İlham Əliyevin şərtləri sülhün yeganə təminatıdır

 

İyulun 15-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilmiş sayca altıncı görüşün yekunları bir daha göstərdi ki, tərəflər sülhə bir az da yaxınlaşıblar.

Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasət artıq beynəlxalq aləmdə, o cümlədən Ermənistan tərəfindən qəbul edilir.

Altıncı Brüssel görüşündən sonra mətbuata açıqlama verən Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bəyan etdi ki, tərəflər son iki ay ərzində regionda nəqliyyat iqtisadi əlaqələrin bərpası ilə bağlı danışıqlarda aşkar irəliləyiş əldə ediblər. Görüşdə suverenlik, yurisdiksiya prinsiplərinə hörmətlə yanaşılaraq gələcək nəqliyyat razılaşmalarının şərtlərini müzakirə ediblər: "Biz Ermənistan ilə Azərbaycan arasında danışıqların ən əhatəli mürəkkəb mərhələlərindən birini keçirik. Mən liderləri sülh prosesinə güclü sadiqliklərinə görə təqdir etdim. Mən onları normallaşma yolunda qəti dönməz irəliləyişi təmin etmək üçün daha cəsarətli addımlar atmağa çağırdım. Baxmayaraq ki, görüşümüz gərginliyin artması fonunda baş tutdu, mən siyasi müzakirələrdə səylərdə mühüm irəliləyiş olduğunu qeyd etdim".

Gündəlikdə olan bütün məsələləri müzakirə edən Ermənistan Azərbaycan liderləri Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla bir-birilərinin ərazi bütövlüyünə suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqləyiblər. Hər iki lider delimitasiya üçün siyasi çərçivə kimi 1991-ci il "Alma-Ata Bəyannaməsi"nə birmənalı sadiqliklərini bəyan edib.

 Şarl Mişel hər iki sərhəd komissiyasının 12 iyul tarixli iclasını alqışlayaraq deyib ki, bu komissiyaların nizamnaməsi sərhədlərin müəyyənləşdirilməsinin əsasları ilə bağlı müzakirələrdə irəliləyiş əldə edilib.

Şarl Mişelin sözlərinə görə, ən mühümü odur ki, liderlər komissiyaların işini intensivləşdirmək sürətləndirmək barədə razılığa gəliblər.

Kommunikasiyalar məsələsinə gəlincə isə, Avropa İttifaqı Şurasının prezidenti vurğulayıb ki, bu məsələdə tərəflər son iki ay ərzində regionda nəqliyyat iqtisadi əlaqələrin bərpasına yönəlmiş müzakirələrdə aşkar irəliləyişə nail olublar.

Şarl Mişel hesab edir ki, dəmir yolu xəttinin tikintisinə dərhal başlanılmalıdır. Avropa İttifaqı buna maliyyə töhfəsi verməyə hazır olacaq. Bəzi detallar hələ aydınlaşdırma tələb edir, lakin bu mövzuda indi mövqelər yaxınlaşır variantlar fəal şəkildə araşdırılır.

Liderlər həmçinin Qarabağın erməni əhalisinin vəziyyətini, Laçın dəhlizi ətrafında durumu müzakirə ediblər. Şarl Mişel Laçın yolunda hərəkətin vacibliyini vurğulayaraq Azərbaycanın Ağdamdan humanitar yardımları təmin etmək istəyini qeyd edib: "Mən hər iki variantı vacib hesab edirəm əhalinin ehtiyaclarının təmin olunması üçün hər iki tərəfdən humanitar yardımların çatdırılmasını dəstəkləyirəm".

Hadisələrin inkişafı göstərir ki, sülh danışıqları ilə bağlı əsas amil Azərbaycan tərəfindən irəli sürülmüş 5 məlum prinsipin Hayastan tərəfindən qəbul edilməsidir. Bu prinsiplər beynəlxalq hüququn norma prinsiplərinin təməl prinsipləridir. Ona görə Azərbaycan əvvəlcədən bəyan edib ki, məhz bu prinsiplər üzərində ölkələrin suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı digər prinsiplər əsasında danışıqlar mümkündür sülh müqaviləsi imzalana bilər.

Görüşdə Qərbi Azərbaycan İcması onların qayıdışı məsələsinin müzakirə edilməsi növbəti uğur kimi dəyərləndirilməlidir. Çoxsaylı tarixi sənədlər, xəritələr, qədim tariximiz təsdiqləyir ki, Qərbi Azərbaycan bizim əzəli torpağımızdır. Ermənilər Qarabağda olduğu kimi, orada da tarixi-dini abidələrimizi yerləyeksan etməklə, xəritələri saxtalaşdırmaqla azərbaycanlıların tarixi irsini silməyə çalışıb, həmin ərazilərin ermənilərə məxsus olduğunu sübut etmək istəyib, lakin buna nail ola bilməyiblər.

Avropa İttifaqı ABŞ-nin Azərbaycanın təşəbbüslərini dəstəkləmələri Ermənistanı çıxılmaz vəziyyətə salıb. Azərbaycan artıq Cənubi Qafqazda sülh sabitliyin təminatçısı kimi qəbul edilir. Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Üçtərəfli Bəyanatın 4-cü bəndində göstərildiyi kimi, qeyri-qanuni erməni silahlı birləşmələri Azərbaycan ərazilərini tərk etməlidirlər. İstər Vaşinqton, istərsə Brüssel formatında məhz həmin 4-cü bəndin təcili icra olunması məsələsi əsas müzakirə mövzusudur.

Görüşün nəticələri ilə bağlı bəyanatda mühüm məqamlardan biri Zəngəzur dəhlizi ilə əlaqədar məsələ idi. Avropa İttifaqının bu məsələdə iqtisadi, siyasi marağını açıq şəkildə qeyd etməsi Ermənistanın bütün manevrlərinin uğursuzluqla nəticələndiyini düşünməyə əsas verir.

Belçika görüşü Azərbaycan Prezidentinin timsalında ölkəmizin növbəti diplomatik qələbəsi ilə yadda qaldı. Bir daha hamı tərəfindən qəbul olundu ki, bölgədə sülhün əldə olunmasının tək yolu Ermənistanın bütün təxribatçı mövqeyindən geri çəkilərək Azərbaycanın haqlı tələblərini qəbul etməsidir.

Bir daha bəlli oldu ki, qalib ölkənin qalib lideri İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun qaçırarsa, sülh müqaviləsi imzalanmayacaq.

 

Rəşad BAXŞƏLİYEV,

Azərbaycan.-2023.- 18 iyul.- S.8.