azərbaycana səfər edən Albaniya Prezidentinə vaxtilə Albaniyanın bu təşkilatda bizi müdafiə etdiyinə görə təşəkkürünü bildirdi. Makronun bu siyasəti Fransada bəzi siyasi dairələr tərəfindən qəbul edilmir. Fransa tarixində heç vaxt belə uzunmüddətli gərgin daxili qarşıdurmalar baş verməyib. Bu, onu göstərir ki, xaricdə gərginlik yaratmağa çalışan hakimiyyət heç vaxt öz ölkəsində sülhü bərqərar edə bilmir: "Prezident İlham Əliyev dəfələrlə Fransanı statusuna uyğun olaraq təmkinli davranmağa Cənubi Qafqaz regionu ilə bağlı düzgün mövqe tutmağa çağırıb. Cənab Prezident Qoşulmama Hərəkatının nazirlər görüşündə Fransanın tarixən apardığı siyasətin qaranlıq səhifələrinə diqqət yetirdi törətdiyi qətliamlara görə üzr istəməyə çağırdı. Əlbəttə, Azərbaycan dövlət başçısının belə cəsarətli mövqeyi onun beynəlxalq hüquqa söykəndiyini göstərir. Ümid edirəm ki, gec-tez, ilk növbədə, Fransanın beynəlxalq hüquq, demokratiya, insan hüquqlarına hörmətlə yanaşmaq qaydalarına riayət etməsinin vacibliyi başa düşüləcək".

 

Hər zaman müstəmləkəçilik siyasəti həyata keçirən dövlət

 

Milli Məclisin deputatı Arzu Nağıyev isə bildirib ki, bir müddət əvvəl Fransa polisi tərəfindən əlcəzairəsilli 17 yaşlı gəncin öldürülməsi bu ölkənin apardığı ayrı-seçkilik siyasətini ortaya qoyur. Fransa özünü demokratik ölkə kimi göstərmək istəsə , tarixdə hər zaman müstəmləkəçilik siyasəti həyata keçirən bir dövlət olub.

Deputat bildirib ki, Fransa Əlcəzair, Qvineya, Qabon, Vyetnam, Tunis, Kambocada müstəmləkəçilik siyasəti həyata keçirib: "Müstəmləkəçilik siyasətinin əsl mahiyyətini pərdələməyə çalışan bu ölkə zəbt etdiyi ərazilərin coğrafiyasını 1946-cı ildən "Fransız ittifaqı", 1958-ci ildən isə "Fransız birliyi" adlandırıb. Fransanın Əlcəzairdə törətdiyi hadisələr unudulmamalıdır. Fransanın Əlcəzairi işğalı dövründə çoxsaylı əlcəzairli öldürülüb".

A.Nağıyev qeyd edib ki, Fransa ölkələrin hərbi, iqtisadi, siyasi mədəni varlıqlarını məhv edərək onları öz müstəmləkəsinə çevirib, nəticədə ərazilərini genişləndirib: "Rəsmi Paris bu siyasətinin bədəlini hələ ödəyir. Çünki keçmiş müstəmləkələrdəki miqrantların nəvələri indi Fransada yaşayır onlar ölkədə çoxluq təşkil edən elektoratlardır. Onların öz haqlarını tələb etmələri isə Makronun ölkəni idarə etməsini çətinləşdirir".

Fransanın Ermənistanda müstəmləkəçilik siyasəti həyata keçirməklə Cənubi Qafqaza daxil olmaq istədiyini vurğulayan deputat Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Bakıda keçirilmiş nazirlər görüşündə bu ölkənin vaxtilə müstəmləkə halına saldığı ölkələrdən üzr istəməli olduğunu dediyini xatırladıb. Fransa ölkələrin daxili işlərinə qarışmamalı Ermənistandan bir rıçaq kimi istifadə etməkdən əl çəkməlidir. "Fransa öz ərazisində cəmləşmiş nəhəng erməni şirkətlərindən əldə etdiyi mənfəətə görə Azərbaycana qərəzli mövqedə dayanır. Daim ölkəmizə qarşı əsassız qətnamələrin qəbul edilməsinə cəhdlər göstərir. Amma bu cəhdlər nəticəsiz qalacaq. Dünyada qlobal güc beynəlxalq hüquqdan üstün olsa da, bəzi ölkələr bu neqativ tendensiyanı məhv edir, öz daxili xarici siyasətlərini azad şəkildə formalaşdırır. Öz gücü hesabına torpaqlarını işğaldan azad edən Azərbaycan da müstəqil daxili xarici siyasət yürüdür. Beləliklə, müstəmləkəçi, işğalçılıq siyasətini dəstəkləyən Fransa ilk növbədə öz daxili siyasətinə diqqət yetirməli, dini, irqi ayrı-seçkiliyi dəstəkləyən siyasətindən əl çəkməlidir", - deyə deputat əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 11 iyul.- S.5.