Azərbaycan XİN: Rusiya XİN-in bəyanatı anlaşılmazlıq məyusluq doğurur

 

 

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin üçtərəfli bəyanatı sülh prosesini şərh edən 2023-cü il 15 iyul tarixli bəyanatı anlaşılmazlıq məyusluq doğurur.

AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş bəyanata dair şərhində yer alıb.

Bildirilir ki, Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin bu bəyanatı Azərbaycan Respublikası Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməyə Rusiya Federasiyası Prezidenti Vladimir Putin tərəfindən Qarabağ bölgəsi daxil olmaqla Azərbaycanın ərazi bütövlüyü suverenliyini dəstəkləyən çıxışları ilə uyğunsuzluq təşkil edir.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının ərazi bütövlüyü suverenliyinin 30 ilə yaxın müddətdə ərazilərimizi işğal altında saxlayan Ermənistanın baş nazirinin Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıması faktı kontekstində şərh etməsi şərtləndirməsi qəbuledilməzdir.

Xatırlatmaq istərdik ki, məhz Azərbaycan 44 günlük Vətən müharibəsindən sonra Ermənistanla münasibətlərin qurulması üçün beş baza prinsiplərini, sülh müqaviləsi təklifini, eləcə sərhədlərin delimitasiyası təşəbbüsünü irəli sürən tərəfdir bu istiqamətlərdə bütün ilkin sənədlərin müəllifidir. Hazırda da Azərbaycan tərəfi sülh müqaviləsinin irəlilədilməsi istiqamətində əməli addımlar atır.

Ölkəmiz həmçinin Azərbaycan, Ermənistan Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatlara daim sadiqlik nümayiş etdirib.

Buna baxmayaraq, sözügedən üçtərəfli bəyanat imzalanan ilk gündən etibarən Ermənistan tərəfi bəyanatın bir çox müddəalarını yerinə yetirməyib Rusiya tərəfi öhdəlikləri çərçivəsində bəyanatın tam olaraq yerinə yetirilməsini təmin etməyib.

Uzun müddət ərzində Laçın yolundan istifadə etməklə aparılan qeyri-qanuni fəaliyyətə, Ermənistandan Azərbaycan ərazisinə hərbi təchizat minalar daşınmasına, qanunsuz hərbi birləşmələrin rotasiyasına, üçüncü ölkə vətəndaşlarının icazəsiz əraziyə gətirilməsi kimi faktlara dair Azərbaycan tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, bu fəaliyyətlərin qarşısının alınması üçün heç bir tədbir görülməyib.

Azərbaycan tərəfi ölkə ərazisində baş verən bu qanuna zidd fəaliyyətlərin qarşısının alınması, şəffaflığın təmin olunması məqsədilə, Azərbaycan qanunvericiliyinə beynəlxalq qaydalara uyğun olaraq yaradılmış Laçın sərhəd buraxılış məntəqəsi təsis edib. Bu məntəqədən son bir neçə ay ərzində yüzlərlə erməni sakinlərin tənzimlənən şəffaf şəkildə keçidi təmin olunub. Buna baxmayaraq, Ermənistan tərəfi yenə Azərbaycan əleyhinə hərbi təxribatlarından əl çəkməyərək, iyunun 15-də məntəqəni atəşə tutub iyul ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) avtomobillərində qaçaqmalçılığa cəhd göstərib. Bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi BQXK vasitəsilə erməni sakinlərin keçidi üçün yenə şərait yaradıb Ağdam-Xankəndi yolu vasitəsilə erməni sakinlərin ehtiyaclarının qarşılanması imkanlarının mövcud olduğunu bildirib.

Bu kontekstdə, Azərbaycanın suveren hüququ olan Laçın sərhəd keçid məntəqəsi yaradılması məsələsinin siyasiləşdirilməsi cəhdləri bölgədə guya gərgin humanitar vəziyyət yarandığı barədə iddialar səsləndirilməsinin heç bir əsasının olmadığı hər kəsə bəllidir.

Qeyd edilənlərə baxmayaraq, məhz Rusiya Federasiyasının tərəf olduğu 2020-ci il üçtərəfli bəyanata zidd olaraq, Azərbaycan ərazisində mövcud olan erməni silahlı qüvvələrinin qalıqlarının hələ tam olaraq çıxarılması təmin edilməyib. Bunun əksinə, bölgədə Rusiya sülhməramlı kontingentinin müşahidəsi altında erməni silahlı qüvvələrinə dəstək həyata keçirilir.

Bununla yanaşı, Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyaya müxtəlif bəhanələrlə maneçilik törədildiyi məlumdur.

Azərbaycan bölgədə sülh əmin-amanlığın təmin edilməsində maraqlıdır bu istiqamətdə səylərini bundan sonra da davam etdirəcək.

 

Azərbaycan.-2023.- 18 iyul.- S.9.