Azərbaycan polisi ictimai təhlükəsizliyin təminatçısıdır

 

 

İyulun 11-də cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bir çox məsələlərə toxunan Prezident İlham Əliyev Gədəbəy rayonunda baş vermiş hadisə ilə bağlı da fikirlərini bildirdi.

Baş vermiş hadisəni tamamilə qəbuledilməz adlandıran dövlət başçısı qeyd etdi ki, bütövlükdə həm təxribatçıların hərəkətləri, həm xarici şirkətin, həm aidiyyəti qurumların fəaliyyəti qəbuledilməzdir: "Yeganə olaraq burada özünü ləyaqətlə aparan Azərbaycan polisi idi. Onu hər kəs bilməlidir. İndi bəziləri ağızlarını büzürlər. Gedin, açın gözünüzü baxın, Amerika polisi ildə neçə nəfəri öldürür - 1000 nəfəri. Fransa polisi neçə nəfəri öldürür nəyə görə öldürür? Bu yaxınlarda Fransa polisinin əməllərini bütün dünya gördü. Mən onlara bəraət qazandırmıram, o dözülməzdir. Əfsuslar olsun ki, insanları öldürən o polisin mütləq əksəriyyəti məsuliyyətdən yayınır. Bir müddətdən sonra onları ya ümumiyyətlə məhkəmədə buraxırlar, ya da ki, şərti verirlər. Bizim polis gecə-gündüz soyuqda, istidə, dağda asayişi qoruyur".

Prezident Daxili Qoşunların İkinci Qarabağ müharibəsində şəhid verdiyini xatırladaraq bildirdi ki, kiminsə Azərbaycan polisinə ləkə yaxmasına heç vaxt imkan verilməyəcək.

Məsələ ilə bağlı Milli Məclisin deputatlarının fikirlərini öyrəndik.

 

Polisi gözdən salmaq aksiyası milli mənafelərə uyğun deyil

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin sədrliyi ilə yarım ilin sosial-iqtisadi yekunlarına dair keçirilən müşavirə respublikamızda həm daxili iqtisadi-sosial idarəetmə, həm regional beynəlxalq münasibətlər sistemi ilə bağlı çox fundamental gələcək milli həyatımızı təyin edən məsələlərin geniş şəkildə açıqlanması ilə yadda qaldı.

Ölkə rəhbərinin çıxışının mühüm hissəsi Gədəbəyin Söyüdlü kəndində bir ay əvvəl baş vermiş hadisə ilə bağlı oldu. Prezident təbiətə vurulmuş ekoloji ziyan, aidiyyəti dövlət qurumlarının fəaliyyətsizliyinə, keçirilən etiraz aksiyasına onun müxtəlif məqamlarına geniş şəkildə münasibət bildirərək qəti tapşırıqlar verdi.

Zahid Oruc dedi ki, ali səviyyədə məhz birinci şəxsin dilindən verilən rəy cəmiyyətdə konsensus yaradıb: "Çünki yalnız bir parametr üzərində məsələyə baxılmadı. Burada hansısa xarici şirkətin maraqlarını əldə əsas götürən mövqelərə yuvarlansaydıq, aylar əvvəl Laçın-Xankəndi yolunda ərazilərimizi istismar edən, təbiətə, cəmiyyətə böyük zərbə vuran qüvvələrə qarşı həyata keçirdiyimiz tədbirlərin məramı, arqument bazası zəifləmiş olardı. Ölkə rəhbərinin masası üzərinə qoyulmuş bütün informasiyalar onu deməyə əsas verir ki, Prezident həm ölkə daxilində, həm xaricində baş verən əksər proseslərin milli mənafelər kontekstində dəyərləndirilməsinə qadir məlumatlara sahibdir.  Bu, çox önəmli məsələdir. Verilən reaksiyalar bütün prosesin önəmli məqamlarını özündə ifadə edirdi. Ona görə sadə vətəndaşların, qanunu pozmayan, dövlətə, hakimiyyət orqanlarına qarşı hörmətsizlik göstərməyən, amma təbiətinə cəmiyyətinə qarşı olan hər hansı ziyanları vətəndaş hüquqları ilə dilə gətirənlərin mövqeyi müdafiə olundu. Bu, xalqla dövlət arasındakı birlikdir".

Komitə sədrinin sözlərinə görə, məsələyə ətraflı yanaşıldığı üçün yerli hakimiyyət orqanlarının, həmçinin polislərin davranışları, onların üzərindən xarici dairələrin bu məsələ ətrafında apardıqları fəaliyyətlər, daxili işlər orqanları ilə  bəzi ölkələrdə ictimai sabitliyin, asayişin qorunması yönündə fəaliyyət aparan qüvvələrin davranışları ilə müqayisələr aparılmasının şahidi olduq. Eləcə məsələ ətrafında hökumətin, o cümlədən məsul qurumların fəaliyyətinin qiymətləndirilməsi ölkə rəhbərinin açıqlamalarının nüvə mərkəzini təşkil  edirdi.

Prezident regional beynəlxalq siyasətdə fəal  diplomatik, informativ, siyasi mübarizəni necə peşəkarlıqla aparırsa, daxildə əsas söz sahibi olduğunu sabitliyin, əmin-amanlığın, hətta hər hansı nöqtədə lokal insidentlərin aradan qaldırılmasında müstəsna iradəyə, obyektiv, ədalətli mövqeyə malik olduğunu nümayiş etdirdi: "Söyüdlü timsalında cəmiyyətdə sorğu aparsaq, şahidi olarıq ki, həqiqətən ölkə rəhbərinin verdiyi mesajlar insanlarda rahatlıq, güvən yaradır, daxili əminliyi artırır. Polis orqanlarının fəaliyyətinin ölkə rəhbəri tərəfindən qiymətləndirilməsinə gəlincə, məsələdə iki prizmanı seçməliyik. Birincisi, digər hakimiyyət institutları daha aktiv  fəaliyyət aparsaydı,  bir xarici şirkət ölkənin ucqar dağ bölgəsində özünü bu qədər sərbəst, təbiətimiz, cəmiyyətimiz üzərində hökmran hiss etməzdi. İkincisi, Azərbaycan polisinin davranışı ilə Fransa ya digər ölkələrdə hazırda yaşanan böyük vətəndaş toqquşmaları, hakimiyyət orqanları ilə barışmaz üsyan, iğtişaşlar fonunda müqayisə aparmaq imkanı var. Görürük ki, rezin güllələrin ya dəyənəklərin, su şırnaqlarının yeni növləri yaranıb. Bütün bunlar Strasburqun ya Brüsselin titullu salonlarının, binalarının dünyanı yönləndirən əsas mərkəzlərin bir addımlığında  baş verir", - deyə komitə sədri əlavə edib.

Zahid Oruc dedi ki, Söyüdlüdə polislər ilk növbədə həmin şirkətlə vətəndaşlar arasında daha ağır qarşıdurmanı cilovlamağa çalışııb. Hansısa birinin əməlini qabardıb bütövlükdə polis hüquq-mühafizə orqanlarına qarşı nifrət, qisasçılıq,  polis şiddəti s. kimi  adlarla  cəmiyyətdə  dövlətin qoruyucu, asayişin keşikçisi olan polisi gözdən salmaq aksiyası heç bir halda milli mənafelərə bağlı mövqe sayıla bilməzdi.

Komitə sədri bildirdi ki, Prezident İlham Əliyev polisi qorudu. Daxili işlər orqanları, onların timsalında asayişi, əmin-amanlığı bir daha müdafiə etdi. Cənab Prezident 2003-cü ildə Azərbaycan vətəndaşlarını meydanlara çəkən ölkəmizi  1990-cı illərə qaytarıb çadırlar məmləkətinə döndərməyə cəhd edən qüvvələrə o zaman demişdi ki, polislər qəti şəkildə cəzalandırılmayacaqlar: "İndiki situasiyada polislər ilk növbədə ikinci göl layihəsini cızan şəxslərlə etirazçılar arasında qoruyucu zireh kimi ortada dayanmışdılar. Buna görə  onların üzərinə  daş atılmamalı  idi".

Komitə sədri deyir ki, ölkə rəhbərinin bu məsələyə reaksiyası təkcə Gədəbəy ya lokal ərazi üçün deyil, bütünlükdə ölkəmiz üçün çox gərəklidir: "Azərbaycan polisi, sözün həqiqi mənasında, dövlətçilik mənafelərini çox yüksək  tutur. Bunu həm şəhid olmaqla sübut ediblər. Bəzən hansısa siyasi qurumlar, üçüncü sektor bəzi məsələlərdə ləng ola bilir, amma polis orqanları hər yerdə dövlətin milli mənafelərini qoruyur.  Onlar fədakardırlar, bəzən 24 saat ağır rejimində çalışırlar. Söyüdlü məsələsi ətrafında səlib yürüşü, informasiya kampaniyası aparanlar var. Bu, düzgün addım deyil. Prezident dövlətin dayağı kimi polisə öz münasibətini ifadə edərkən  obyektiv, hadisəyə ədalətli qiymət verən lider kimi o insanların, doğrudan da, komandanı olduğunu sübut edir".

 

Azərbaycan polisi hər zaman xalqın yanındadır

 

Milli Məclisin deputatı Arzu Nağıyev bildirib ki, Prezident İlham Əliyev 6 ayın sosial-iqtisadi yekunları ilə bağlı keçirdiyi müşavirədə Azərbaycan polisi haqqında yüksək fikirlər söylədi.

Azərbaycan polisi ölkəmizdə asayişin qorunmasıyla yanaşı, dövlətimizə qarşı olan təhdidlərin qarşısının alınmasında iştirak edir, həm keşiyimizdə durur, həm sərhədlərdə öz vəzifəsini yerinə yetirir. Bir sözlə, Azərbaycan polisi xalqın rəğbətini qazanmış hüquq-mühafizə orqanlarından biridir.

Deputat bildirib ki, Azərbaycan polisi müstəqillik illərində böyük şərəfli yol keçib: "Polis orqanlarında xidmət edən hər bir şəxs bilir ki, onun əsas vəzifəsi xalqının rifahı, təhlükəsizliyi dövlətin müstəqiliyi üçün atdığı addımlardır. Bu, onların bir nömrəli işidir. Məhz buna görə onlara qarşı təxribatlar ya onlar haqqında xoşagəlməz məsələləri qabartmaq heç düzgün hal deyil".

A.Nağıyevin qənaətincə, bu kimi hallar onları gözdən salmaq üçün atılan addımlardır. Təbii ki, burada marağı olan xarici xüsusi xidmət orqanları ölkə daxilində müxtəlif xarici qurumlara qulluq edən şəxslər var. Azərbaycan polisi bütün bunları gözəl başa düşür. Müxtəlif qurumlar istər Dövlət Yol Polisi, istər Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu, istər mühafizədə, istərsə cinayətkarlara qarşı işləyənlər birmənalı şəkildə Azərbaycanın rifahı naminə çalışırlar. Mütəşəkkil cinayətkarlığa qarşı, narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı mübarizə, görülən tədbirlər göz qabağındadır. "Bir sözlə, Azərbaycan polisi dövlətin hüquq-mühafizə orqanlarının içində öndə gedənlərdəndir. Öz işini koordinasiyalı şəkildə Ali Baş Komandanın göstərişi ilə həyata keçirir. Xaricdə - istər Fransa, istər ABŞ, istərsə qonşu ölkələrdə baş verən hadisələrdə polisin necə davrandığını görürük. Azərbaycanda polisin həyata keçirdiyi əməliyyatlar isə təqdirəlayiqdir. Bunlar Azərbaycan xalqının rifahı üçün atılan addımlardır. Polis orqanlarında, rəhbərliyində peşəkarlar fəaliyyət göstərir. Azərbaycan polisi bu gün xalqın yanında olan, xalqın inandığı ən etibarlı qurumlardan biridir", - deyə deputat əlavə edib.

 

Xalq da, polis   İlham Əliyevin ətrafında sıx birləşib

 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov qeyd edib ki, Prezident İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısının nitqi müvafiq dövr ərzində sosial-iqtisadi göstəricilərin təhlili ilə yanaşı, həm daxili beynəlxalq münasibətlərə dair məsələlərlə bağlı situasiyanın dəyərləndirilməsi, artan hərbi güc imkanlarımızın inikası baxımından mühüm hadisə hesab edilməlidir.

Deputat qeyd edib ki, Prezidentin ifadə etdiyi kimi, Qarabağın Şərqi Zəngəzurun bərpa edilməsi hərbi potensialımızın güclənməsi əsas prioritetlər olaraq qalır son 6 ayda bu istiqamətlərdə ciddi irəliləyişlər var.

Hərbi potensialımızdan söz açan Bəhruz Məhərrəmov vurğulayıb ki, dövlət başçısı açıq formada bir daha bəyan etdi ki, ilk növbədə özümüzü, müstəqilliyimizi, seçimimizi, həyat tərzimizi, ərazi bütövlüyümüzü qorumaq üçün daha güclü olmalıyıq. Bu mənada Müzəffər Ali Baş Komandan Azərbaycan Silahlı Qüvvələrini həm döyüş qabiliyyəti, həm silah texnika ilə təchizat baxımından daha da gücləndirməkdə qərarlıdır. Azərbaycan Prezidentinin ifadə etdiyi kimi, biz yerləşdiyimiz coğrafiyada özümüzü tam əmin hiss edəcək gücə çevrilmişik.

Prezident İlham Əliyevin çıxışında diqqətçəkən məqamlardan birinin Gədəbəy hadisələri fonunda verdiyi açıqlama olduğunu deyən deputat qeyd edib ki, ilk növbədə dövlət başçısı milli mənafelərin, xalqın dövlətin maraqlarının onun üçün istisnasız prioritet olduğunu göstərdi: "Tələb çox sadədir, dövlət strukturları vətəndaşla kommunikasiyasını doğru qurmağı bacarmalıdır. Sirr deyil ki, Prezident İlham Əliyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva vətəndaşla bu kommunikasiyanı qura bilib. Lakin proseslər göstərir ki, bəzi strukturlarda bu sistem hələ yetərli səviyyədə qurulmayıb proseslərə cənab İlham Əliyev şəxsən özü müdaxilə etməli olur".

Bəhruz Məhərrəmov bildirib ki, dövlət başçısının ekoloji problemlərə, xüsusən əhalinin sağlamlığı məsələsinə xüsusilə həssas olduğu bu diqqəti eyni zamanda aidiyyəti strukturlardan tələb etdiyi bir daha aydın oldu. Ən nəhayət, cənab İlham Əliyev dövlətin dayaqlarını hədəfə almaq üçün fürsət güdən, təxribata meyil edən kəsimə yerini göstərdi. Cənab Prezidentin ifadə etdiyi kimi, əgər Azərbaycan polisi dözümlülük göstərirsə, bu, o demək deyil ki, kim istəyir polisə daş ata bilər. Bu, qətiyyən mümkün deyil.

Deputat qeyd edib ki, bu çıxış vətəndaşı narahat edən istənilən köklü problemin cənab İlham Əliyevi narahat etdiyini bir daha  göstərdi. "Kiminsə özünü daha "çox xalqyanlı" göstərmək niyyətinə, problemlərdən sui-istifadə edərək iyrənc məqsədinə çatmasına yol verilməyəcək. Azərbaycan xalqı da, polisi cənab İlham Əliyevin ətrafında sıx birləşərək bu kimi naqisliklərin, təxribatların qarşısında bir yumruq kimi vahid mövqedən çıxış edir", - deyə Bəhruz Məhərrəmov əlavə edib.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 13 iyul.- S.9.