Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Narkomanlığa Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqındaAzərbaycan Respublikası Prezidentinin 2009-cu il 6 avqust tarixli 429 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 8, maddə 637; 2011, ¹ 12, maddə 1161; 2013, ¹ 6, maddə 703, ¹ 9, maddə 1088; 2014, ¹ 4, maddə 404, ¹ 7, maddə 864; 2016, ¹ 4, maddələr 738, 750; 2018, ¹ 1, maddə 99; 2019, ¹ 9, maddə 1487; 2020, ¹ 3, maddə 304, ¹ 4, maddə 535) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

1. “təhsilsözündən əvvəlelm sözləri əlavə edilsin.

 

2. “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrisözləriTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktorusözləri ilə əvəz edilsin.

 

3. “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədrisözləriAzərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədrisözləri ilə əvəz edilsin.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

Azərbaycan.-2023.- 19 iyul.- S.3.