Neçirvan Bərzaninin Azərbaycana işgüzar səfəri başa çatıb

 

İraq Kürdüstan Regionu ilə əlaqələri genişlənir

 

İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Azərbaycan Respublikasına işgüzar səfəri iyulun 18-də başa çatıb.

AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kürdüstan Regionunun başçısı Neçirvan Bərzanini hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov digər rəsmi şəxslər yola salıblar.

 

Azərbaycan.-2023.- 19 iyul.- S.2.