Rüşvət, dələduzluq oğurluq

 

Hayastanda hərbi hissələrdə korrupsiya halları artıb

 

İkinci Qarabağ müharibəsində Azərbaycan tərəfindən darmadağın edilən Hayastan ordusunun qalıqları da məhv olmaqdadır. Bunun əsas səbəbi əvvəlki kimi nizamnamədənkənar hərəkətlər, digər qanunsuzluqlardır. Hərbi hissələrdə əsgərlərə  qarşı tətbiq edilən davamlı işgəncələr cəzasını almayan, insan ləyaqətini alçaldan hərəkətlər - döyülmə, zorakılıq halları, qidadan məhrum etmək kimi məqamlar geniş yayılıb.

Bu günlərdə Hayastan Müdafiə Nazirliyinin vəzifəli şəxsləri tərəfindən daha bir rüşvət alma, dələduzluq, oğurluq vəzifə səlahiyyətlərindən sui-istifadə hallarının üstü açılıb. Hayastanın Korrupsiyaya qarşı Mübarizə Komitəsinin verdiyi məlumata əsasən, 2018-ci ildə Müdafiə Nazirliyinin hərbi hissələrindən birinin maliyyə xidmətinin rəisi hərbi hissə üçün nəzərdə tutulan qazın istehlakına görə ödənilməli olan məbləğləri oğurlamaq məqsədilə dələduzluq edərək hərbi hissəyə ayrılmış qazın istifadə olunmamış hissəsinin satılması, alınan vəsaitin bir hissəsinin geri qaytarılması barədə "Qazprom Hayastan" şirkətinin nümayəndəsi ilə razılığa gəlib. Bununla da dövlətə 21 000 000 dram (92 000 manat) ziyan dəyib. Bu hərbi hissənin maliyyə xidmətinin rəisi baş mühasibin həyat yoldaşını həmin hərbi hissədə klub rəhbəri vəzifəsinə təyin etməsi üçün ondan 1000 ABŞ dolları rüşvət alıb. Hərbi hissələrdə baş vermiş bu kimi cinayət əməlləri ilə bağlı işlərin istintaqı artıq başa çatıb.

Hayastan Silahlı Qüvvələrində zabitlər xidmət yoldaşları tərəfindən hərbi qulluqçulara qarşı işgəncə zorakılıq halları nadir hal deyil. Orduda qeyri-döyüş şəraitində ölən hərbçilərin valideynləri dəfələrlə etiraz aksiyası keçirərək övladlarının ölümü ilə bağlı cinayət işlərinin obyektiv araşdırılmamasına etiraz ediblər. 

"4rd.am" saytı yazır ki, ordudakı zorakılıqlara dözülməz şərtlərə qarşı ictimai etirazların genişlənməsinə baxmayaraq, yenə əsgər  ölümləri davam edir. O da xüsusi vurğulanır ki, vəziyyət belə davam edə bilməz sonda ölkədə mütləq partlayış olacaq. Diqqətə çatdırılır ki, iqtidarın nəzarətində olan telekanallar, hakimiyyətyönlü media əsgərləri Müdafiə Nazirliyinin arzusuna uyğun olaraq özlərini öldürən intiharçılar kimi təqdim edir: "Hərbçilərə, özünü öldürməyə görə məsuliyyət yoxdur, əsgər ailələri isə övladlarının intihar etməsinə inanmırlar. Hərbi prokurorluq nəyisə araşdırmağa ehtiyac görmür, hətta adi izahat da verilmir. Bu vəziyyət uzun müddət davam edə bilməz. Sonda çox güclü partlayış olacaq".

Bunların fonunda orduda fərarilik hallarının artması təbii sayılır. Hesab edilir ki, qarşıdakı dövr ərzində erməni ordusunda daha böyük problemlərin qeydə alınması qaçılmazdır. Bu arada Hayastanda yerli Qarabağ erməniləri arasında ciddi münaqişə yaşanmaqdadır. Hətta o yerə çatıb ki, İrəvan Hayastanın digər bölgələrində Qarabağdan gələnləri qəbul etmək istəmirlər. Bununla bağlı gəlmələrin Hayastan mediasında saysız şikayətləri dərc olunub.

Göründüyü kimi, Hayastan cəmiyyətində pessimizm baş alıb gedir.  İqtidar problemlərin həllində çıxılmaz vəziyyətə düşüb, müxalifət isə aksiyalarını davam etdirir. Bu vəziyyət bütövlükdə ölkədə idarəçiliyi iflic vəziyyətinə salır.

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2023.- 20 iyul.- S.14.