Hərbi qüdrətimizin artırılması Böyük qayıdış proqramının icrası əsas prioritetlərdir

 

Hazırda beynəlxalq aləmdə hökm sürən gərginlik İkinci Dünya müharibəsindən sonra ən kritik həddə çatmışdır. Siyasi, hərbi, iqtisadi digər sahələrdə yaranmış çətinliklər ayrı-ayrı ölkələrin həyatında öz mənfi təsirlərini buraxmaqdadır. Vəziyyətdən çıxış həll yolları isə hələlik mümkün görünmür.

Şübhəsiz, dünya sivilizasiyasının bir parçası olan Azərbaycan da bu böhranlı vəziyyətin dünyada böyük hərbi qarşıdurmaların baş verdiyi bir dövrdə  müxtəlif çağırışlarla üzləşir. Prezident, Müzəffər Ali Baş Komandan

İlham Əliyevin apardığı uğurlu daxili xarici siyasətin nəticəsidir ki, bu gün ölkəmizdə sabitlik dayanıqlı inkişaf hökm sürür, dünyada baş verən gərginliklər, qlobal maliyyə iqtisadi böhranlar fonunda müsbət sosial-iqtisadi göstəricilər əldə olunur. Bunu Prezident İlham Əliyevin cari ilin 11 iyul tarixində bu ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə məzmunlu çıxışı zamanı verdiyi mühüm bəyanatlardan istinad etdiyi statistik rəqəmlərdən aydın görmək olar.

2023-cü ilin ötən altı ayının yekunlarına əsasən, ölkəmizin uğurları ilk növbədə qeyri-neft sektorunun inkişafı, işğaldan azad edilmiş Qarabağ Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa yenidənqurma işləri, davamlı sosial iqtisadi islahatların aparılması nəticələrində əks olunur. Ümumilikdə qeyri-neft sektoru 3 faizdən çox artmış, qeyri-neft sənayesində isə artım 6,5 faiz olmuşdur. Bu il rekord, yəni 33 milyard manat səviyyəsində olan dövlət büdcəsinə ilin ilk yarısında daha 3 milyard manat əlavə daxil olması nəticəsində dövlət büdcəsi 36 milyard manata yüksəlmişdir. 3 milyard əlavə vəsait ölkədə aparılan islahatlar nəticəsində maliyyə intizamının gücləndirilməsi, şəffaflığın yüksəldilməsi, vergi gömrük yığımlarının artması hesabına əmələ gəlmişdir.

Dövlət büdcəsinə daxil edilmiş əlavə 3 milyard manatın iki əsas prioritet istiqamətə yönəldilməsi qərara alınmışdır. 1.8 milyard manat Qarabağ Şərqi Zəngəzurda aparılan bərpa yenidənqurma işlərinə xərclənəcəkdir. Ümumiyyətlə, Qarabağ Şərqi Zəngəzurda bərpa yenidənqurma işlərinə bu ilin sonuna qədər 12 milyard manat xərclənməsi nəzərdə tutulmuşdur. Büdcəyə daxil olan əlavə vəsaitin 1.1 milyard manatı hərbi potensialımızın gücləndirilməsinə sərf olunacaq.  Hərbi qüdrətimizin artırılması bu günün reallıqlarından gələcək təhlükəsizliyimizin təmin edilməsi zərurətindən irəli gəlir. Bu gün biz Vətən müharibəsində böyük qələbə qazanmışıq. Amma Ermənistan havadarları bunu həzm edə bilmirlər.

Beynəlxalq hüququn işləmədiyi, gücün hakim rol oynadığı bugünkü dünyada hərbi qüdrətin daimi artırılması zərurətdir. Eləcə hərbi qüdrətimizin gücləndirilməsi ordumuzun döyüş hazırlığının yüksək səviyyədə saxlanması Ermənistan üçün sülhə məcburedici rol oynamalıdır. Ermənistan bilməlidir ki, sülh müqaviləsini imzalamasa, onun aqibəti Vətən müharibəsində olduğundan daha ağır olacaq.

Son günlər "Arbat" adlı erməni batalyonun Ermənistan bayrağı altında erməni kilsəsinin keşişinin xeyir-duası ilə Ukraynaya qarşı döyüşəcəyi barədə xəbərlər mediada geniş yayılmışdır.  Ukrayna ərazisində real döyüş təcrübəsi toplayan bu dəstənin gələcəkdə Azərbaycana qarşı təxribatlara terror aktlarına cəlb edilməyəcəyinə heç kəs təminat verə bilməz.  Digər tərəfdən, Qarabağ Şərqi Zəngəzura Böyük qayıdışın rəvan baş verməsi, vətəndaşlarımızın orada təhlükəsiz əmin-amanlıq şəraitində yaşaması üçün ordumuzun hərbi qüdrəti yüksək səviyyədə olmalıdır.

Beləliklə, dövlət büdcəsində xüsusi önəm verilən həmin iki prioritet istiqamət bir-biri ilə əlaqəlidir onların həyata keçirilməsi Azərbaycanın daha qüdrətli dövlət kimi inkişaf etməsi üçün mühüm zəmin yaradır. 2023-cü ilin ilk altı ayının nəticələri hər iki prioritet istiqamətdə nəzərdə tutulan fəaliyyətlərin uğurla səmərəli şəkildə həyata keçirildiyinə sübutdur.

 

Adil ƏLİYEV,

Milli Məclisin Sədr müavini

Azərbaycan.-2023.- 14 iyul.- S.7.