Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, № 9, maddə 1066) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. "Azərbaycan Respublikası Baş nazirinin müavini" sözlərindən əvvəl "Şahin Mustafayev -" sözləri əlavə edilsin.

2. "Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi" abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Respublikasının Dövlət Şəhərsalma Arxitektura Komitəsinin sədri".

3. "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri" abzasının sonundan nöqtə işarəsi çıxarılsın həmin abzasdan sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

"Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri.".

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 iyul 2023-cü il

Azərbaycan.-2023.- 20 iyul.- S.5.