Qayıdışın Ağalı təntənəsi

 

"Bu gün Böyük qayıdış dediyimiz prosesə start verildi". 2022-ci il mayın 27-də Müstəqillik Günü ərəfəsində Zəngilanın Ağalı kəndindən bu böyük müjdəni xalqımıza çatdıran Prezident İlham Əliyev çox tezliklə yüzminlərlə keçmiş məcburi köçkünümüzün yurd həsrətinin sona yetəcəyinin xoş xəbərini verdi...

Dövlət başçısı həmin əlamətdar gündə Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində yurd sevincli ağalılılarla görüşdü, bir daha qürurla söylədi ki, "Böyük qayıdışın birinci kiçik addımı, bax bu gün atılır".

Tariximizin ən möhtəşəm səhifələrindən birini çevirdiyimiz 2022-ci il iyulun 19-da isə vaxtilə Ağalıdan zorla didərgin salınan insanlarımız bayram coşqulu köç karvanlarıyla torpaqlarına döndülər.

Budur, artıq bir ildir ki, Ağalıda xoşbəxt yaşam davam edir. Kənd sakinləri od-ocaqlarını yenidən qalayıb, çörək ətirli yurdlarını şən uşaq sədaları bürüyüb, ən əsası isə onilliklərin ardından bu torpaqda yeni körpə doğulub...

Bir sözlə, Ağalıya doğma hənir, həyat qayıdıb...

 

Qürurla verilən vəd qətiyyətlə gerçəkləşdirilir

 

2020-ci il mayın 28-də - elə yenə Müstəqillik Günündə Prezident İlham Əliyev keçmiş məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışındakı çıxışında bir məqamı xüsusi vurğulamışdı: "Bütün Azərbaycan xalqı bilməlidir ki, bu, sizin üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad ediləndən sonra biz bu gün hələ işğal altında olan torpaqlarda buna oxşar gözəl binalar, şəhərciklər tikəcəyik, ermənilər tərəfindən dağılmış şəhərlərimizi yenidən quracağıq".

Üzərindən cəmi bir neçə ay keçdikdən sonra, o böyük gün yetişdi Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində cəmi 44 gün ərzində düşmən üzərində parlaq zəfər çalaraq torpaqlarımızın 30 illik işğalına son qoydu.

Qalib lider İlham Əliyev yüzminlərlə yurd həsrətində olanlara "əziz keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz" müjdəsini isə Vətən müharibəsindən cəmi bir gün sonra verdi, onları qayıdış xəbəri ilə sevindirdi.

Vədinə, sözünə sadiq olan dövlət başçısı Vətən müharibəsindən dərhal sonra işğaldan azad edilən ərazilərdə quruculuq bərpa işlərinə, Böyük qayıdışa hazırlığa start verdi.

 

"Keçmiş köçkünlər üçün elə bir məkan qurmalıyıq ki..."

 

Qarabağa Şərqi Zəngəzura Böyük qayıdışı milli prioritet elan edən qurucu lider İlham Əliyev bu torpaqlara yenidən həyatın qaytarılması üçün böyük səy əzm göstərir. Məhz buna görədir ki, qısa müddət ərzində xalqımız Qarabağ Şərqi Zəngəzurda yeni-yeni quruculuq qayıdış zəfərlərinin sevincini yaşayır.

30 illik işğal dövründə Ermənistan tərəfindən viran qoyulan, bir həyat nişanəsi belə tapmaq mümkün olmayan bu yerlər indi nəhəng tikinti-quruculuq meydanına çevrilib.

Qarabağ Şərqi Zəngəzurda ilk öncə irimiqyaslı infrastruktur layihələri icra olunmağa başlanıb. Azərbaycan dövləti tərəfindən bu yerlərə qayıdış üçün mühüm layihələr həyata keçirilir, yeni yollar,  tunellər çəkilir, elektrik stansiyaları tikilir. Bu istiqamətdə görülən mühüm işlərdən biri beynəlxalq hava limanlarının istifadəyə verilməsidir. Cəmi səkkiz ay ərzində Füzuli Beynəlxalq Hava Limanı tikilib başa çatdırıldı. Ötən il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış mərasimi keçirildi. Laçın Beynəlxalq Hava Limanının isə qarşıda istifadəyə verilməsi planlaşdırılır.

"Keçmiş köçkünlər üçün elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrətlə yaşayanlar üçün təsəlli olsun, onlar buna layiqdirlər", - söyləyən Prezident İlham Əliyev bu günə qədər Qarabağ Şərqi Zəngəzurda 30 yaşayış məntəqəsinin - 8 şəhər, 22 qəsəbə kəndin təməlini qoyub.

Görülən sürətli kompleks işlərin nəticəsidir ki, artıq ötən ildən etibarən Böyük qayıdışa start verilib.

 

Böyük qayıdış köçü ilə doğma yurda yetişən ilk bəxtəvər sakinlər

 

Vətən müharibəsindəki parlaq zəfər sayəsində Qarabağa, Şərqi Zəngəzura sarı yol alan Böyük qayıdış köçü ilə vətənə varan ilk bəxtəvərlər isə Zəngilanın Ağalı kəndinin sakinləri oldular.

2022-ci il iyulun 19-dan etibarən Zəngilanın Ağalı kəndinə əhalinin dörd mərhələdə köçürülməsinə start verildi. Həmin gün bir qərinəlik ayrılıqdan sonra ağalılılar öz yurdlarına yenidən qovuşdular, ana torpaqlarına salam verdilər. O gün xalqımız Ağalıya dönən bu insanların timsalında yurd həsrətindən qurtulanların necə ilahi hisslər yaşadığının şahidi oldu, onların qəhərqarışıq sevincinə qoşulub xoşbəxtlikdən gözyaşı axıtdılar...

Xilaskar lider İlham Əliyev 2022-ci il oktyabrın 19-da - azadlığının ikinci ili ərəfəsində Zəngilana yollanaraq ağalılı sakinlərlə öz evlərində görüşdü, onların qonağı oldu. Ağalılıların qayıdış sevincini bölüşən Prezident İlham Əliyev işğaldan azad edilmiş torpaqlarımıza ilk gələn uşaqlarımızla söhbəti əsnasında vurğuladı ki, sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq bu gün hələ Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada qurub-yaradacaqlar, yaşayacaqlar, uşaqlarını böyüdəcəklər.

"Zəngilanın Ağalı kəndində uşaqların baxışlarını, gülüşlərini görəndə vallah, adam sanki uçur. Axı onlar bu yerləri ancaq kitablarda görüblər, məktəblərdə eşidiblər, valideynlərindən, babalarından, nənələrindən eşidiblər, amma indi gəliblər oraya. Torpaq çəkir əminəm ki, bizim keçmiş köçkünlərimizin hamısı qayıdacaq", - deyə sonradan Prezident İlham Əliyev Ağalıdakı o unudulmaz günlə bağlı fikirlərini bölüşmüşdü.

 

"Ağıllı kənd"də əbədi yaşam

 

Ağalıda "ağıllı kənd" layihəsinin təməli 2021-ci ilin aprelində dövlət başçısı tərəfindən qoyulub burada sakinlər üçün ən müasir həyat şəraiti yaradılıb.  Burada müasir şəhərsalma standartları tətbiq olunub küçələrin "ağıllı" işıqlandırılması, isti soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

"Ağıllı kənd"də innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb 60 yerlik uşaq bağçası tikilib. Növbəti mərhələ çərçivəsində 150 evin tikilməsi nəzərdə tutulub.

"Ağıllı kənd" konsepsiyası ilə yenidən qurulmuş Ağalı kəndində ötən ilin yayından etibarən üç mərhələdə 86 ailə - 420 nəfər məskunlaşıb. Ağalıya köçün dörd mərhələdə həyata keçirilməsi planlaşdırılıb.

Qayıdışın ilk ünvanı olan Ağalıdan sonra sakinlərinə qovuşmaq xoşbəxtliyi Tərtərin Talış kəndinin payına düşdü. Talışlılar bu ilin mart ayının 16-da yurdlarına dönərək Novruz bayramını doğma kəndlərində qarşıladılar. İlkin mərhələdə 20 məcburi köçkün ailəsi - 90 nəfər kəndə qaytarıldı.

Həmin ayın 18-də Talış kəndinə səfər edən dövlət başçısı İlham Əliyev Novruz tonqalını bu torpaqda alovlandırdı, xalqımıza bayram təbriklərini Qarabağdan çatdırdı.

Qayıdışın növbəti ünvanı isə Şərqi Zəngəzur oldu, dağların qoynunda yerləşən əsrarəngiz Laçın şəhərinə ilk 20 ailə qaytarıldı.

28 May Müstəqillik Günündə Laçın şəhərinə qayıdan əhali ilə görüşüb, evlərin açarlarını onlara təqdim edən dövlət başçısı İlham Əliyev dedi ki, bu gün ikiqat bayramdır: "Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərlərinə qayıdıblar bu münasibətlə həm sizi, həm bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm".

Laçın şəhərinə doğma sakinlərinin qayıdışı mərhələli şəkildə davam edir. Ümumilikdə indiyə qədər 111 ailənin, yəni 424 nəfərin bu yurdda daimi məskunlaşması təmin edilib.

İlin sonuna qədər Laçın şəhərinin Zabux Sus kəndlərinə keçmiş məcburi köçkünlərin qaytarılması planlaşdırılır.

 

"Mən onlar qədər xoşbəxtəm"

 

Xalqımızın həyatında qürurla dolu əngin üfüqlər açan parlaq zəfər illər boyu əziyyət, mənəvi əzab içində yaşamış keçmiş məcburi köçkünləri vətəndə qəribçilikdən, "məcburi köçkünlük yükü"ndən azad edib.

Qurucu lider İlham Əliyevin şəxsi səyləri sayəsində indi onlar bir-bir öz torpaqlarına dönür orada cəbrayıllı, zəngilanlı, füzulili, qubadlılı, şuşalı, ağdamlı, kəlbəcərli, laçınlı olaraq bəxtəvər günlərə qanad açırlar...

Bu vətəndaşlarımızın tükənməz yurd sevincini görmək isə bütövlükdə Azərbaycan xalqının hər bir üzvünün, sıravi vətəndaşımızdan tutmuş, dövlətin ən ali şəxsinə qədər hər kəsin elə onların özü qədər xoşbəxtliyinə vəsilə olub. Necə ki dövlət başçısı İlham Əliyev bununla bağlı kövrək hisslərini dilə gətirib: "Mən onlar qədər xoşbəxtəm, yəni onlardan fərqlənmirəm".

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2023.- 20 iyul.- S.10.