Azərbaycan ilə Ermənistan arasında delimitasiya üzrə komissiyaların dördüncü görüşü keçirilib

 

İyulun 12-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayevin Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının, Ermənistan ilə Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyanın dördüncü görüşü keçirilib.

Nazirlər Kabinetinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tərəflər Azərbaycanın Ermənistanın rəhbərləri səviyyəsində müxtəlif formatlarda əldə edilən razılaşmaları nəzərə alaraq, delimitasiya məsələlərinin müzakirəsini davam etdirib, bir sıra təşkilati prosedur məsələləri nəzərdən keçiriblər.

Tərəflər həmçinin komissiyaların növbəti görüşünün keçirilməsinin tarixi yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.

 

Azərbaycan.-2023.- 13 iyul.- S.7.