Ombudsman Ermənistanın mina terrorunun dayandırılması ilə bağlı beynəlxalq təşkilatları qəti addımlar atmağa çağırıb

 

Ermənistan tərəfindən Azərbaycan ərazilərində basdırılmış minalar partlamamış hərbi sursatlar mülki şəxslərin həyatına ciddi təhlükə yaratmaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyevanın iyulun 13-də Kəlbəcər rayonunun Seyidlər kəndi ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan azərbaycanlı mülki şəxsin mina partlayışı nəticəsində xəsarət alması bağlı reaksiyasında qeyd edilib.

Ombudsman qeyd edib ki, Ermənistanın ölkəmizə qarşı törətdiyi mina terroru hərbi qulluqçularımızın mülki şəxslərin həyatını itirməsinə ya yaralanmasına səbəb olur, eyni zamanda, keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışını ləngidir, sahibkarlıq subyektlərinin fəaliyyətinə, bölgədə həyata keçirilən bərpa yenidənqurma işlərinə maneə yaradır.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində minaların basdırılması minalanmış ərazilərin dəqiq xəritələrinin verilməməsi Ermənistanın beynəlxalq hüquq beynəlxalq humanitar hüququn norma prinsiplərinə hörmətsizliyinin açıq nümayişidir.

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili olaraq, aidiyyəti beynəlxalq təşkilatları Ermənistanın mina terrorunun dayandırılması, işğaldan azad olunmuş ərazilərimizdə basdırılmış minaların dəqiq xəritələrinin ölkəmizə təhvil verilməsi ilə bağlı qəti addımlar atmağa çağırıram”, - deyə Səbinə Əliyeva vurğulayıb.

 

Azərbaycan.-2023.- 15 iyul.- S.5.