Ali Radanın deputatı: Yardıma görə Azərbaycan Prezidenti xalqına minnətdarıq

 

Ukraynanın xalq deputatı, parlamentin energetika kommunal xidmətlər məsələləri komitəsinin üzvü, enerji qənaəti enerji səmərəliliyi alt komitəsinin sədri Sergey Naqornyak Ukraynaya göstərilən sistematik yardıma dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, Sergey Naqornyak Ukrayna Böhran media mərkəzindəUkrayna-Azərbaycan: Qlobal dünya nizamı çağırışları şəraitində strateji tərəfdaşlıq. Üçüncü dialoqmövzusunda keçirilən dəyirmi masada deyib: “Məlum olub ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynaya humanitar yardım çərçivəsində elektrik avadanlıqları alınması göndərilməsi üçün əlavə 7,6 milyon dollar ayrılmasına dair Sərəncam imzalayıb. Mən Rusiyanın tammiqyaslı müdaxiləsindən sonra daim hiss etdiyimiz yardımlara, sistematik dəstəyə görə Azərbaycan Prezidentinə dost Azərbaycan xalqına təşəkkür etmək istəyirəm”.

Deputat vurğulayıb ki, Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi onlar üçün mühümdür, tammiqyaslı təcavüzün ilk günlərində isə böyük humanitar yardım paketi, o cümlədən dərmanlar tibbi avadanlıq göndərilib. Həmin vaxtdan humanitar yardımlar sistematik xarakter alıb.

Sergey Naqornyak qeyd edib: “2022-2023-cü illərin qış mövsümü bizim üçün çox çətin olub. Azərbaycanın yardımı bu ağır dövrdə bizə kömək edib. İndi Ukraynanın energetika sektoruna yardım ayrılıb. Bu, büzüm üçün çox mühümdür, çünki enerji sistemini bərpa edərək qışa hazırlıq görürük”.

 

Azərbaycan.-2023.- 19 iyul.- S.7.