Lider örnəyi

 

 

Prezident İlham Əliyev bu ilin altı ayının yekunları ilə bağlı müşavirədə qətiyyətli mövqeyini bir daha ortaya qoydu

 

Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən cari ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə dövlət başçısı həyata keçirilmiş sosial-iqtisadi layihələr, islahatlar barədə məlumat verdi. Ölkə rəhbəri həmçinin gələcək dövr üçün planlardan danışdı ümumilikdə baş vermiş hadisələrlə bağlı mövqeyini qətiyyətli şəkildə ortaya qoydu.

Prezident ilin əvvəlində verdiyi tapşırıqların yerinə yetirilməsi ilə bağlı bir çox addımlar atıldığını ilin sonuna qədər ölkəmizin uğurlu inkişafının təmin ediləcəyinə əminliyini ifadə etdi. "Bu ilin altı ayında isə əsas istiqamətimiz ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın Şərqi Zəngəzurun bərpası, iqtisadi sosial sahələrdə islahatların davam etdirilməsi idi", - deyən dövlət başçısı bütövlükdə son altı ay ərzində iqtisadiyyatımızın inkişaf etdiyini qeyd etdi.

İlham Əliyev Gədəbəyin Söyüdlü kəndində baş vermiş hadisə ilə bağlı da qətiyyətli mövqeyini bildirdi. Ölkəmizin böyük hissəsinin artıq rəsmən "yaşıl enerji" zonası elan edildiyini xatırladan dövlət başçısı bunun fonunda Gədəbəy rayonunda baş vermiş hadisəni tamamilə qəbuledilməz hesab etdi.

Müşavirədə Ermənistanla münasibətlər, sülh sazişi məsələsinə toxunan ölkə rəhbəri bir daha vurğuladı ki, bizim sülh danışıqları ilə bağlı mövqeyimiz aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır.

Prezident hesab edir ki, beynəlxalq hüququn norma prinsipləri əsasında sülh müqaviləsi imzalana bilər: "Hər halda mən hesab edirəm ki, belə imkanlar var. Son danışıqlar raundları bir neçə gündən sonra nəzərdə tutulan yüksəksəviyyəli təmaslar bir məqsədi güdür ki, biz sülh anlaşmasına daha da yaxınlaşaq. Biz bunu arzulayırıq, bunu təşəbbüskar kimi irəli sürmüşük. Ancaq yenə deyirəm, hər şey bizdən asılı deyil, qarşı tərəf buna hazır olmalıdır sözdə ifadə etdiyi prinsipləri kağız üzərinə keçirməlidir".

 

Azərbaycanı inkişafa Prezidentin düzgün daxili xarici siyasəti aparır

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, Prezident İlham Əliyevin müşavirədə söylədiyi fikirləri həm indiyə qədər görülən işlərə yekun, həm bundan sonrakı fəaliyyət üçün proqram hesab etmək olar. 

Deputat qeyd edib ki, dövlət başçısı bütün məsələlərə - iqtisadiyyat, işğaldan azad olunmuş ərazilərin bərpası, keçmiş məcburi köçkünlərin torpaqlarına  qayıtması, xarici iqtisadi əlaqələr, Azərbaycanın beynəlxalq birlikdəki fəaliyyəti məsələlərinə, hətta bir müddət əvvəl Gədəbəydə baş vermiş hadisəyə münasibət bildirib: "Hər bir məsələ üzrə Azərbaycan dövlətinin, onun liderinin konkret mövqeyi var bu mövqeyi milli maraqlarımıza, bundan sonrakı inkişafımıza dəstək olacaq  məsələ kimi qəbul etmək olar. Aparılan düzgün iqtisadi siyasət büdcənin bu il ən yüksək həcmə - 33 milyard manata çatmasına yenidən baxılması nəticəsində 10 faiz artırılmasına gətirib çıxartdı. Ümumi daxili məhsul bu gün ən yüksək rəqəmə çatıb. Cənab Prezidentin tapşırığı əsasında görülən işlər xarici borcun həcminin ÜDM-in 10 faizindən aşağı düşməsinə gətirib çıxarıb bu tendensiya davam edir. Eyni zamanda dövlət başçısı inflyasiyanın Azərbaycan üçün yüksək olmasından da narahatlığını ifadə etdi bunun birrəqəmli həddə salınması üçün əlavə tədbirlərin görülməsinin vacibliyini vurğuladı".

Aydın Mirzəzadə bildirib ki, görülən işlər qeyri-neft sektorunun, əsasən da qeyri-neft sənaye sektorunun artmasına gətirib çıxarıb. Bu onu göstərir ki, Azərbaycan neft-qaz faktorundan tədricən qeyri-neft sektorunun inkişafına uğurlu keçid edir. Bunu büdcəyə daxilolmaların həcmində görə bilərik. Ölkə rəhbəri Azərbaycana investisiya qoyan şirkətlər üçün lazımi şərait yaradıldığını, bununla belə, həmin şirkətlərin ölkəmizin qanunlarına riayət etməsinin vacibliyinə, ekologiyanı ətraf mühiti qorumağa məcbur olmaları məsələsinə toxundu. Qaydalara əməl edilməməsi Söyüdlüdə məlum hadisənin baş verməsinə gətirib çıxarıb. Cənab Prezident burada da özünün prinsipial mövqeyini ortaya qoydu insanlarla işləməyin, əldə edilən qazancın müəyyən hissəsinin həmin ərazinin sosial-iqtisadi inkişafına əhalinin rifahının yaxşılaşdırılmasına yönəldilməsinin, baş vermiş hadisələrə operativ reaksiyanın verilməsinin vacibliyinə toxundu.

Dövlət başçısının Qarabağ Şərqi Zəngəzurda görülən böyük quruculuq işlərindən danışdığını xatırladan deputat bildirib ki, bərpa işləri iki məktəb istisna olmaqla, ancaq Azərbaycanın öz hesabına  aparılır. "Beynəlxalq maliyyə qurumları təşkilatlar  Azərbaycanla Ermənistan arasında  müharibə bitdikdən sonra bərpa işlərinə böyük vəsait ayıracaqları barədə bəyanatlar verirdi. Bu gün ortada olan odur ki, Azərbaycan bütün  işləri özü görür. Bu il  işğaldan azad olunmuş ərazilərdə 12 milyard manata qədər vəsaitin xərclənəcəyi gözlənilir. Prezident İlham Əliyev Böyük qayıdışın birinci mərhələsində 100-ə qədər yaşayış məntəqəsinə keçmiş məcburi köçkünlərin qayıdacağı xəbərini verdi. Bildirdi ki, şəxsən 8 şəhər, 22 kəndin əsasını qoyub", - deyə o əlavə edib.

A.Mirzəzadə dövlət başçısının Ermənistanla münasibətlərdən danışdığını vurğulayaraq bu məsələdə Azərbaycanın milli maraqlara beynəlxalq hüquq normalarına əsaslanan mövqeyini bir daha bildirdiyini qeyd edib. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü sözdə tanısa da, hələ sənəddə tanımayıb.  Dövlət başçısı Ermənistanla ancaq beynəlxalq hüquq normaları əsasında münasibətlərin qurulmasını dəfələrlə bəyan edib.

"İyulun 15-də Azərbaycan Ermənistan rəhbərləri görüşəcəklər. Ümid edirik ki, Ermənistan axır ki, sülh müqaviləsinin  bağlanmasının ilk növbədə onun maraqlarına da cavab verdiyini anlayar.

Cənab Prezidentin müşavirədəki çıxışını dinlədikcə Azərbaycanda böyük quruculuq işlərinin getdiyinin, ölkə qarşısında duran problemlərin həlli üçün böyük işlər görüldüyünün hər bir məsələnin onun diqqətində olduğunun, problemlərin tez səmərəli həlli üçün ciddi tapşırıqlar verdiyinin şahidi oluruq. Azərbaycan inkişafının düzgün xəttindədir. Bu inkişafa ölkəmizi cənab prezidentin düzgün daxili xarici siyasəti aparır", - deyə deputat bildirib.

 

İlham Əliyevin bu çağırışı kifayət qədər ciddi məqamları özündə ehtiva edir

 

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu qeyd edib ki, Prezident İlham Əliyev müşavirədə bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı hər şeydən əvvəl Azərbaycanda sosial-iqtisadi inkişafda bu istiqamətdə gözləntilərlə bağlı fikirlərini söyləyib. Diqqət yetirdiyi vacib məsələlər əsasən ondan  ibarət oldu ki, Azərbaycanın müxtəlif  sahələrdə inkişafı kifayət qədər  dinamik gedir. Bu həm nəqliyyat logistika, həm enerji, həm ümumi  sosial-iqtisadi inkişaf sahələrini əhatə edir. Ölkə rəhbəri Azərbaycanın sürətlə artmaqda olan logistika imkanlarına da diqqəti cəlb etdi. "Azərbaycanın yük ötürücülük qabiliyyətinin ən ciddi tələblərə uyğun formalaşdırıldığını vurğuladı. Gələcəkdə Azərbaycanın bu istiqamətdə daha böyük imkanlara sahib olacağını qeyd etdi", - deyə deputat əlavə edib.

E.Mirbəşiroğlu bildirib ki, işğaldan azad olunmuş ərazilərdə dinamik tikinti quruculuq işləri sürətlə aparılır, soydaşlarımız öz doğma yurdlarına qayıdırlar. Dövlət  bu istiqamətdə sistemli şəkildə effektiv addımlar atır. Ölkə rəhbəri bu məsələyə   xüsusi diqqət yetirdi.

Söyüdlüdə baş verənlərlə bağlı dövlət başçısının sərt mövqe sərgilədiyini vurğulayan deputat hesab edir ki, Prezidentin xəbərdarlığı məmurların gələcəkdə öz işlərinə məsuliyyətlə yanaşmalarını şərtləndirmiş oldu. Ölkə rəhbəri Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələsinə toxundu. Nəzərə almaq lazımdır ki, Azərbaycan Ermənistanla sülh sazişinin imzalanması istiqamətində hər zaman təşəbbüs göstərib, öz şərtlərini irəli sürüb. Prezident vurğuladı ki, Ermənistanın ötən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü tanıması müsbət haldır. Ermənistanın bu il isə anklavlarla bağlı mövqeyini müsbət hal kimi qiymətləndirdi. Ermənistanın davranışları əksər hallarda imitasiya xarakteri daşıdığı üçün dövlət başçısı xüsusi vurğuladı ki, səsləndirilən  mövqelərin artıq kağız üzərində öz əksini tapması vacibdir.

Deputat hesab edir ki, Prezident İlham Əliyevin son çağırışı kifayət qədər ciddi məqamları özündə ehtiva edir. Bu, həm Ermənistanın bundan sonra imitasiyalarla məşğul olmamasına dəlalət edir.

Ümumiyyətlə, Prezident İlham Əliyev müşavirə çərçivəsində həm bugünkü vəziyyəti təsvir etdi, həm gələcəyə münasibətini ifadə etdi. 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 15 iyul.- S.5.