Narkomaniya niyə gəncləşir

 

Narkomaniya dünyanın ən aktual problemlərindən biri kimi qalmaqda davam edir. Təəssüf ki, son zamanlar hətta yeniyetmələr arasında narkotik vasitələrdən istifadə halları müşahidə olunur. Bunun qarşısını almaq üçün ailə, məktəb mütəxəssislərin üzərinə böyük yük düşür.

Bəs bu bəlanın qarşısını almaq üçün etməli, övladlarımızı necə qorumalıyıq? Bu bu kimi suallarımıza cavab tapmaq üçün mütəxəssislərə müraciət etdik.

 

Əsas səbəb valideyn nəzarətsizliyidir

 

İctimai Səhiyyə İslahatlar Mərkəzinin nümayəndəsi, həkim-nevroloq Könül İsmayılova bildirir ki, şəxsiyyətin formalaşması üçün cəmiyyət önəmli əhəmiyyət kəsb edir. Lakin bununla yanaşı, ailə mühiti ailə tərbiyəsinin insanın sonrakı fəaliyyətindəki rolu da böyükdür: "Bəzən gənclərin arzuolunmaz yollara düşməsinin əsas səbəbi valideynlərin nəzarətsizliyi mənfi mühitdir. Rəqəmsal texnologiyaların geniş istifadə olunduğu bir dövrdə, təəssüf ki, bəzən ailələrin uşaqlar üzərində nəzarəti  kifayət qədər mümkün olmur", - deyə mütəxəssis bildirib.

K.İsmayılova qeyd edir ki, uşaqlar yeniyetmələr arasında narkomaniyanın qarşısının alınması istiqamətində mütəmadi tədbirlər görülür: "Narkotik vasitələrin, psixotrop maddələrin onların prekursorlarının qanunsuz dövriyyəsinə narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər   2019-2024-cü illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tədbirlər Planına uyğun olaraq İctimai Səhiyyə İslahatlar Mərkəzi  (İSİM) genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. Əhalinin  müxtəlif yaş kateqoriyaları arasında  həm regionlarda, həm paytaxtda digər dövlət qurumları ilə əməkdaşlıq şəraitində bu istiqamətdə mütəmadi olaraq maarifləndirici tədbirlər icra olunur, çap materialları paylanır. Eyni zamanda sosial şəbəkələr üzərindən aktiv şəkildə narkotik maddələrin mənfi təsirləri barədə məlumatlandırma aparılır".

 

Asılılığın formaları artıb

 

Psixologiya Elmi-Tədqiqat İnstitunun sədri, psixoloq Elnur Rüstəmov bildirir ki, yeniyetmələr arasında yalnız narkomaniya deyil, ümumilikdə asılılığın müxtəlif formaları artıb: "Biz bura elektron cihazlardan internetdən asılılığı, narkotik psixotrop maddələrdən, bir qisim yeniyetmələrdə spirtli içkilərdən asılılığı da daxil edə bilərik. Bunun baş vermə səbəbi yeniyetmələrin yaşamış olduğu böhran, daxili gərginlik, narahatlıq ola bilər. Belə hallarda onlar ətraf mühitin təsirlərinə məruz qalırlar. Bu məruz qalma nəticəsində görürük ki, onlar bəzən istəmədən belə narkotikdən asılı vəziyyətə düşürlər".

Ekspert valideynlərə bəzi "qızıl" qaydalara xüsusilə riayət etməyi tövsiyə edir: "Yeniyetmələrin asudə vaxtına diqqət etmək lazımdır. Onlar bu zamanı necə, kiminlə keçirirlər qədər xərclikləri var - buna nəzarət etmək vacibdir. Bu 3 məqam daim valideynlərin diqqətində olmalıdır. Belə halda onların zərərli vərdişlərə qurşanmaq ehtimalı da az olacaq".

 

Vaxtında tədbir görmədikdə vəziyyət ağırlaşa bilər

 

E.Rüstəmov bildirir ki, mühit bu prosesdə böyük rol oynayır: "Xüsusən ailədaxili münaqişə zorakılıqların, habelə boşanmaların şahidi olan uşaqlarda risk faktoru daha çoxdur. Bu uşaqlara xüsusi diqqət ayrılmalı, onlarla maariflənmə profilaktik işlər görülməlidir ki, belə mühitdə böyüyən uşaqlar zərərli vərdişlərin qurbanına çevrilməsinlər. Xüsusən təhsildən yayınan uşaqlar risk altındadır".

Psixoloq narkomaniya ilə mübarizədə valideynlərin mühüm rol oynadığını vurğulayır: "Əgər yeniyetmə övladının davranışında, ünsiyyətində kənara çıxma halları, dəyişikliklər görülürsə, əsəbi aqressivdirsə, gözü qızarırsa, özünü əvvəlki kimi aparmırsa, valideyn mütləq onu nəzarətə götürüb tədbir görməlidir. Söhbət narkotik asılılıqdan gedirsə, bunu xüsusi testlərlə müəyyənləşdirmək çox asandır. Sadəcə bir qism valideyn bu reallığı qəbul edə bilmir. Vaxtında vəziyyəti anlayıb tədbir görmədikdə problem daha da dərinləşir".

E.Rüstəmov qeyd edir ki, məktəbdə müəllimlər təhsil alan şagirdlərin davranışlarında hər hansı bir narahatlıq hiss edərlərsə, tədbir görməli mütləq valideynə məlumat verməlidirlər: "Bu problem valideyn məktəbdən daha həssas diqqətli olmağı tələb edir. Bununla bağlı maariflənmə işi aparılmalı, psixo-profilaktik tədbirlər görülməlidir, sosial çarxlar hazırlanmalıdır. Digər tərəfdən bundan əziyyət çəkən insanların sağalması istiqamətində mütləq şəkildə addım atılmalıdır. Onlara dəstək əlçatan olmalıdır".

 

Ülkər XASPOLADOVA,

Azərbaycan.-2023.- 20 iyul.- S.14.