Özbəkistanda prezident seçkiləri beynəlxalq hüquq normalarına uyğun keçirildi

 

Xəbər verildiyi kimi, iyulun 9-da Özbəkistanda növbədənkənar prezident seçkiləri keçirilib.

Seçkiləri müxtəlif təşkilatlardan, o cümlədən MDB, ATƏT, Şanxay Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı Ümumdünya Seçki Orqanları Təşkilatından 800-ə yaxın beynəlxalq müşahidəçi, habelə yerli xarici KİV-in 1400-ə yaxın nümayəndəsi izləyib.

Türk Dövlətləri Təşkilatından (TDT) beynəlxalq müşahidəçilər missiyası Özbəkistanda növbədənkənar prezident seçkilərinin təşkilini keçirilməsini yüksək qiymətləndirib. "Seçkilər peşəkar şəkildə təşkil edilmiş əhəmiyyətli pozuntulara yol verilmədən keçirilmiş, səsvermə prosedurlarına riayət edilmiş şəffaflıq təmin edilmişdir. Missiya tərəfindən seçkilərin gedişinə inzibati hüquq-mühafizə orqanları strukturlar tərəfindən icazəsiz müdaxilə halları aşkar edilməmişdir". Bu barədə Mərkəzi Seçki Komissiyasında brifinq zamanı TDT baş katibinin müavini Sədi Cəfərov məlumat verib. O, həmçinin vurğulayıb ki, missiya üzvləri həm səsvermə, həm səslərin hesablanması zamanı bir sıra seçki məntəqələrində olublar bütün prosedurların vaxtında qanunauyğun aparıldığını təsdiq edə bilərlər.

Şanxay Əməkdaşlıq Təşkilatının müşahidəçilər missiyası da Özbəkistanda prezident seçkilərinə hazırlığın keçirilməsinin yüksək səviyyədə olduğunu qeyd edib. "Müşahidə zamanı biz vətəndaşların fəallığını seçki komissiyalarının yüksək hazırlıq səviyyəsini gördük. Müşahidələrimizə əsasən deyə bilərik ki, səsvermə kənardan müdaxilə gərginlik olmadan sakit ahəngdar şəraitdə keçib. Seçki günü müşahidəçilər missiyası heç bir qanun pozuntusu qeydə almayıb", - deyə təşkilatın baş katibi Çjan Min MSK-nin mətbuat mərkəzində keçirdiyi brifinqdə bildirib.

"ŞƏT missiyası 22 müşahidəçidən ibarət olub. Onlar Daşkənddə Daşkənd vilayətində 40-dan çox seçki məntəqəsində olublar, üstəlik, müşahidəçilər bəzi seçki məntəqələrinə planlaşdırılmamış baş çəkiblər hər yerdə səsverməyə yüksək səviyyədə hazırlığın şahidi olublar", - deyə müşahidəçilərdən biri - Rusiya Dövlət Dumasının deputatı Gennadi Semgin bildirib.

Respublikada beynəlxalq müşahidəçilərin işləməsi üçün bütün lazımi şərait yaradılıb. Bunu  Müstəqil Dövlətlər Birliyinin  müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev brifinqdə bildirib. Onun dediyinə görə, seçkilər Özbəkistan Konstitusiyasının Seçki Məcəlləsinin tələblərinə tam uyğun şəkildə, alternativ əsaslarla, şəffaf, açıq, ədalətli şəkildə demokratik seçkilər prinsiplərinə uyğun olaraq keçirilib.

Xatırladaq ki, bülletenlərin hesablanmasından sonra Özbəkistanın hazırkı dövlət başçısı Şavkat Mirziyoyev iyulun 9-da keçirilən prezident seçkilərində 87,05 faiz səslə qalib gəlib. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Zayniddin Nizamxocayev məlumat verıb. O, həmçinin bildirib ki, seçicilərin 4,43 faizi Özbəkistan Ali Məhkəməsi sədrinin birinci müavini, "Ədalət" - Sosial Demokrat Partiyasından prezidentliyə namizəd Robaxon Mahmudova səs verib. Prezidentliyə digər iddiaçılar - Xalq Demokrat Partiyasının namizədi Uluqbek İnoyatov 4,02, Özbəkistan Ekologiya Partiyasının namizədi Abdşükür Həmzəyev 3,74 faiz səs toplayıblar.

MSK-nin məlumatına görə, növbədənkənar prezident seçkilərində seçici fəallığı 79,8 faiz olub.

 

Rizvan CƏFƏROV,

Azərbaycan.-2023.- 11 iyul.- S.4.