Sosial müavinətlər haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq qərara alır:

"Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, ¹ 2, maddə 76; 2007, ¹ 10, maddə 933; 2008, ¹ 6, maddələr 464, 475; 2013, ¹ 1, maddə 19, ¹ 6, maddə 618, ¹ 11, maddələr 1240, 1306; 2017, ¹ 7, maddə 1278; 2018, ¹ 3, maddə 400, ¹ 5, maddə 869; 2019, ¹ 3, maddə 380, ¹ 12, maddə 1893; 2020, ¹ 7, maddə 829, ¹ 11, maddə 1331, ¹ 12 (I kitab), maddə 1452; 2021, ¹ 8, maddə 895; 2022, ¹ 6, maddə 584, ¹ 12, maddə 1391; 2023, ¹ 2, maddə 196; Azərbaycan Respublikasının 2022-ci il 9 dekabr tarixli 683-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 4.0.1.14-cü, 4.0.2.4-cü, 7.0.10-4-cü, 7.0.14-cü 11.1.8-ci maddələrin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin müvafiq olaraq aşağıdakı məzmunda 4.0.1.15-ci, 4.0.2.5-ci, 7.0.10-5-ci, 7.0.15-ci 11.1.9-cu maddələr əlavə edilsin:

"4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət.";

"4.0.2.5. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət.";

"7.0.10-5. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək     əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət - himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında 0-18 yaş arası uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.";

"7.0.15. himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət - himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqda.";

"11.1.9. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət - himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə ləğv edildikdə.".

2. 5.1-1-ci maddədə "maddəsində" sözü " ya 4.0.1.15-ci maddələrində" sözləri ilə əvəz edilsin.

3. 9.1.11-ci maddədən "təyin edilir" sözləri çıxarılsın, həmin maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin aşağıdakı məzmunda 9.1.12-ci maddə əlavə edilsin:

"9.1.12. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət - himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilənin qüvvədə olduğu müddətə.".

4. aşağıdakı məzmunda 9.6-cı 10.2-2-ci maddələr əlavə edilsin:

"9.6. Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilə bağlanıldıqdan sonra ildə 4 dəfə (mart, iyun, sentyabr dekabr aylarında) ödənilməklə, həmin müqavilənin qüvvədə olduğu müddətə təyin edilir.";

"10.2-2. Bu Qanunun 4.0.1.15-ci 4.0.2.5-ci maddələrində nəzərdə tutulan müavinət himayədar valideynlərlə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında uşağın himayədar ailəyə verilməsinə dair bağlanılmış müqavilə əsasında himayədar valideynlərdən birinə təyin edilir.".

5. 10.2-ci maddəyə "4.0.1.14-cü," sözlərindən sonra "4.0.1.15-ci, 4.0.2.5-ci," sözləri əlavə edilsin.

6. 12-ci maddə üzrə:

6.1. 12.1-ci maddəyə "müavinətlərin" sözündən sonra "(himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla)" sözləri əlavə edilsin;

6.2. 12.2-ci maddəyə "Müavinətlərin" sözündən sonra "(himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət istisna olmaqla)" sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 may 2023-cü il

Azərbaycan.-2023.- 13 iyul.- S.4.