Keniyalı QHT sədri: Azərbaycan-Ermənistan sərhədində metallurgiya zavodunun inşası standartlara zidd olaraq reallaşdırılan layihədir

 

Arazdəyəndə metallurgiya zavodunun tikildiyi ərazi Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasında sərhəd xəttidir. İllik istehsal gücünün 180 min ton olacaq bu zavodun inşası standartlara zidd şəkildə reallaşdırılan layihədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında KeniyaOt kökləriTəşkilatları Konsorsiumunun prezidenti Eliyud Emeri deyib.

Bizim narahatlığımız ondan ibarətdir ki, Ermənistan Azərbaycan bu prosesə tam cəlb olunmayıb. Bu o deməkdir ki, ictimaiyyətə əvvəlcədən heç bir məlumat verilməyib razılıq olmayıb. Transmilli şirkətin reallaşdıracağı bu layihə nəticəsində su canlılarına havanın çirklənməsinə təsir göstərəcək karbon emissiyaları biomüxtəlifliyə birbaşa təsir edəcək. Biz BMT-nin müvafiq qurumlarına bu layihənin dayandırılması bütün məqbul standartlara tam uyğun olması üçün petisiyamızı təqdim edəcəyik. Petisiyanın əsas məqsədi beynəlxalq biznes standartlarına uyğun gəlməyən bu cür addımların qarşısının alınmasıdır”, - deyə E.Emeri diqqətə çatdırıb.

Onun sözlərinə görə, həmin ərazidə reallaşdırılması nəzərdə tutulan hər bir layihənin parametrləri müəyyən olunmalı, onun ətraf mühitə uyğunluğu təmin edilməlidir. “Buna görə Azərbaycan Ermənistanın sərhədyanı ərazilərindəki fauna floraya mənfi təsir göstərəcək zavodun tikilməsinə qarşı birgə qlobal kampaniya başlatdıq. Biz vətəndaş cəmiyyətimizi medianı bütün dünyada iqlim dəyişikliyinə səbəb olan karbon emissiyasının artmasına son qoymaq üçün bu kampaniyaya qoşulmağa çağırırıq. Biz bu vəziyyəti pisləyirik ümid edirik ki, buna son qoyulacaq”, - deyə o qeyd edib.

 

Azərbaycan.-2023.- 16 iyul.- S.3.