İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub

 

İraq Kürdüstan Regionu ilə əlaqələri genişlənir

 

İyulun 18-də Azərbaycana işgüzar səfəri çərçivəsində İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Heydər Əliyev Mərkəzi ilə tanış olub.

AZƏRTAC xəbər verir ki, Mərkəzin direktorunun birinci müavini Fərqan Novruzov qonağa dünya memarlığının nadir incilərindən sayılan Heydər Əliyev Mərkəzi haqqında məlumat verib.

Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin, azərbaycançılıq ideologiyasının Ulu Öndərin irsinin dərindən öyrənilməsinə tədqiq edilməsinə yönəlib. Mərkəzin həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin digər milli sərvətlərinin beynəlxalq aləmdə təbliğinə, elmin, təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın, ekologiyanın iqtisadiyyatın müxtəlif sahələrinin dəstəklənməsinə inkişafına xidmət edir.

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani Mərkəzdəki muzeydə 1969-cu ildən 2003-cü ilədək Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə xidməti istifadəsindəki avtomobillərlə tanış olub.

Mərkəzdə yaradılmış Heydər Əliyev Muzeyi qonaqda böyük maraq doğurub.

Neçirvan BərzaniAzərbaycan incilərisərgisi ilə tanış olub. Bildirilib ki, Azərbaycanın tarixini mədəniyyətini əks etdirən bu sərgidə ölkəmizin tükənməz təbii sərvətləri, çoxəsrlik tarixi, mədəni irsi ilə bağlı eksponatlar nümayiş etdirilir. Burada qədim peşələrin, o cümlədən Azərbaycan xalçaçılıq məktəbinin nadir nümunələri sərgilənir, qədim çalğı alətlərimiz orijinal şəkildə - səsli formada təqdim olunur. Azərbaycan milli geyimlərinin, qədim sikkələrin nümayiş etdirildiyi sərgiyə gələnlər burada müxtəlif dillərdə müqəddəs kitabları da görə bilərlər.

“Mini Azərbaycansərgisi ilə tanışlıq zamanı isə diqqətə çatdırılıb ki, bu ekspozisiyada Bakıda Azərbaycanın regionlarındakı tarixi memarlıq abidələrinin bir sıra müasir binaların maketləri nümayiş etdirilir.

QonaqAzərbaycan xalçası - ilmələrin rəqsiadlı kolleksiya ilə tanış olub.

Həmçinin qonağaHeydər Əliyev–100” instalyasiyası barədə məlumat verilib.

Heydər Əliyev Mərkəzinin Auditorium zalı ilə tanış olan qonağa məlumat verilib ki, burada müxtəlif tədbirlər - konfranslar, simpoziumlar, forumlar keçirilir, konsertlər təşkil olunur.

Sonda qonağa xatirə hədiyyəsi təqdim edilib.

 

Azərbaycan.-2023.- 19 iyul.- S.2.