Azərbaycan istədiyini əldə edəcək məqsədinə nail olacaq

 

Brüssel görüşünü müzakirəyə çıxaran keçmiş hərbi xunta təmsilçiləri mövcud vəziyyətdən narahatdırlar

 

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Ermənistan baş naziri Nikol Paşinyan ilə birgə sonuncu Brüssel görüşü İrəvanda böyük reaksiyaya səbəb olub. Artıq erməni ictimaiyyəti ölkələrinin xilas formulunun Azərbaycanla münasibətləri normallaşdırmaqda gördüyünü davamlı şəkildə bildirir.

Ancaq  revanşist qüvvələr bu prosesin baş tutmaması üçün məkrli niyyətlərini aşkar şəkildə nümayiş etdirirlər. Amma buna əngəl törətmək üçün daxili, xarici dəstəyə malik olmadıqlarını da çox yaxşı başa düşürlər.

Keçmiş deputat Naira Zöhrabyan Brüssel görüşünün nəticələrini Qarabağ ermənilərinin rəsmi təsliminin təqdimatı adlandırıb. Humanitar yüklərin Ağdamdan daşınmasını isə ermənilər üçün fəlakət hesab edib. Şarl Mişelin görüşün nəticələrindən razı qalmasına toxunan Zöhrabyan Avropa İttifaqının Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləməsindən narahat olduğunu deyib Hayastanda bu hadisəyə ciddi reaksiya verilməməsini pisləyib: "Çox təəssüf ki, Hayastanın siyasi həyatında baş verənlər heç bir üsyana, heç bir müqavimətə səbəb olmadı. Bu o deməkdir ki, biz hamımız Hayastanın kapitulyasiya prosesini, sadəcə, seyr edirik. Bəzi insanlar düşünürlər ki, Hayastanın Qarabağı de-yure Azərbaycanın bir hissəsi kimi tanıması oyundur. Amma yanılırlar. Azərbaycan istədiyini əldə edəcək məqsədinə nail olacaq. Özü heç bir müharibə aparmadan".

Daha sonra keçmiş deputat Rusiyanın son bəyanatına toxunub: "Ruslar Paşinyanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra vəziyyətin kökündən Azərbaycanın xeyrinə dəyişməsindən narahatdırlar. Bizim Rusiya Federasiyasına qarşı tələblər irəli sürməyə, sülhməramlıların qarşısında çadırlar qurmağa haqqımız yoxdur. Çünki Nikol Paşinyan Praqada Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımaqla rusların əl-qolunu bağladı. Amma buna baxmayaraq, Rusiya Qarabağ ermənilərinin taleyini üçüncü dövlətlərin üzərinə atmağın qəbuledilməzliyini bildirir".

Sabiq deputat, revanşist Tiqran Abramyan isə Avropa Şurasının prezidenti Şarl Mişelin Azərbaycan Hayastan liderlərinin iştirakı ilə keçirdiyi üçtərəfli görüşdən sonra verdiyi bəyanatını şərh edib. O, Şarl Mişelin üçtərəfli görüşdə hərbi əsirlər səhvən tərəfini dəyişən əsgərlər məsələsinin müzakirə olunması ilə bağlı sözlərinə toxunub. Revanşist siyasətçi utanmadan Azərbaycan hərbçilərini Hayastan ərazisində dinc sakinləri qətlə yetirməkdə suçlayıb: "Beynəlxalq aktorların ədalətsiz qəbuledilməz davranışı təkcə Qarabağ ermənilərinə deyil, həm Hayastana münasibətdə özünü göstərir. qədər ki, Paşinyan hakimiyyətdədir, bu belə davam edəcək".

Keçmiş hərbi xunta nümayəndələrinin sərsəmləmələrinə xalq önəm vermir. Anlamağa başlayıblar ki, təhlükəsizliyə iqtisadi inkişafa regionun lider ölkəsi olan Azərbaycandan başqa heç bir dövlət zəmanət verə bilməz. Eyni zamanda kommunikasiyaların bərpasının Azərbaycan Hayastan arasında əlaqələrin normallaşmasına xidmət etməklə yanaşı, iki ölkə üzərindən ticarət nəqliyyat daşımalarını əhəmiyyətli dərəcədə artıracağını da başa düşür. 

Erməni siyasi ekspert Nikol Levonyan deyib ki, Brüssel görüşündə aparılan müzakirələr göstərir ki, kommunikasiyaların bərpası Hayastanın xilası olacaq. İnsanlarla söhbətləri, Brüsseldəki görüş ətrafındakı mövcud xəbərləri nəzərə alaraq deyə bilərik ki, iki ölkə arasında sülh bu anda regionun başlıca məsələsidir. Bu sülhün sayəsində iqtisadi tərəqqinin şahidi olacağıq.

Göründüyü kimi, Prezident İlham Əliyev seçim üçün Hayastanın siyasi rəhbərliyinə dəfələrlə şans verib. Erməni ictimaiyyəti artıq başa düşür ki, Azərbaycanın təklifləri ilə razılaşmasalar, İrəvanın inkişaf etməsi mümkünsüzdür ötən zaman bunu çox aydın göstərir.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 18 iyul.- S.12.