Böyük qayıdışın köçü böyük olur

 

İşğaldan azad edilmiş ərazilərimizin dirçəldilməsi, bərpa edilərək yenidən qurulması bu gün Azərbaycan dövlətinin prioritet fəaliyyət sahəsidir. Təsadüfi deyil ki, Böyük qayıdış proqramı çərçivəsində ermənilərin viran qoyduqları yurd yerlərimiz sürətlə simasını dəyişir. 

Əslində, Böyük qayıdışın ilk qaranquşları Cocuq Mərcanlı kəndinin sakinləri olmuşlar. Yeddi il əvvəl - 2016-cı ildə Aprel döyüşləri zamanı Lələtəpə yüksəkliyi azad ediləndən sonra Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncam imzalamışdır. Həmin sənədə əsasən, ilkin olaraq 50 mənzil 100 şagirdlik məktəb binası tikilmiş, müvafiq infrastruktur yaradılmışdır. Bundan sonra 50 ailə kəndə köçürülmüşdür. Beləliklə, Cocuq Mərcanlıya qayıdış yurd həsrətinə son qoymağın qığılcımı, qayıdışın isə başlanğıcı olmuşdur. Bu qayıdışla el-oba həsrətini, yurd yerlərinin nisgilini inam, ümid dolu sevinc əvəzləmişdir. Təkcə qaçqın, köçkün insanların qaysaq bağlamış yarasının sağalması deyildi bu dönüş, həm bütünlükdə Azərbaycan xalqının gözünə işığın gəlməsi idi.

Cocuq Mərcanlıdan 6 il sonra qayıdışın davamının növbəti ünvanı Həkəri çayının sol sahilində yerləşən Ağalı kəndi oldu. Dövlət başçısının şəxsi nəzarəti sayəsində ərsəyə gələn Ağalı "ağıllı kənd"ə çevrildi. Sakinlərin ixtiyarına yaşayış evləri ilə yanaşı, ən zəruri infrastruktur obyektləti, o sıradan  məktəb xəstəxana verildi, "Azərpoçt" MMC-nin, "ASAN xidmət", DOST, həmçinin KOBİA-nın şöbələri yaradıldı. Bu gün doğma kəndlərinə dönmüş ağalılılar həyatlarından razıdırlar. Onu da qeyd edək ki, 200 evdən ibarət olacaq Ağalı heç bir beynəlxalq qurumun, xarici dövlətin yardımı olmadan ərsəyə gəlir. Bu barədə Prezident İlham Əliyev ilin 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə demişdir: "Biz hər şeyi planlı şəkildə edirik, orada ən yüksək standartlar tətbiq edilir edilməlidir. Bütövlükdə nəzərdə tutulmuş investisiya proqramı əsasında bu ilin sonuna qədər Qarabağ Şərqi Zəngəzura biz təqribən 12 milyard manata qədər vəsaitin xərclənməsini təmin edəcəyik. Onu da bildirməliyəm ki, görülən bütün işlər Azərbaycanın hesabına həyata keçirilir. İki məktəb istisna olmaqla, qalan bütün infrastruktur, inşaat işləri Azərbaycanın büdcəsi hesabına Azərbaycanın dövlət şirkətləri tərəfindən həyata keçirilir. Eyni zamanda Heydər Əliyev Fondu ondan çox məscidi yenidən inşa edir, yaxud da ki, onları əsaslı şəkildə bərpa edir". Artıq 420 nəfər - 86 ailə bu hesaba hər bir şəraiti olan evlə təmin edilib.

 Çox keçmədən Tərtər rayonunun Talış kəndi Böyük qayıdışın daha bir ünvanı oldu. Azərbaycan hökuməti Talışda da bərpa quruculuq işlərini qısa müddətdə yerinə yetirdi. Bakı, Bərdə, Tərtər, Samux Goranboyda müvəqqəti məskunlaşmış 20 ailə (90 nəfər) Novruz bayramı ərəfəsində öz dədə-baba yurdlarına köçdülər. Əvvəlcədən Qaçqınların Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi kənddə məskunlaşdırılacaq 20 ailə arasında şəffaflıq ədalətlilik prinsipləri əsasında ev bölgüsü aparmaq üçün püşkatma keçirmişdi. Püşkatma nəticəsində ailələrin hər birinə veriləcək evin ünvanı müəyyənləşdirilmişdi. Təbii ki, 20 ev Talışın ilk dönüş ocaqlarıdır. Kənddə yaxın zamanda daha 178 ev tikilib istifadəyə veriləcək.

Ağalı Talış kəndlərində Böyük qayıdış proqramı çərçivəsində yerli sakinlərin məşğulluğuna dəstək tədbirləri həyata keçirilir. Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu kəndlərdə artıq 190 nəfər aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 19 nəfəri Kiçik Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təşkil olunan biznes təlimlərinə cəlb edilib təlimlərdən sonra aktivlər alaraq kiçik təsərrüfatlarını yaradıblar. Bundan əlavə, 21 nəfər peşə hazırlığı kursu keçəndən sonra, 13-nəfər isə "İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi" proqramı üzrə işlə təmin olunub.

Qarabağ Şərqi Zəngəzurda aparılan yenidənqurma bərpa işlərinin sürəti imkan verir deyək ki, işğaldan azad olunan digər ərazilərə tezliklə köç başlayacaq. Laçın rayonunun inzibati ərazisinə daxil olan Zabux Sus kəndləri artıq öz sakinlərini qəbul etməyə hazırlaşır. Azərbaycan hökuməti qarşıdakı qısa zamanlarda həmin kəndlərin sakinlərinin öz dədə-baba torpaqlarına qovuşması üçün hər cür şərait yaratmağa çalışır. Nəzərdə tutulur ki, ilin sonuna kimi Zabux Susda 296 ailə məskunlaşsın. Dövlət başçısının adıçəkilən müşavirədə söylədiyi fikirlər yerinə düşür: "Biz bütün güclərimizi səfərbər etmişik. İlin sonuna qədər Laçın şəhərinin Zabux Sus kəndlərinə keçmiş məcburi köçkünlər qayıdacaqlar. Qayıdış proqramı ardıcıllıqla aparılır beləliklə, ilin sonuna qədər bizim artıq beş yaşayış məntəqəmizdə - bir şəhər dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulur. Mən şəxsən 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə kəndin təməlinin qoyulmasında iştirak etmişəm. Baş planlar hazırlanıb təsdiqlənib, bir çox yerlərdə fəal inşaat işləri aparılır. Təbii ki, ilk növbədə infrastruktur layihələri icra olunur. Çünki bu layihələr icra edilmədən biz vətəndaşları qaytara bilmərik. Eyni zamanda yaşayış evlərinin inşası sürətlə gedir. Mən Laçın şəhərinin timsalında bunu deyə bilərəm ki, cəmi səkkiz ay ərzində şəhərin böyük hissəsi tamamilə bərpa edilib yeddi yüzdən çox ailə üçün burada həm fərdi evlər, həm çoxmənzilli evlər hazırlanır. Laçın şəhərinin gələcək inkişaf planı ilə bağlı əlavə addımlar da atılacaq".  Daha sonra isə Ağdamın 3 kəndinə, eləcə Hadrut qəsəbəsinə Tuğa köçün reallaşacağı planlaşdırılır.

Böyük qayıdışın köçü böyük olur. Bu köç yurd yerlərinə qayıdışın təkcə 30 illik həsrətinə, nisgilinə son qoymur, həm illərin mənəvi-psixoloji sarsıntısını yox edir, insanları mənəvi əzab-əziyyətdən qurtarır.

 

Züleyxa ƏLİYEVA,

Azərbaycan.-2023.- 18 iyul.- S.10.