Azərbaycan humanist dövlətdir, etibarlı dost, güclü tərəfdaşdır

 

Azərbaycan Prezidenti Ukraynaya humanitar yardım edilməsi haqqında sərəncam imzalayıb. Bu bir tarixi ənənədir, xeyirxahlıq nümunəsidir. Min illərin yaddaşından süzülüb gələn bu missiya böyüklük nümunəsidir.

Bu xeyirxahlıq birincidir, sonuncudur. Haqqın yanında olmaq, imkansıza əl tutmaq, yıxılanı qaldırmaq, xalqımızın adəti, dövlətimizin ən başlıca prinsipidir. Bu prinsip illərdir ki, dövlətimizin başçıları tərəfindən ənənəvi şəkildə yaşadılır, bir örnək kimi gələcək nəsillərə ötürülür. Bu prinsip dövlətin müstəqil siyasətinin, bitərəfliyinin, həm öz tutduğu mövqeyə sədaqətin nümunəsi, Azərbaycanın kimliyinin göstəricisidir.

Rusiya-Ukrayna müharibəsi başlanan ilk gündən Azərbaycan dövləti prinsipial mövqeyi, ənənəsinə sədaqət davranışı ilə fərqlənir. Ölkəmiz ilkin mərhələdə Ukraynaya humanitar yardım olaraq 5 milyon avro (5,6 milyon dollar) dəyərində dərman tibbi avadanlıq göndərmişdi. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından dərhal sonra tviter hesabında məlumat vermişdi. Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən Ukraynadakı bütün yanacaqdoldurma məntəqələrində təcili yardım yanğınsöndürən maşınların pulsuz yanacaqla təmin edilməsi barədə tapşırıq verdiyini bəyan etmişdi. Azərbaycandan Ukraynaya tibbi yardım aparan ilk təyyarə Varşava Hava Limanına eniş etmişdi

Beləliklə, Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan xarici siyasətdə ölkənin 1990-cı illərin ortalarında qəbul etdiyi balanslaşdırılmış yanaşmanı saxlamaqda davam edir. Halbuki Rusiya-Ukrayna savaşından az öncə Azərbaycan Prezidenti İlham Əliyev Moskvaya səfər etmiş, dövlət başçıları müttəfiqlik haqqında Moskva bəyannaməsini imzalamışdılar. Bundan sonra Azərbaycanın bütün kritik beynəlxalq məsələlərdə birmənalı olaraq Rusiyanın yanında olacağı gözlənilən olsa da, Azərbaycan tam fərqli olaraq konkret mövqe sərgiləmişdi. Eyni zamanda müharibə başlamazdan cəmi bir ay əvvəl Prezident İlham Əliyev postsovet məkanından (Baltikyanı ölkələr istisna olmaqla) Kiyevə səfər edən yeganə lider oldu. Prezident orada ikitərəfli əməkdaşlığın dərinləşməsinə dair bir sıra saziş imzaladı, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü suverenliyini dəstəklədiyini birmənalı olaraq bəyan etdi.

Təbii ki, dövlətimizin başçısının bu addımı beynəlxalq təşkilatlar, dünyanın böyük dövlətləri tərəfindən sükutla qarşılana bilməzdi qalmadı da… ABŞ Prezidenti Cozef Bayden Amerika Birləşmiş Ştatları Azərbaycan Respublikası arasında qurulmuş diplomatik münasibətlərin 30 illiyi münasibətilə Prezident İlham Əliyevə göndərdiyi məktubda xüsusi olaraq qeyd etmişdi: "Bütün dünyada enerji təhlükəsizliyinin təmin olunmasında mühüm dönüş nöqtəsini yaşadığımız bir dövrdə biz həm təmiz enerjiyə keçidlə bağlı uzunmüddətli öhdəliklərimizi təmin etmək məqsədilə zəruri investisiya dəyişikliklər edirik. Enerji təhlükəsizliyi ilə bağlı məqsədlərimizə çatmaq üçün şaxələndirmə heç vaxt olmadığı qədər əhəmiyyətlidir Azərbaycan bu məqsədə nail olmaq üçün regional səylərdə əsas rol oynamışdır. Azərbaycan həm regional qlobal bazarların sabitləşdirilməsi baxımından trans-Xəzər əməkdaşlığının nəhəng potensialının reallaşdırılmasında mühüm əhəmiyyətə malikdir. Eyni zamanda Azərbaycan "Cənub qaz dəhlizi" vasitəsilə Ukrayna üçün mühüm olan yanacağı təchiz etməklə Avropanın enerji təhlükəsizliyinin sabitləşdirilməsinə kömək etməkdə həlledici rol oynayır".

Xatırladaq ki, Azərbaycan Qərb ölkələrinin Rusiyaya qarşı sanksiyalarına da qoşulmayıb. Ancaq Ukraynaya ardıcıl şəkildə tibbi avadanlıq, tibbi sərf ləvazimat malları, eləcə ərzaq məhsulları uşaq qidasından ibarət humanitar yardımlar göndərib bu cür yardımlar artıq mütəmadi xarakter daşıyır. Ukraynanın Nova Kaxovka su anbarında partlayış baş verən zaman Ukrayna tərəfindən daxil olmuş müraciət nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə tullantı sularını vurmaq üçün bu ölkəyə tutumu 400 kubmetr olan iki ədəd VA150KS mobil dizel nasosu, çirkab suların vurulması üçün diametri 200 millimetr olan 1000 metrdən çox toplama boru kəməri, şlanqlarla birlikdə 10 motor nasosu, 20 sualtı nasos, 5 şişmə rezin qayıq, 24 qızdırıcı fen, 20 sukeçirməyən gödəkçə, hər birindən 40 dəst olmaqla yay qış geyim dəstləri, 40 cüt uzunboğaz 40 cüt rezin çəkmə, 41 cüt uzun balıqçı çəkməsi, 9 rezin kombinezon, 208 xilasedici jilet, 50 xilasedici halqa 42 xilasedici göndərilmişdir.

Prezident İlham Əliyev Ukraynaya humanitar yardım göstərilməsi məqsədilə imzaladığı növbəti sərəncamdan göründüyü kimi, daha 7,6 milyon manatlıq elektrik avadanlığı alınaraq Ukraynaya göndəriləcək.

Azərbaycan bunu bir borc olaraq, yaxud görk üçün etmir. Humanizm Azərbaycan xalqının yaşam tərzi, dövlətimizin başlıca prinsipi olduğu üçün edir. Heç təsadüfi deyil ki, Azərbaycanın qətiyyətli mövqeyi, prinsipiallığı onun artan beynəlxalq nüfuzuna durmadan təsir edir. Azərbaycan bunu hamımızın olan dünya üçün edir. Bu xüsusiyyəti isə Azərbaycana dövlətlərarası beynəlxalq münasibətlərin tənzimlənməsində etibarlı vasitəçi imici formalaşdırır.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 19 iyul.- S.7.