Yenidən həyat verilən Saatlı məscidi

 

Erməni vandallarının ciddi ziyan vurduğu dini abidələrdən biri Şuşadakı Saatlı məscididir.

Saatlı məscidi Qarabağda bir neçə monumental dini mülki tikilinin, o cümlədən Şuşadakı Aşağı Yuxarı Gövhər ağa məscidləri, Ağdamdakı Cümə məscidi Bərdədəki İmamzadə türbəsinin müəllifi olan Azərbaycan memarı Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa edilmişdir.

Araşdırmalara görə, Saatlı məscidinin yerində 1759-cu ildə Qarabağ xanı Pənahəli xanın tikdirdiyi məscid mədrəsə olub ki, həmin mədrəsədə Molla Pənah Vaqif dərs deyib. Saatlı məscidində sonuncu dəfə XX əsrin 80-ci illərində təmir-bərpa işləri aparılıb. 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri Şuşanı işğal etdikdən sonra  Saatlı məscidi talan edilmiş, minarəsi dağıdılmışdı. 2020-ci ildə Şuşanın azad edilməsindən sonra - 2021-ci ilin dekabrından məsciddə Heydər Əliyev Fondu tərəfindən bərpa işlərinə başlanıldı. "PAŞA Holding"in maliyyə dəstəyi ilə həyata keçirilən konservasiya restavrasiya işləri Azərbaycan, İtaliya Türkiyə şirkətlərinin konsorsiumu tərəfindən Avstriyanın "Wehdorn Architekten" şirkətinin nəzarəti ilə məscidin ilkin memarlıq üslubuna uyğun olaraq aparıldı.

Bərpa işləri zamanı məscidə edilən müdaxilələr aradan qaldırılıb divarların gücləndirilməsi işləri görülüb. Həmçinin zədələnmiş ön sütunun bərkidilməsi işləri həyata keçirilib, məscidin döşəməsi bərpa edilib. Bunlardan əlavə, araşdırmalar nəticəsində minarənin üzərindəki naxışların ilkin rəngi müəyyən olunub minarə ona uyğun bərpa edilib, ornamentlər bütün incəliklərinə qədər qorunub saxlanılıb.

Məscidin interyer həlli bədii kamillik nümunəsi hesab oluna bilər. Tavana dayaq olan dörd səkkizbucaqlı daş sütunlara sahib olan ibadət zalı üçnefli məkana malikdir. Bunun nəticəsində zalda sanki sonsuz sayda tağ keçidlər yaranır. Divarların səthi həndəsi fiqurlar nəbati naxışlarla tərtib olunub. Məscidin tək minarəsi binanın arxa tərəfində inşa olunub. Güman edilir ki, minarə məscidlə eyni vaxtda deyil, sonrakı illərdə inşa edilib. Şuşanın düz fasadlı məscidlərindən olan Saatlı məscidi əsas fasadında assimetrik girişə malikdir. Bu məscidi Şuşanın digər məhəllə məscidlərindən fərqləndirən əsas xüsusiyyət onun minarəyə malik olmasıdır.

30 illik həsrətdən sonra qapıları açılan Saatlı məscidində hər gün Azan oxunur, bu torpağı düşmən tapdağından azad edən qəhrəman Azərbaycan əsgərlərinə dua edilir, şəhidlərimiz rəhmətlə anılır.

 

E.QƏNİYEV,

Azərbaycan.-2023.- 11 iyul.- S.6.