Hindistanlı ekoloq: Arazdəyəndə metallurgiya zavodunun tikintisinə etiraz edənlərin sayının artması potensial ekoloji fəlakətdən narahatlığın təzahürüdür

 

Arazdəyəndə metallurgiya zavodunun tikintisinə öz narahatlıqlarını bildirən etiraz edən beynəlxalq QHT-lərin sayının artması ürəkaçandır. Vətəndaş cəmiyyəti təşkilatlarının yaydığı bəyanatda transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini vurğulayan Espoo Konvensiyası kimi beynəlxalq səviyyədə tanınmış standart prinsiplərə riayət etməyin vacibliyi diqqətə çatdırılır. QHT-lərin bu kollektiv səsi irimiqyaslı metallurgiya zavodunun yaradılması nəticəsində yarana biləcək potensial ekoloji fəlakətdən narahatlığın ifadəsidir. Zavodun fəaliyyətinin insan sağlamlığı, ətraf mühit davamlılıq üçün geniş mənfi təsirlərinin ola biləcəyinin dərk edilməsi bu problemin səmərəli həllində çox vacibdir. Bundan əlavə, yerli ekosistemə, o cümlədən Araz çayına onun suyundan asılı olan canlı təbiətə təsərrüfatlara potensial zərərin vurula biləcəyinin qeyd edilməsi təkcə yaxın ətraf mühitin deyil, həm bu layihənin təsirinə məruz qalan insanların yaşayış şəraitinin qorunmasının vacibliyini əks etdirir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Benqal Hökumətinin Səhiyyə Ailə Rifahı Departamentinin nümayəndəsi hindistanlı Haşim Əbdül Halim söyləyib.

O qeyd edib ki, BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı digər müvafiq beynəlxalq təşkilatların müdaxilə çağırışları ətraf mühitlə bağlı bu pozuntuların aradan qaldırılması üçün əlaqələndirilmiş cavab tədbirlərinə ehtiyac olduğunu nümayiş etdirir. Bundan əlavə, ABŞ-ı metallurgiya zavodunun tikintisinə verdiyi dəstəyi yenidən nəzərdən keçirməyə çağırmaq məsuliyyətli qərarların qəbul edilməsinin xalqlar arasında əməkdaşlığın vacibliyini vurğulayır.

 

Azərbaycan.-2023.- 16 iyul.- S.3.