Sürətli, operativ təhlükəsiz...

 

Azərbaycanın dəmir yolu infrastrukturu "Şərq-Qərb" "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin ən mükəmməl seqmentidir

 

Beynəlxalq münasibətlərdə dövlətlərin yeri rolu müxtəlif meyarlarla ölçülür ki, onlardan da biri qlobal nəqliyyat dəhlizlərində iştirak səviyyəsidir. Bu, hələ karvan yollarının mövcud olduğu keçmiş dövrlərdə belə olub, Dördüncü Sənaye İnqilabının yaşandığı müasir çağımızda da elədir.  Çünki nəqliyyat dəhlizində yer almaq, tranzit logistik imkanlarına malik olmaq dövlətin maliyyə imkanlarına əlavə güc qatan iqtisadi hadisədir.

Qlobal mənzərə göstərir ki, bu reallığı vaxtında düzgün dəyərləndirən dövlətlər tranzit rəqabətin geniş vüsət aldığı hazırkı şəraitdə daha şanslıdırlar. Bu baxımdan Azərbaycan Respublikası da beynəlxalq səviyyədə hazırkı nəqliyyat rəqabətinin uğur qazanmış tərəfi kimi qəbul olunur. Başqa cür desək, artıq Azərbaycanın qlobal nəqliyyat dəhlizlərinin əsas qovşaqlarından birinə çevrilməsi dünyada qəbul edilən reallıqdır.

Əlbəttə, dövlətin hər bir uğuru ona rəhbərlik edənlərin qətiyyətinə, siyasi iradəsinə, uzaqgörənliyinə, reallıqları düzgün dəyərləndirmələrinə əsaslanır. Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinə böyük töhfələr verən müasir mükəmməl nəqliyyat-kommunikasiya sisteminin formalaşması tarixinə bu prizmadan yanaşdıqda görürük ki, əldə etdiyimiz uğurların əsasında əbədiyaşar şəxsiyyət, xalqımızın Ümummilli Lideri, bu il anadan olmasının 100 illiyini böyük sevgi ilə qeyd etdiyimiz Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiya qarşıya qoyulmuş hədəflər dayanır.

Məlumdur ki, Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması inkişaf etdirilməsi baxımından olduqca əlverişli coğrafi strateji mövqeyə malikdir. Hələ qədim dövrlərdə tarixi İpək yolu məhz indiki Azərbaycan ərazilərindən keçib. SSRİ-nin dağılması Çinin 90-cı illərdən etibarən Avrasiyanın iqtisadi sistemində aparıcı mövqelərə yüksəlməsi isə tarixi nəqliyyat əlaqələrini yenidən aktuallaşdırdı. Təbii ki, belə bir vaxtda Azərbaycan dövləti yeni çağırışlara qarşı səssiz dayana bilməzdi. Təsadüfi deyil ki, Azərbaycan 1993-cü ildə qəbul edilən Avropa İttifaqının TRASECA (Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi) proqramına qoşulub. TRASECA Cənubi Qafqaz Mərkəzi Asiyanın yeni müstəqillik qazanmış dövlətlərinin nəqliyyat infrastrukturunun bərpasına yardım göstərilməsi, Avropa Asiyanı birləşdirən ən qısa nəqliyyat dəhlizinin yaradılması bununla regionun Qərbə inteqrasiyası, həmçinin bu dövlətlərin iqtisadiyyatlarının dirçəldilməsinə inkişafına yönəldilmiş proqramların reallaşdırılmasına xidmət edən etibarlı nəqliyyat sisteminin qurulması məqsədini daşıyır.

TRASECA Proqramının uğur qazanmasına yönəlmiş ən böyük hadisə isə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ilin sentyabr ayında Bakıda keçirilən tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfransdır. Bu konfransda iştirak etmək üçün Türkiyə, Gürcüstan, Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan, Özbəkistan, Qırğızıstanın dövlət başçılarının, 13 beynəlxalq təşkilatın 32 dövlətin nümayəndə heyətinin Bakıya səfər etməsi sadəcə tarixi İpək yolunun bərpası ilə bağlı istək arzunun ifadəsi deyildi. 8 dövlət başçısının müxtəlif səviyyəli nümayəndə heyətlərinin Azərbaycana gəlməsi həm Heydər Əliyevin bütün tərəfləri ümumi maraqlar ətrafında səfərbər etməsinin göstəricisi idi. Ən əsası bu, Heydər Əliyevə olan inam etimadın ifadəsi idi. Bütövlükdə isə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda belə bir tədbirin təşkil olunması Azərbaycanın TRASECA Proqramının həyata keçirilməsinə xüsusi töhfəsinin təcəssümünə çevrildi. Məhz bu konfransın yekununda "Avropa-Qafqaz-Asiya dəhlizinin inkişafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş"in imzalanması sonrakı dövrdə TRASECA ayrı-ayrı dövlətlər üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşmasına xidmət etdi. Prezident İlham Əliyevin 2019-cu ilin dekabr ayında TRASECA-nın 20 illik fəaliyyətinə həsr olunmuş yubiley konfransının iştirakçılarına məktubunda qeyd edildiyi kimi, TRASECA proqramı üzv ölkələr arasında multimodal daşımaların təşviqi, tranzit daşımalar üçün əlverişli şəraitin yaradılması, ticarət-iqtisadi nəqliyyat əlaqələrinin inkişaf etdirilməsi sahələrində əməkdaşlığın genişləndirilməsi, habelə həmin ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr vermişdir. Prezident İlham Əliyevin qeyd etdiyi məqamların hər birini ayrı-ayrılıqda təhlil edib nəzərdən keçirsək görərik ki, ötən illər ərzində Azərbaycanın həm nəqliyyat potensialının hərəkətə gətirilməsi, həm respublikamızın beynəlxalq nəqliyyat dəhlizlərində iştirakının təmin edilməsi yönündə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş strategiya layiqincə həyata keçirilmiş, qarşıya qoyulmuş məqsədlər reallaşmışdır.

Ümumiyyətlə, ötən 20 ildə Prezident İlham Əliyevin siyasi kursu Azərbaycanı regionda liderə, qlobal səviyyədə güclü mövqeləri olan dövlətə çevirmişdir. Qürur hissi ilə qeyd etməliyik ki, İlham Əliyevin müdrik fəaliyyətinin nəticəsi kimi Azərbaycan iştirak etdiyi bütün siyasi, iqtisadi proseslərdə etibarlı tərəfdaş kimi tanınır bunu xarici dövlət, hökumət başçılarının dilindən eşitmək mümkündür. Respublikamız bu kimi tarixi uğurlarına qlobal aktuallıq kəsb edən məsələlərə verdiyi töhfələrlə nail olmuşdur. Məsələn, bu gün Azərbaycan Avropa İttifaqı üzvü olan dövlətlərin enerji təhlükəsizliyinin təmin olunmasında aparıcı rol oynayır. Bunun nəticəsidir ki, Bolqarıstan, Macarıstan kimi dövlətlərin enerji sahəsində son dövrlərə qədər mövcud olmuş mənbələrdən asılılıqları aradan qaldırılmışdır.

Eyni zamanda Azərbaycan bu illərdə həyata keçirdiyi nəqliyyat layihələri ilə həm regionun, həm bütövlükdə Avrasiyanın nəqliyyat dəhlizlərinin inkişafına böyük töhfələr vermişdir. Prezident İlham Əliyevin respublikamızın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyduğu hədəf vəzifələrə uyğun olaraq həyata keçirdiyi tədbirlər əvvəldə qeyd edildiyi kimi, TRASECA proqramının uğurla reallaşmasını təmin etməklə yanaşı, "Şimal-Cənub", "Şərq-Qərb" nəqliyyat dəhlizlərində Azərbaycanın rolunu əhəmiyyətli dərəcədə yüksəltmişdir.  Eyni zamanda son illərdə dünyada baş verən gərgin geosiyasi proseslər Çindən başlamaqla Avropaya doğru Xəzər dənizindən Azərbaycandan keçməklə  Orta dəhliz (Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu) ideyasının meydana çıxmasına səbəb olmuşdur. Bütün bu nəqliyyat dəhlizlərində mövqelərimizin güclənməsində, başqa cür desək, beynəlxalq yük daşımaçılığında tranzit ölkə olaraq Azərbaycanın seçilməsində isə respublikamızın nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, o cümlədən dəmir yollarının imkanlarının artırılması böyük rol oynayır. Məsələn, Azərbaycanın təşəbbüsü ilə təməli qoyulan 2017-ci ildə istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Azərbaycanın "Şərq-Qərb" nəqliyyat dəhlizində tələbləri ödəyə bilən tranzit logistika mərkəzinə çevrilməsi yönündə reallaşan ən mükəmməl nəqliyyat layihələrindən biridir.

Hazırda Ukraynada gedən müharibə Çindən Avropaya Rusiyadan keçməklə uzanan "Şimal" dəhlizindən istifadəni minimuma endirib. Çindən Hindistandan keçməklə Avropaya cənub istiqamətində daşımaçılıq əsasən dəniz nəqliyyatı ilə həyata keçirilir ki, bu da kifayət qədər vaxt itkisi deməkdir. Bu mənada Orta dəhliz ideyasının meydana çıxması yeni çağırışlardan irəli gəlir ki, hazırda bu məsələdə əsas diqqət Azərbaycanın çox geniş logistik imkanlarına şaxələndirilmiş nəqliyyat infrastrukturuna yönəlib.

Qeyd edək ki, əgər yük qatarı Çindən Avropaya doğru "Şimal" dəhlizi ilə 10 min kilometr məsafə qət etməlidirsə, Xəzər dənizindən Azərbaycandan keçməklə cəmi 7 min kilometr yol getməlidir. Cənub dəhlizi ilə isə Çindən Avropaya daşımaçılıq məsafəsi təxminən 20 min kilometrə çatır. Göründüyü kimi, Çindən Avropaya yüklərin çatdırılması müddəti Xəzər vasitəsilə Azərbaycandan keçdikdə 2-3 dəfə azalır. Beləliklə, bu kimi reallıqlar, əsasən, təhlükəsiz operativ yük daşımaçılığı Orta dəhliz ideyasının reallığa çevrilməsini şərtləndirir ki, bu məsələdə Azərbaycan, Türkiyə, Qazaxıstan Gürcüstan Özbəkistanın işbirliyi sözügedən dəhlizi cəlbedici edəcək.

Bu gün dövlətimizin milli prioritetlərindən biri Zəngəzur dəhlizinin açılmasına nail olmaqdır. Torpaqlarımızın azad edilməsi kimi tarixi hadisənin timsalında milli maraqlarını qətiyyətlə təmin edən Azərbaycanın Zəngəzur dəhlizinin açılmasına nail olacağı şübhəsizdir. Bu isə gələcək perspektivdə "Şərq-Qərb" dəhlizinin Orta dəhlizin imkanlarını daha da artırmaqla Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərindəki mövqelərinə yeni güc qatacaq.

Bütün bunlarla yanaşı, Azərbaycanın nəqliyyat infrastrukturu "Şimal-Cənub" nəqliyyat dəhlizinin reallaşmasına böyük töhfələr verib. Proqnozlara əsasən, tam gücü ilə fəaliyyətə başladıqdan sonra "Şimal-Cənub" dəhlizi Fars körfəzi ölkələrinin Hindistanın Avropaya,  Azərbaycanın, Rusiyanın Orta Asiya dövlətlərinin Fars körfəzinə Hindistana çıxışına imkan verəcək. Məlumdur ki, bu dəhlizi Azərbaycanın tranzit potensialından əhatəli istifadəni zəruri edir. Ona görə Prezident İlham Əliyev hələ 2015-ci ilin dekabr ayında "Şimal-Cənub" nəqliyyat dəhlizinin Azərbaycandan keçən hissəsində işlərin sürətləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrası sayəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə əlaqələndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib.

Bu ilin may ayında Rusiya İran prezidentlərinin Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair sazişin imzalanması da  bu dövlətlərin Azərbaycandan keçən bu marşrutun seqmentlərinin yaradılması işinin sürətləndirilməsində maraqlı olduqlarını göstərir.

Azərbaycan son onilliklərdə həm Qədim İpək yolu üzərində, həm şimal-cənub istiqamətində olduqca güclü, təkmil bir-birini tamamlayan nəqliyyat infrastrukturları yaradıb.  İstər dəmir yollarımız, istər avtomobil yollarımız, istərsə hava limanlarımız ən müasir standartlara cavab verir. Eləcə Azərbaycan olduqca mükəmməl logistik imkanlara malikdir. 2018-ci ildə istifadəyə verilən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Azərbaycanın logistik imkanlarını daha da artırıb.

Azərbaycanın çevik, sürətli təhlükəsiz nəqliyyat dəhlizlərinin formalaşdırılmasına verdiyi töhfələr qlobal səviyyədə təqdir olunur. Həm Çin, həm Avropa İttifaqı rəsmiləri Azərbaycanın nəqliyyat dəhlizlərinin inkişafına xidmət edən tədbirlərini yüksək qiymətləndirirlər. Beləliklə, hazırkı gedişat ondan xəbər verir ki, Azərbaycanın perspektivdə beynəlxalq nəqliyyat dəhlizlərində iştirak səviyyəsi daha da yüksələcək.

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2023.- 13 iyul.- S.9.