Kanada mətbuatı: Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa qarşı çıxır bölgədə sabitliyi pozur

 

Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa qarşı çıxır bölgədə sabitliyi pozur.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu barədə Kanadanın nüfuzlu “Thej.ca” media platformasında dərc edilmişFransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu geosiyasi maraqlarla bağlı suallar doğurursərlövhəli məqalədə qeyd olunub.

Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi baş direktoru, tanınmış siyasi şərhçi jurnalist Reyçel Avrahamın qələmə aldığı məqalədə diqqətə çatdırılıb ki, Fransanın Ermənistanı hərbi cəhətdən dəstəklədiyi barədə məlumatlar mövcuddur.

Müxtəlif siyasi ekspertlərin fikirlərinin yer aldığı məqalədə Fransanın uzun illərdir ki, irqçi davranışlarına görə qınaq obyekti olduğu qeyd edilib. Təəssüflə bildirilib ki, Afrikanın bir çox ölkəsi Fransanın onların tarixindəki müstəmləkə keçmişinə görə üzr istəməsini gözlədiyi halda, adıçəkilən ölkənin Afrikaya bərabərhüquqlu tərəfdaş kimi yanaşması müşahidə olunmur.

Yazıda qeyd edilib ki, qərəzli davranışları səbəbindən Fransa Ermənistanla Azərbaycan arasında danışıqlar prosesində iştirak edən obyektiv ölkə kimi mövqeyini itirib Azərbaycan açıq şəkildə ermənipərəst mövqe tutduğuna görə Fransanın sülh prosesində iştirakı ilə razılaşmır. Fransanın Ermənistanı dəstəkləməsi, birincisi, bu ölkədəki nüfuzlu erməni diasporu sayəsindədir, ikincisi, Fransa Cənubi Qafqazda öz təsirinə malik olmaq istəyir. Bir neçə ay əvvəl Ermənistana humanitar missiyanın göndərilməsi ilə bağlı qərarın qəbul edilməsi sözügedən səbəbdən qaynaqlanır.

Eyni zamanda, diqqətə çatdırılıb ki, Fransa İrəvanı sülh müqaviləsi bağlamağa sövq etmək əvəzinə, sırf öz maraqlarından çıxış edərək Ermənistanı dəstəkləyir ki, bu da Ermənistana, Fransaya sərf edir. Fransanın sözügedən siyasəti Ermənistandakı millətçi qruplara yalnız ümid verməklə tərəfləri sülh sazişinə yaxınlaşdırmır. Bir sözlə, Fransa Azərbaycanın tərəfində olan beynəlxalq hüquqa zidd siyasəti ilə bölgədə sabitliyi pozur.

 

Azərbaycan.-2023.- 16 iyul.- S.3.