Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 18 iyul 2023-cü il

 

Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

 

Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyası haqqında ƏSASNAMƏ

 

1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə "Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 24 sentyabr tarixli 3488 nömrəli Sərəncamının 3.1-ci bəndinə uyğun olaraq hazırlanmışdır "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə, Azərbaycan Respublikası Şəhərsalma Tikinti Məcəlləsinin 78.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş siyahılarda nəzərdə tutulan təhlükə potensiallı obyektlərin, o cümlədən tikinti obyektlərinin (bundan sonra - obyektlər) təhlükəsiz istismarının təmin edilməsi, əhalinin ətraf mühitin həmin obyektlərdə baş verə biləcək qəzalardan qorunması (bundan sonra - müvafiq sahə) sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının (bundan sonra - Komissiya) fəaliyyət istiqamətlərini, hüquq vəzifələrini fəaliyyətinin təşkili ilə bağlı digər məsələləri tənzimləyir.

1.2. Komissiya öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, bu Əsasnaməni, Azərbaycan Respublikası Prezidentinin digər fərmanlarını, həmçinin sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.

1.3. Komissiya hər ötən ildəki fəaliyyəti görülmüş işlər barədə növbəti ilin birinci rübündə Azərbaycan Respublikasının Prezidentinə hesabat təqdim edir.

1.4. Komissiyanın üzərində Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri öz adı həkk olunmuş blankı möhürü vardır.

 

2.Komissiyanın fəaliyyət istiqamətləri

 

2.1. Komissiya aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

2.1.1. müvafiq sahə ilə bağlı fəaliyyətin təşkili, mütəmadi təhlillər aparılması qabaqlayıcı tədbirlər görülməsi üçün təkliflər hazırlanması;

2.1.2. müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi, birgə tədbirlərin planlaşdırılması həyata keçirilməsi;

2.1.3. müvafiq sahədə fəaliyyət göstərən dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili qiymətləndirilməsi əsasında təkliflər hazırlanması;

2.1.4. beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi tətbiqi sahəsində əlaqələndirmə işinin təşkili.

 

3. Komissiyanın vəzifələri

 

3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Komissiyanın vəzifələri aşağıdakılardır:

3.1.1. Komissiyanın üzvü olan dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə baş verə biləcək qəza risklərinin müəyyən olunması, qiymətləndirilməsi gələcək risklərin proqnozlaşdırılması sahəsində aparılan mütəmadi təhlillər əsasında təkliflər hazırlamaq görülən işlərin əlaqələndirilməsini təmin etmək;

3.1.2. müvafiq sahədə qabaqlayıcı tədbirlər görülməsi məqsədilə müvafiq dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsini, birgə tədbirlərin planlaşdırılmasını təmin etmək, onlar arasında operativ səmərəli məlumat mübadiləsini təşkil etmək;

3.1.3. müvafiq sahədə texniki reqlamentlərin müəyyən olunması işlərini əlaqələndirmək;

3.1.4. müvafiq sahə üzrə mütəxəssislərə olan ehtiyacı araşdırmaq mövcud vəziyyəti qiymətləndirmək, elmi, texniki kadr potensialının genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq bununla bağlı müvafiq işləri əlaqələndirmək;

3.1.5. müvafiq dövlət orqanları (qurumları) tərəfindən obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili qiymətləndirilməsi əsasında təkliflər hazırlamaq;

3.1.6. Komissiya üzvləri olan dövlət orqanlarının (qurumlarının) fəaliyyət istiqamətlərinə aid sahələrdə həmin dövlət orqanlarının (qurumlarının) mütəxəssislərindən ibarət daimi fəaliyyət göstərən aşağıdakı işçi qrupların yaradılmasını fəaliyyətini təmin etmək:

1. təhlükə potensiallı obyektlərdə keçirilən monitorinqlərin nəticələrinin təhlili qiymətləndirilməsi üzrə;

2. müvafiq texniki reqlamentlərin müəyyən olunmasıistiqamətində fəaliyyətin əlaqələndirilməsi üzrə;

3. beynəlxalq təcrübə nəzərə alınmaqla, təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarı sahəsində mövcud normativ hüquqi bazanın təkmilləşdirilməsi üzrə;

3.1.7. müvafiq sahə ilə bağlı daxil olmuş layihələri, müraciətləri, texniki şərtləri təklifləri ümumiləşdirərək təhlil etmək;

3.1.8. obyektlərin texniki təhlükəsizlik bəyannaməsinin hazırlanması ilə bağlı metodiki tövsiyələr hazırlamaq;

3.1.9. müvafiq sahədə beynəlxalq təcrübənin öyrənilməsi təcrübə mübadiləsinin həyata keçirilməsi işini əlaqələndirmək.

 

4. Komissiyanın hüquqları

 

4.1. Öz vəzifələrini yerinə yetirmək üçün Komissiyanın aşağıdakı hüquqları vardır:

4.1.1. daxil olmuş müraciətlərin hərtərəfli obyektiv araşdırılması üçün aidiyyəti məlumatların, materialların sənədlərin alınması ilə bağlı dövlət orqanlarına (qurumlarına), yerli özünüidarəetmə orqanlarına, fiziki hüquqi şəxslərə sorğular göndərmək, görülən işlər barədə arayışlar hesabatlar almaq;

4.1.2. təhlil tədqiqat materialları əsasında müvafiq sahə üzrə təkmilləşdirmə işləri aparmaq məqsədilə təkliflər hazırlamaq;

4.1.3. beynəlxalq təcrübə nəzərə alınmaqla, müvafiq sahədə normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;

4.1.4. müvafiq sahədə beynəlxalq regional əməkdaşlığın genişləndirilməsi məqsədilə təkliflər hazırlamaq;

4.1.5. müvafiq sahədə aşkar olunmuş nöqsan çatışmazlıqların aradan qaldırılmasının təmin edilməsi məqsədilə aidiyyəti dövlət orqanlarına (qurumlarına) göstəriş vermək;

4.1.6. fəaliyyət istiqamətlərinə aid olan məsələlərin həlli üçün elmi-tədqiqat, təcrübi-mühəndis, texniki təhlükəsizlik ekspertizası, məsləhət xidmətləri təbliğat-təşviqat işləri ilə bağlı müvafiq sahədə ixtisaslaşmış hüquqi şəxslərin, o cümlədən elmi-tədqiqat təhsil müəssisələrinin, habelə müstəqil beynəlxalq ekspertlərin mütəxəssislərin bu işlərə cəlb edilməsi ilə əlaqədar tədbirlər görmək.

 

5. Komissiyanın fəaliyyətinin təşkili

 

5.1. Komissiyanın sədrini digər üzvlərini Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin vəzifədən azad edir.

5.2. Komissiya sədr daxil olmaqla 15 (on beş) üzvdən ibarətdir.

5.3. Komissiyanın sədri:

5.3.1. Komissiyanın fəaliyyətini təşkil edir ona rəhbərlik edir;

5.3.2. Komissiyanın üzvləri işçi qruplar arasında bölgüsü aparır, həmçinin onların fəaliyyətini əlaqələndirir;

5.3.3. Komissiyanın üzvləri ilə birlikdə Komissiyanın iclaslarının gündəliyini müəyyənləşdirir Komissiyanın iclaslarına rəhbərlik edir;

5.3.4. Komissiyaya daxil olan müraciətlərə "Vətəndaşların müraciətləri haqqında", "İnzibati icraat haqqında" "İnformasiya əldə etmək haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq baxır qanunla müəyyən edilmiş qaydada tədbirlər görür;

5.3.5. Komissiyanın fəaliyyəti ilə bağlı işçi qrupların tabeliyində ayrı-ayrı sahələr üzrə alt işçi qruplar yaradılmasını təmin edir.

5.4. Komissiyanın sədri bu Əsasnamə ilə Komissiyaya həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə hüquqların həyata keçirilməsinə görə məsuliyyət daşıyır.

5.5. Komissiyanın sədri olmadıqda, onun səlahiyyətlərini Komissiyanın qərarı əsasında Komissiya üzvlərindən biri həyata keçirir.

5.6.Komissiyanın işçi qrupların üzvləri bu Əsasnamədə nəzərdə tutulmuş onlara həvalə edilmiş vəzifələrin vaxtında yerinə yetirilməməsinə görə məsuliyyət daşıyırlar.

5.7. Komissiyanın səlahiyyətlərinə aid edilmiş məsələlərə onun iclaslarında baxılır.

5.8. Komissiyanın iclasları mütəmadi olaraq, lakin 3 (üç) ayda bir dəfədən az olmayaraq keçirilir. İclaslar Komissiya sədrinin ya Komissiya üzvlərinin üçdəbirinin təşəbbüsü əsasında çağırıla bilər.

5.9. Komissiyanın iclasları onun üzvlərinin üçdə-ikisi iştirak etdikdə səlahiyyətlidir.

5.10. Komissiyanın iclaslarına aidiyyəti dövlət orqanlarının (qurumlarının) özəl sektorun nümayəndələri, o cümlədən müstəqil ekspertlər mütəxəssislər dəvət edilə bilərlər.

5.11. Komissiyanın qərarları hər bir üzvün bir səsi olmaqla açıq səsvermə yolu ilə, iclasda iştirak edən Komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Qərar qəbul edilərkən səslər bərabər olduqda, iclasa sədrlik edənin səsi həlledicidir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına yol verilmir. Səsvermə zamanı xüsusi rəyi olan Komissiya üzvü öz rəyini qəbul edilmiş qərara əlavə edə bilər.

5.12. Komissiyanın iclasında onun bütün üzvləri təmsil olunmuşdursa həmin üzvlərin hamısı yekdilliklə razılıq verirsə, Komissiya gündəliyə daxil edilməmiş məsələləri müzakirəyə çıxara onlara dair qərarlar qəbul edə bilər.

5.13. Komissiyanın üzvləri fəaliyyətlərində müstəqildirlər.

5.14. Komissiya özünün planını təsdiq edir.

5.15. Komissiya tərəfindən yaradılmış işçi qrupların hazırladığı sənədlər Komissiyanın iclaslarında müzakirəyə çıxarılır müvafiq qərarlar qəbul edilir.

5.16. Komissiyanın nəzdində daimi fəaliyyət göstərən Katiblik yaradılır. Katibliyin funksiyalarını Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı həyata keçirir.

5.17. Katiblik aşağıdakıları təmin edir:

5.17.1. Komissiyanın cari fəaliyyətinin təşkili Komissiyanın qəbul etdiyi qərarların icrası ilə əlaqədar zəruri tədbirlər görülməsini;

5.17.2. Komissiyanın iclaslarında baxılacaq məsələlərə dair müvafiq sənədlərin hazırlanmasını, həmin iclas protokollarının Komissiyanın planlarının tərtib edilməsini aidiyyəti dövlət orqanlarına (qurumlarına) çatdırılmasını, kargüzarlıq işlərinin icra edilməsini;

5.17.3. Komissiya tərəfindən işçi qrupların tabeliyində ayrı-ayrı sahələr üzrə yaradılmış alt işçi qruplara müvafiq mütəxəssislərin cəlb edilməsinin təşkilini həmin qrupların fəaliyyətinin əlaqələndirilməsini.

 

 

Azərbaycan.-2023.- 20 iyul.- S.5.