ÜçüncüYüksəlişmüsabiqəsinin final mərhələsinin açılış mərasimi keçirilib

 

İyulun 15-də Bakı Ekspo Mərkəzində üçüncüYüksəlişmüsabiqəsinin final mərhələsinin rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər idman nazirinin müavini, İşçi qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edib. O, “Yüksəlişmüsabiqəsi finalçılarına səslənərək istedadlı kadrların seçilməsi, inkişaf etdirilməsi üzrə layihənin keçirilməsində yaxından iştirak etdikləri üçün qürur hissi duyduğunu bildirib. Fərhad Hacıyev onu da əlavə edib ki, finalçılar arasında ötən illər müsabiqədə iştirak etmiş namizədlərin çoxluq təşkil etməsi sevindirici haldır. Bunun müsabiqənin ictimaiyyət tərəfindən yüksək qiymətləndirilməsinin iştirakçıların etimadını qazanmasının göstəricisi olduğunu bildirən İşçi qrupunun rəhbəri sonda hər bir finalçıya uğurlar arzulayıb, onların final mərhələsinədək gəlib çatmasının qalibiyyətə bərabər olduğunu qeyd edib.

Tədbir Təşkilat Komitəsi üzvlərinin çıxışları ilə davam edib. ÇıxışlardaYüksəlişmüsabiqəsinin hər il yeni nəsil idarəçilərin aşkara çıxarılması formalaşmasında oynadığı əhəmiyyətli rol vurğulanıb, günümüzdə idarəçiliyin tələblərinə uyğun olaraq rəqabətli insan kapitalının önəmi diqqətə çatdırılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov insan kapitalının, kadr potensialının artırılması, bacarıqlı kadrların önə çıxarılması məqsədilə həyata keçirilənYüksəlişmüsabiqəsinin önəmini vurğulayıb, müsabiqənin intellektual səviyyəsi idarəçilik keyfiyyətləri yüksək olan gələcəyin liderlərinin dəstəklənməsi ölkədə rəqabətqabiliyyətli insan kapitalının inkişafını təmin etmək məqsədilə atılmış mühüm addım olduğunu qeyd edib. İqtisadiyyat naziri müsabiqənin finalçılarına idarəçilik sənətinin incəliklərinə dərindən yiyələnmələrini tövsiyə edib, onlara bu sahədə uğurlar arzulayıb.

Əmək əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Azərbaycan hazırda iqtisadi, sosial, mədəni idman sahələri başda olmaqla əksər sahələrdə ən dinamik dövrünü yaşayır. Belə bir dövrdə gənclərin ölkəmizin inkişafına dəstək olması üçünYüksəlişmüsabiqəsi əvəzsiz bir imkan yaradır.

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə gənclərin inkişafına, təhsil sahəsinə, mütəxəssis hazırlığına hər zaman dövlətçiliyin cəmiyyət həyatının ən vacib, strateji əhəmiyyətli sahəsi kimi yanaşılmasında Heydər Əliyev məktəbinin təkanverici rolunu vurğulayıb. O bildirib ki, Ulu Öndər Heydər Əliyev gənclərin yaxşı təhsil almaqla yanaşı, vətənpərvər ruhda yetişməsi üçün lazımi tədbirlər görürdü. Bu növ təşəbbüslərin ölkəmizdə davam etməsi üçünYüksəlişmüsabiqəsinin təşkil olunması əhəmiyyətli zəruri addımdır.

Müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 109 nəfər iştirakçının mübarizə apardığı final mərhələsi iyulun 16-da yekunlaşacaq.

Xatırladaq ki, fevralın 17-dən qeydiyyatına start verilən üçüncüYüksəlişmüsabiqəsinə 13 min 474 iştirakçı müraciət edib. Müsabiqənin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdənböyük şirkətlərin top-menecerlərindən dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə 20 min manat dəyərində pul mükafatı gözləyir.

Yüksəlişmüsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqə 5 mərhələdənqeydiyyat, onlayn seçim, əyani, yarımfinal finaldan ibarətdir.

Dövlətimizin başçısı 2022-ci il dekabrın 20-də üçüncüYüksəlişmüsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

 

Azərbaycan.-2023.- 16 iyul.- S.5.