Arazdəyəndə tikiləcək metallurgiya zavodunun törədə biləcəyi ekoloji fəlakətə etiraz edən beynəlxalq QHT-lərin sayı durmadan artır

 

Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm planetimizə potensial zərərli təsirlərinə baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən imzalanan bəyanata qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır.

 

AZƏRTAC xəbər verir ki, iyunun 29-da müxtəlif ölkələrin 32 qeyri-hökumət təşkilatı tərəfindən imzalanan bəyanatı dəstəkləyənlərin sayı artıq 70-ə yaxınlaşır. Bu, bir daha onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət Ermənistanın qlobal ekoloji fəlakət törədə biləcəyindən narahatdır.

 

Qeyd edək ki, bəyanatda Arazdəyəndə tikintisi aparılacaq Ermənistan ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun yeni ekoloji fəlakətə səbəb olacağından narahatlıq ifadə olunur.

 

Vurğulanır ki, bu irimiqyaslı metallurgiya zavodunun yaradılması ilə Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş standart prinsiplərə, xüsusən Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirir.

 

Diqqətə çatdırılır ki, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir.

 

Belə bir zavodun tikintisi insanlara planetimizə zərər verə bilər. Onun geniş təsirlərini, insan sağlamlığı, ətraf mühit həqiqi dayanıqlılıq üçün yaratdığı təhlükəni nəzərə alsaq, bu, vətəndaş cəmiyyəti üçünqırmızı xəttdeməkdir.

 

Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına həyat təhlükəsizliyinə, fauna floraya, torpağa, havaya su strukturlarına mütləq təsir göstərəcəkdir. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır.

 

Bütün bunlar nəzərə alınaraq, QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi BMT-nin Zərərli Maddələr İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi kimi müvafiq beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə müvafiq tədbirlər görməyə çağırırırlar. Bildirilir ki, Ermənistanın davam edən ekoloji pozuntularına son qoyulmalıdır.

 

Bəyanatda, həmçinin Amerika Birləşmiş Ştatlarına bu riskləri qəbul etməyə Arazdəyəndə adı çəkilən metallurgiya zavodunun tikintisinə dəstəyi dayandırmağa çağırış yer alır.

 

Bəyanatı imzalayıblar:

 

1. Məryəm Daneş, Vaşinqton Li Universiteti, ABŞ

 

2. Samir Sah, Vərəm üzrə Vətəndaş Cəmiyyətinin Məsləhətçisi, Birləşmiş Krallıq

 

3. Ezio Tavora dos Santos Filho, “REDE-TB” təşkilatı, Braziliya

 

4. Cos Maria Di Bello, GEP Fondu, Argentina

 

5. Umarov Rüstamcon, ətraf mühit üzrə aktivist, Hiroşima Universitetinin tələbəsi, Yaponiya

 

6. Svetlana Doltu, AFI QHT-ı, Moldova Respublikası

 

7. Olya Klimenko, “TBPeopleUkrainetəşkilatı, Ukrayna

 

8. İnna Gavrilova, İctimai Səhiyyə Alyansı, Ukrayna

 

9. Sergey Uçayev, “ISHONCH VA HAYOT” QHT-ı, Özbəkistan

 

10. Nikoloz Mirzaşvili, TBpeople şəbəkəsi, Sakartvelo, Gürcüstan

 

11. Sok Çamreun Çoub, Xmer İIV/QİÇS QHT Alyansı (KHANA), Kamboca

 

12. Stiven Anquva Şikoli, Vərəmə qalib gəlmiş Şəxslərin Şəbəkəsi, Kenya

 

13. Kolins Major Kinyuru, Pamoca Vərəm qrupu, Kenya

 

14. Cozef Kilonzo, BISC, Kenya

 

15. Elçin Muxtarlı, Azərbaycan Vərəm əleyhinə QHT Koalisiyası

 

16. Piter Nqola, “Vot Gənclərin İnkişafı Layihələriicma-əsaslı təşkilatı, Kenya

 

17. Çarlz Qvist, “Carepal” Fondu, Qana

 

18. Pərvanə Vəliyeva, “Sağlamlığa Xidmətİctimai Birliyi, Azərbaycan

 

19. Çingiz Ramazanlı, TBpeople Azərbaycan, “Vərəmsiz Gələcəyə Doğruİctimai Birliyi, Azərbaycan

 

20. Prof.Dr.Zeki Kılıçaslan, “İstanbul Vərəm Savaş Dərnəyi”, Türkiyə

 

21. Dr. Şemsettin Küzeci, Kərkük Mədəniyyət Assosiasiyasının prezidenti, Türkiyə

 

22. Abass A Kamara, könüllü, Syerra-Leone Qızıl Aypara Cəmiyyəti, Syerra-Leone

 

23. Mohmad Hüseyn Lone, İnsan hüquqları üzrə aktivist, İsveçrədə yerləşən Beynəlxalq İnsan Hüquqları Komissiyasının rəsmi könüllüsü, Jammu Kəşmir, Hindistan

 

24. Kordeliya Adamu, Afrika Ətraf Mühit Sağlamlıq üzrə İnkişaf Şəbəkəsi, Nigeriya

 

25. Germain Marius Hepi, diplomat, İsveçrə/Kamerun OSER Humanitar təşkilatının prezidenti, Kamerun

 

26. Norman Kaqiso Matitinq, Vərəmə Qalib Gəlmiş Şəxslərin Şəbəkəsi, Botsvana

 

27. Nişant Çavan, İctimai səhiyyə üzrə müstəqil konsultant, Hindistan

 

28. Filiz Duyar Ağca, Türk Toraks Dərnəyi, Vərəm üzrə İşçi qrupu, Türkiyə

 

29. Haşim Əbdül Halim, Qərbi Benqal Hökumətinin Səhiyyə Ailə Rifahı Departamenti, Hindistan

 

30. Kinz Eman, “Stop Vərəm Tərəfdaşlığı Pakistan”, Pakistan

 

31. Zişan Əhməd, Puncab Əyaləti üzrə Vərəmə Nəzarət Proqramı, Pakistan

 

32. Mohmad Hüseyn, Banqladeşin Alergiya Kliniki İmmunologiya İnstitutu (IACIB), Banqladeş

 

33. Zəfər Novşad Vani – tuberkulyoz həkimi, Hindistan

 

34. Şamsiyyə Kukanbetova – “Stop” Tuberkulyoz Tərəfdaşlığı Təşkilatı, Tacikistan

 

35. Novruzmo Vəzirbəyova – “Stop” Tuberkulyoz Tərəfdaşlığı Təşkilatı, Tacikistan

 

36. Həbib Hakimov - “Stop” Tuberkulyoz Tərəfdaşlığı Təşkilatı, Tacikistan

 

37. Hilol Xudonazarov - “Stop” Tuberkulyoz Tərəfdaşlığı Təşkilatı, Tacikistan

 

38. Rauşan JeteyevaQazaxıstan Ftizipulmonoqlar Assosiyasiyası, Qazaxıstan

 

39. Erlina Burhan – İndoneziya Respirologiya Cəmiyyəti, İndoneziya

 

40. Eliyud Emeri – Keniya “Grassroots” Təşkilatları Konsorsiumu, Keniya

 

41. Samuel İro Timoro – “Turkana Network Trust Action for Disabilitiytəşkilatı (Fiziki qüsurlular üçün fond), Keniya

 

42. Kevin Muranqori Maina – Kiongozi Fondu, Keniya

 

43. Əli Mvayanqa – “Kwale Focus Empowerment” İcma Əsaslı Təşkilatı, Keniya

 

44. Piter Musyoka – “Twene MbeeŞəbəkəsi İnkişaf Qrupuİcma Əsaslı Təşkilatı, Keniya

 

45. Fred Vanyonyi - Kənd yerlərinin Gücləndirilməsi İnkişafı Təşkilatı – REDO, Keniya

 

46. Ebenyo Ome Qodvin Ome – “OkoaPastorlarının Yoxsulluğun aradan qaldırılması təşəbbüsü (OPPEİ), Keniya

 

47. Ridivani Sadiki –Keniyanın Kənd Yerlərinin İnkişafı Naminə Vətəndaş Şəbəkəsi, Keniya

 

48. Lusi Erika – Qadın Sülh Forumu, Türkana əyaləti, Keniya

 

49. Elizabet LotenqanQadın Sülh Forumu, Keniya

 

50. Adunq Zifora LokereLopeo sülh təşkilatı, Keniya

 

51. Emmanuel EreqaeLopeo, Keniya

 

52. Viklif Alala –Nyakaç Sosial Ədalət Mərkəzi, Keniya

 

53. Kornelius LoçuçTodanyatu Təşkilatı, Türkana əyaləti, Keniya

 

54. Ezekel OdeoAqro Ətraf Mühit Fermerləri Assosiasiyası – AGEFA, Bunqoma, Keniya

 

55. Benson Ekeno EbeiTürkana Qərb Gənclərinin Gücləndirilməsi Təşkilatı (TUWYE), Keniya

 

56. Dannis Nataparin Lapur – Keniya Gənclər Təşkilatı, Keniya

 

57. Paulina Akai Ejore – Keniya Gənclər Federasiyası, Keniya

 

58. Ol RoselinTürkana Gəncləri Teatr Təcrübəçiləri Assosiasiyası, Keniya

 

59. Cozef Nqaukon Açuka – “Ayokçoxtərəfli inkişaf təşkilatı, Keniya,

 

60. Baş keşiş Reymond Mutama – “Universal Fellowship” təşkilatı, Keniya

 

61. Meri Kirima Meri – “Vətəndaş İnkişafı Assosiasiyası 2000”, Keniya

 

62. Abdişakir Adan Məhəmməd –Afrika Sosial İnkişaf Təşkilatı-ASDEF, Keniya

 

63. Fatma Abdullahi Əhməd - Qadın Hüquqlarını Müdafiə Təşəbbüsü, Keniya

 

64. Feyt Kiyema – “Kitui qadınları inkişafdaqurumu, Keniya

 

65. Silviya Nakadi – “Kamarngoleİcma Əsaslı Təşkilatı, Keniya.

 

 

Azərbaycan.-2023.- 15 iyul.- S.6.