Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanununun tətbiqi Azərbaycan Respublikası Prezidentinin Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydasının təsdiq edilməsi haqqında 2020-ci il 27 fevral tarixli 946 nömrəli, Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürmə altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) digər aidiyyəti qurumların informasiya sistemlərinin ehtiyatlarının Siyahısının təsdiq edilməsi haqqında 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki, "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Valideynlərini itirmiş valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 30 may tarixli 882-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 2, maddə 104, ¹ 12 (I kitab), maddə 1467; 2021, ¹ 4, maddə 315; 2023, ¹ 3, maddə  353) ilə təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:  

3.1. 2.4-cü bəndə "vəzifəli şəxsləri," sözlərindən sonra "yerli icra hakimiyyətlərinin qəyyumluq himayə orqanları," sözləri əlavə olunsun həmin bənddə "yerli icra hakimiyyətlərinin qəyyumluq himayə orqanlarına (bundan sonra - qəyyumluq himayə orqanları)" sözləri "Nazirliyə" sözü ilə əvəz edilsin;

3.2. 2.5-ci bənddə "qəyyumluq himayə orqanları" sözləri "Nazirlik" sözü ilə əvəz olunsun həmin bəndə "uşaqlar" sözündən sonra ", himayədar ailə" sözləri əlavə edilsin;

3.3. 4.2-ci bəndin birinci cümləsində 4.3-cü bənddə "12" rəqəmləri "12 (on iki)" sözləri ilə əvəz edilsin;

3.4. 5.2-ci bəndə "tərkibi" sözündən sonra "(ailə üzvlərinin sayı, o cümlədən ailədə olan uşaqların yaşı cinsi)" sözləri əlavə edilsin;

3.5. aşağıdakı məzmunda 15.2-1-ci bənd əlavə edilsin:

 "15.2-1. Uşaq onu 3 (üç) aydan az olmayan müddətdə tərbiyə edən qəyyumları (himayəçiləri), habelə himayədar valideynləri tərəfindən övladlığa götürüldükdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.3.3 - 118.3.5-ci maddələrinin tələbləri həmin şəxslərə şamil olunmur.".

4. "Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) digər aidiyyəti qurumların informasiya sistemlərinin ehtiyatlarının Siyahısı"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1206 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 12 (I kitab), maddə 1468; 2023, ¹ 3, maddə 349) aşağıdakı dəyişikliklər edilsin:

4.1.     adına 1 - 3-cü hissələrə "uşaqlar" sözündən sonra ", himayədar ailə" sözləri əlavə edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş "Valideyn himayəsindən məhrum olmuş uşaqlar övladlığagötürmə" altsisteminə inteqrasiya olunacaq dövlət orqanlarının (qurumlarının) digər aidiyyəti qurumların informasiya sistemlərinin ehtiyatlarının Siyahısı"nın adına "uşaqlar" sözündən sonra ", himayədar ailə" sözləri əlavə edilsin.      

 

  İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 iyul 2023-cü il

Azərbaycan.-2023.- 13 iyul.- S.3.