Azərbaycan Respublikası Prezidentinin Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında 2018-ci il 16 iyul tarixli 205 nömrəli, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında 2019-cu il 9 aprel tarixli 613 nömrəli, Azərbaycan Respublikası Ekologiya Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında 2020-ci il 27 mart tarixli 975 nömrəli fərmanlarında Yerin təki haqqında Azərbaycan Respublikası Qanununun icrasını təmin edən bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə 2000-ci il 6 mart tarixli 351 nömrəli, Yerin təkinin geoloji öyrənilməsinə mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında 2020-ci il 16 mart tarixli 1941 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2023-cü il 31 may tarixli 899-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. "Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 iyul tarixli 205 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 7, maddə 1491; 2021, ¹ 5, maddə 456; 2022, ¹ 8, maddə 856) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 2.1-ci bənddə "müsabiqə hərracların" sözləri "hərracların (auksion ya müsabiqənin)" sözləri ilə əvəz edilsin;

1.2. 5.6-cı bənddə "müsabiqə hərraca" sözləri "hərraca (auksiona ya müsabiqəyə)" sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 9 aprel tarixli 613 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 4, maddə 613; 2020, ¹ 7, maddə 898; 2021, ¹ 7, maddə 729) ilə təsdiq edilmiş "Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bəndin birinci cümləsində "müsabiqə hərracların" sözləri "hərracların (auksion ya müsabiqənin)" sözləri ilə əvəz edilsin;

2.2. 3.1.9-cu yarımbənddə "müsabiqə hərraca" sözləri "hərraca (auksiona ya müsabiqəyə)" sözləri ilə, "müsabiqə hərracları" sözləri "hərracları (auksion ya müsabiqəni)" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli  Fərmanı  (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020,   ¹ 3, maddə 251; 2022, ¹ 8, maddələr 874,  885) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin  3.0.55-ci yarımbəndində "müsabiqə hərracların" sözləri "hərracların (auksion ya müsabiqənin)" sözləri ilə əvəz edilsin.

4. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 351 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 3 (II kitab), maddə 190; 2001, ¹ 10, maddə 640; 2003, ¹ 9, maddə 512; 2008, ¹ 9, maddə 798; 2009, ¹ 5, maddə 319, ¹ 7, maddə 579; 2014, ¹ 5, maddə 477; 2016, ¹ 8, maddə 1384; 2021, ¹ 7, maddə 766; 2022, ¹ 12, maddə 1512) ilə təsdiq edilmiş  "Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondu haqqında Əsasnamə"nin 2.1-ci bəndinin üçüncü abzasında "müsabiqə hərracların" sözləri "hərracların (auksion ya müsabiqənin)" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 16 mart tarixli 1941 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, ¹ 3, maddə 323; 2021, ¹ 11, maddə 1235; 2022, ¹ 5, maddə 485) ilə təsdiq edilmiş "Yerin təkinin geoloji öyrənilməsinə mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı"nın 8.6.4-cü yarımbəndinin "Tədbirin adı" sütununda "müsabiqə hərraca" sözləri "hərraca (auksiona ya müsabiqəyə)" sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 iyul  2023-cü il

Azərbaycan.-2023.- 18 iyul.- S.4.