Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xarici siyasətiadlı konfrans

 

 

İyulun 10-da ADA UniversitetindəÜmummilli Lider Heydər Əliyev Azərbaycanın xarici siyasətiadlı konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin açılışında ADA Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayıb.

Konfransda çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, müstəqil xarici siyasət hər bir dövlətin əsas atributlarından biridir. Bütün digər sahələrdə olduğu kimi, ölkəmizin xarici siyasət kursunun əsasının qoyulması da anadan olmasının 100-cü ildönümünü qürurla qeyd etdiyimiz, dərin hörmət minnətdarlıqla yad etdiyimiz görkəmli dövlət xadimi, Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin adı ilə bağlıdır.

Nazir, həmçinin qeyd edib ki, Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq, müxtəlif ölkələrin Qafqaz xüsusilə Azərbaycan ilə bağlı maraqlarını, bu bölgədə ambisiyalarını nəzərə alaraq çevik manevrlər xüsusi taktiki gedişlər etdi. Ulu Öndərin uğurlu xarici siyasət kursu nəticəsində xüsusilə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı işğalçı tərəfə beynəlxalq təzyiqin gücləndirilməsi kimi məsələ həllini tapmışdı.

Otuz il davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında duran ən böyük çağırış olan keçmiş münaqişənin həlli, regionda yeni reallıqlar gündəliyinin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində rol oynayıb. Bu gün Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil prinsipial xarici siyasət kursunun aparılması nəticəsində ölkəmizin beynəlxalq nüfuzu daha da artmaqdadır. Azərbaycanın postmünaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. İşğaldan azad edilmiş torpaqlarımız bu gün dövlətimizin başçısı İlham Əliyev Birinci vitse-prezident Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir. Üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır. Azərbaycan azad etdiyi əraziləri qarış-qarış yenidən qurur bərpa edir”, - deyə nazir diqqətə çatdırıb.

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ulu Öndər Heydər Əliyevin xarici siyasət sahəsindəki böyük xidmətlərindən bəhs edib, Ümummilli Liderin Azərbaycanın milli kimliyinin qorunması istiqamətində gördüyü işləri xüsusi vurğulayıb.

Hikmət Hacıyev bildirib ki, 1987-1990-cı illərdə Ulu Öndərə qarşı repressiyalar dövrü idi. Həmin dövrü təhlil etdikdə məlum olur ki, nəinki Ümummilli Lider Heydər Əliyevi siyasi məkandan silmək, hətta onun fiziki cəhətdən məhv edilməsi istiqamətində məqsədli siyasət aparılırdı.

Tarixçilər öz araşdırmalarında diqqət etməlidirlər ki, biz bəzən ermənilərin Azərbaycana qarşı ərazi iddiaları kontekstində yalnız Qarabağ mövzusuna baxırıq. Amma sənədlərə nəzər yetirdikdə tam aydın olur ki, təkcə Qarabağ yox, Naxçıvan Muxtar Respublikasının da Ermənistana birləşdirilməsi, həmin zonanın Şərqi Ermənistan kimi təsvir edilməsi prosesi var idi. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi ilə onların bu istəyi baş tutmadı. Ulu Öndər Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi. 1993-cü ilə qədər Azərbaycanı tam şəkildə müstəqil hesab etmək olmazdı. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz tam müstəqil oldu”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Konfrans işini panel müzakirələri ilə davam etdirib.

 

Azərbaycan.-2023.- 11 iyul.- S.3.