Şuşanın mənəvi ruhu

Heydər Əliyevin söz dünyasına ərməğanı olan "Vaqif Poeziya Günləri" Zəfər qalamızda təntənə ilə keçirilir

"Noyabrın 8-də Azərbaycan xalqına Şuşa müjdəsini verərkən demişdim ki, Şuşa artıq azaddır, bu həqiqətdir. Biz azad Şuşada yığışmışıq. Demişdim ki, biz Şuşaya qayıtmışıq. Bu da həqiqətdir. Festivallar, poeziya günləri, mədəni tədbirlər bir çox başqa tədbirlər artıq keçirilir keçiriləcəkdir..."

2021-ci il avqustun 30-da mədəniyyət paytaxtımız Şuşada görkəmli şair Molla Pənah Vaqifin bərpa edilmiş məqbərəsi önündə qalib lider İlham Əliyev bu fikirləri qürurla səsləndirərək həm Şuşanın şan-şöhrətinin özünə qaytarıldığının ismarışını vermişdi.

Azərbaycan xalqı olaraq indi həmin müstəsna tarixi məqamlara şahidlik edir, mədəniyyət paytaxtımızın çal-çağırlı, sazlı-sözlü, qonaq-qaralı günlərinə qovuşduğunun fəxarət hissini yaşayırıq.

Ulu Öndər Heydər Əliyevin müqəddəs söz dünyasına ərməğanı olan şöhrətli "Vaqif Poeziya Günləri" artıq üçüncü ildir ki, qala şəhərimizdə təntənəli şəkildə keçirilməyə başlanılıb.

Bu il 14-15 iyul tarixlərində Şuşanın ruhunun özünə qaytarılmasının daha bir təcəssümü olan "Vaqif Poeziya Günləri"ndə sənət aşiqləri, söz vurğunları yenidən mədəniyyət paytaxtımıza toplaşdılar.

Ulu Öndərin qayğısı

Şuşanı Azərbaycanın gözü hesab edən Ulu Öndər Heydər Əliyev 1982-ci ildə qala şəhərimizə etdiyi tarixi səfəri zamanı "Vaqif Poeziya Günləri"nin keçirilməsi barədə göstəriş vermiş, bununla da hər il avqust ayında Şuşada şairlər, söz xiridarları, ümumiyyətlə, mədəniyyətə bağlı olan insanlar bu şeir bayramında böyük həvəslə iştirak etmişlər.

Hələ sovet dövründə  Qarabağın, Şuşanın hərtərəfli inkişafı üçün əlindən gələni edən Ulu Öndər bu şəhərdə milli ruhun yüksəlməsi üçün mühüm işlər görmüş, erməni millətçilərinə qarşı qətiyyətli mübarizə aparmış, onların tarixi torpaqlarımızla bağlı məkrli niyyətlərinin həyata keçirilməsinə imkan verməmişdir.

Heydər Əliyev hər zaman bu qədim yurda zəngin tarixi abidə, eyni zamanda Azərbaycan xalqının qəhrəmanlıq qalası kimi baxırdı. Bilavasitə Ümummilli Liderin təşəbbüsü rəhbərliyi ilə 1970-ci illərdə Şuşanın inkişaf etdirilməsi üçün xüsusi qərarlar qəbul edilmiş bu qərarlara uyğun olaraq şəhərin keçmişdə tikilmiş binaları, tarixi abidələri, məscidləri bərpa edilmiş, yeni çoxmərtəbəli yaşayış binaları, mehmanxana, ayrı-ayrı inzibati binalar tikilmiş, Şuşa ümumittifaq səviyyəli kurort şəhərinə çevrilmişdi.

Heydər Əliyev klassik ədəbiyyatı dərindən bilən hər zaman yüksək qiymətləndirən böyük şəxsiyyət idi. O, hələ 1967-ci ildə Şuşada olarkən görkəmli şair Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin onun məzarını tapa bilməmişdi. Buna görə onun göstərişi ilə məzar tapılmış Heydər Əliyev dağılmış məzarı ziyarət etmişdi.

Sonradan nitqlərinin birində bu məzarın Vaqifə layiq olmadığını vurğulayan Ulu Öndər qəti qərar vermişdi ki, böyük şairə onun şanına layiq məqbərə ucaldılsın.

Vaqifin məzarı üstündə möhtəşəm abidə

1980-1981-ci illərdə Ulu Öndər Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üstündə möhtəşəm abidə-türbə ucaldılmışdı. Şuşa şəhərinin məşhur Cıdır düzünə yaxın bir ərazisində tikilən bu möhtəşəm abidənin təntənəli açılışı isə 1982-ci il yanvar ayının 14-də Şuşaya ailəsi, Azərbaycanın görkəmli elm, mədəniyyət incəsənət xadimləri ilə birlikdə səfər edən Ulu Öndərin iştirakı ilə olmuşdu...

1982-ci ildə Ümummilli Lider Heydər Əliyev Şuşaya səfəri zamanı Vaqifin məqbərəsi ilə yanaşı, Poeziya Evinin açılışında iştirak etmişdi. Heydər Əliyev həmin vaxt "Vaqif Poeziya Günləri"nin davamlı keçirilməsi barədə göstəriş vermişdi.

Bundan sonra "Vaqif Poeziya Günləri" ənənəvi halda keçirilməyə başlanmışdı. Hər il avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatan "Vaqif Poeziya Günləri"  Şuşanın işğalına qədər davam etmişdi.

İşğal dövründə Şuşadakı bütün tarixi, mədəni, dini abidələrimizi dağıdan erməni barbarları Molla Pənah Vaqifin məqbərəsini dağıtmışdılar.

Şuşa azadlığına qovuşduqdan sonra mədəni ənənələrini bərpa edib. Vaqifin məqbərəsi böyük şairin adına yaraşan şəkildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. "Vaqif Poeziya Günləri" artıq təmtəraqla keçirilir.

Elə builki "Vaqif Poeziya Günləri"nin öz gözəlliyi vardır. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə keçirilən "Vaqif Poeziya Günləri"nə iyulun 13-də şairin doğma yurdu Qazaxda start verildi. Daha sonra estafet Şuşa şəhərinə ötürüldü "Vaqif Poeziya Günləri" iyulun 14-15-də mədəniyyət paytaxtımızda təntənə ilə keçirildi.

İyulun 14-də Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi önündə baş tutan "Vaqif Poeziya Günləri"nin açılış mərasimində dövlət hökumət nümayəndələri, respublikanın tanınmış elm mədəniyyət xadimləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, gənc yazıçılar, şairlər iştirak etdilər. Vətənpərvərlik mövzusunda, eləcə əziz Şuşaya həsr olunmuş şeirlərin səsləndirildiyi tədbir respublikanın tanınmış sənət adamlarının konsert proqramı ilə davam etdi.

Tədbir çərçivəsində Şuşanın sevilən məkanlarından birində - Natəvanın evi qarşısında "Dövri-səda" adlı konsert keçirildi.

Müasir Azərbaycanın memarı, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Dövlətin memarı. Bir ömrün ensiklopediyası" unikal triptixi, ensiklopedik xatirə xalça kompozisiyası-müəllif əsərinin təqdimatı da "Vaqif Poeziya Günləri" çərçivəsində baş tutan əlamətdar hadisələrdən idi.

Mədəniyyət paytaxtımızda keçirilən sonuncu möhtəşəm tədbir isə "Vaqif dünyası" adlı poetik-musiqili tamaşa oldu.

Tamaşada Molla Pənah Vaqif, Molla Vəli Vidadi, Məhəmməd Füzuli, Əlişir Nəvai, Şah İsmayıl Xətai türk dünyasının digər şairlərinin obrazları canlandırıldı.

Əlamətdar tədbirlərin baş ünvanı

Azadlığının üzərindən ötən müddət ərzində Şuşanın özü ilə yanaşı, tarixi-mədəni ənənələri bərpa edilib.  Prezident İlham Əliyev tərəfindən Zəfər qalamız Azərbaycanın mədəniyyət paytaxtı elan edilib, illərdən sonra bu yurdda "Xarıbülbül" Musiqi Festivalı, "Vaqif Poeziya Günləri" təşkil olunub, ümumiyyətlə, tarixi şəhərimiz artıq musiqi, şeir bayramlarının, beynəlxalq tədbirlərin baş tutduğu möhtəşəm ünvana çevrilib.

2022-ci il ölkəmizdə başdan-başa "Şuşa ili" kimi qeyd edilib, bu il isə Şuşa "Türk dünyasının mədəniyyət paytaxtı" olaraq öz tarixini, mədəniyyətini, mənəvi zənginliyini dünyaya sərgiləyir.

Bütün bunlar Qarabağın incisinin milli ruhunun özünə qaytarıldığının, əziz Şuşanın dirçəldiyinin bariz göstəricisidir.

Yasəmən MUSAYEVA, Şuşanın mənəvi ruhu

6–8 минут

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 18 iyul.- S.11.