Vaqif Poeziya Günləri çərçivəsindəDövlətin memarı. Bir ömrün ensiklopediyasıxalçasının təqdimatı olub

 

Şuşada Vaqif Poeziya Günləri çərçivəsində müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunanDövlətin memarı. Bir ömrün ensiklopediyasıunikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı olub.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu, İqtisadiyyat Nazirliyi Azərxalça” ASC tərəfindən həyata keçirilən layihənin həmmüəllifləri Əməkdar incəsənət xadimi, “Azərxalça” ASC İdarə Heyətinin sədri Emin Məmmədov, Əməkdar rəssam Rəşad Ələkbərov, icraçıları isəAzərxalça”nın yaradıcı komandasıdır. 2022-ci ilin may ayından etibarən toxunan triptixin ərsəyə gəlməsindəAzərxalça”nın İsmayıllı emalatxanasında çalışan 11 toxucunun əməyi olub.

Üç hissədən ibarət əsərin hər bir hissəsində Ümummilli Liderin əsas həyat fəlsəfəsi, daim diqqətdə saxladığı məsələlər, önəm verdiyi dəyərlər ilk dəfəxalça dili”ndə çatdırılır.

İlk hissədə xalçanın kompozisiyasına uyğun olaraq xalqın birliyini əzəmətini əks etdirən rəmzlər yer alıb. Ulu Öndərin ötən əsrin 90-cı illərində respublikamızın məruz qaldığı xarici daxili qarşıdurmalarla mübarizədə məhz xalqla birlikdə olmasını, xalqın inam gücünə arxalanmasını nəzərə alaraq, xalça üzərində Heydər Əliyevxalq birliyi öz əksini tapıb. Xalçanın kənar haşiyəsinin konturları isə Ümummilli Liderin ad soyadının baş hərflərini əks etdirir.

Heydər Əliyev təhsil mövzusu xalçanın birinci hissəsinin əsas mövzularından biridir. Bundan əlavə, həmin hissədə Ulu Öndərin milli musiqimizə olan sevgisi, ən sevdiyi gülzoğalı rəngli qızılgül, mənəvi zənginlik hesab etdiyi kitablar, onun səyləri nəticəsində bilavasitə təşəbbüsü ilə inşa olunmuş milli memarlıq nümunələri, mədəniyyətimizin stilizə olunmuş simvollarıtar, kaman, qaval, yallı, armudu stəkanda çay s. elementlər öz əksini tapıb.

Ulu Öndərin Azərbaycana rəhbərliyi dövründə respublikamızda ixtisaslı milli hərbçilərin yetişdirilməsi üçün Bakıda Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb, ali orta ixtisas məktəblərində müasir tələblərə uyğun mütəxəssis hazırlamaq üçün müvafiq fakültələr şöbələr yaradılıb. Milli Ordu quruculuğunun təməlini qoymuş Heydər Əliyevin bu əməyi xalçanın ikinci hissəsində əksini tapıb.

Ümummilli Liderin qətiyyəti, iradəsi cəsarəti sayəsində Azərbaycan regionda sülhün dayağına, paytaxt Bakı isə beynəlxalq əməkdaşlıq platformasına çevrilib. Bu baxımdan Heydər Əliyevin müəllifi olduğuƏsrin müqaviləsimövzusu da xalça üzərində həkk olunub.

Ulu Öndər həm hakimiyyətə birinci gəlişi zamanı, həm müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə iqtisadiyyatın aparıcı sahələrindən olan kənd təsərrüfatına böyük önəm verib, aqrar sektorun inkişafı regionlarda əhalinin rifahı üçün əhəmiyyətli zəmin yaradıb. Xatirə xalçasının üzərində Ümummilli Liderin məhz bu sahədə olan fəaliyyəti əksini tapıb.

Triptixin sonuncu ən əsas hissəsi Heydər Əliyevin çağdaş, xətti (cizgili) portreti əks olunmuşKeçmiş gələcəkdüşüncələr ayrıcındaadlanır. Burada firavan gələcəyi naminə fədakarlıqla çalışdığı, zəngin tarixi mənəvi dəyərləri ilə daim fəxr etdiyi xalqının önündə həmişə cəsarətlə addımlayan Heydər Əliyev yüksək bir zirvədən ölkənin bu gününü böyük fəxrlə, gələcəyini isə inamla seyr edir. Xalçanın sərhədlərini müəyyən edən, “Birlik, qardaşlıq gücrəmzi sayılan əl-ələ tutmuş qolların həndəsi naxış elementlərinin əhatəsində Ulu Öndərin timsalındaİdeal cəmiyyətin simvolu” – ailə görüntüsü verilib. Bu hissədəki alov, ocaq, quşlarqoruyucu mələklər, bitkilərbolluq firavanlıq, qızılgül isə gələcək nəsillərə qayğı dəstək elementi kimi öz əksini tapıb.

 

Azərbaycan.-2023.- 15 iyul.- S.4.