ANAMA-nın yaradılmasının 25-ci ildönümü qeyd edilib

 

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) yaradılmasının 25-ci ildönümü qeyd edilib.

ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpus nümayəndələri vətəndaş cəmiyyəti təşkilatlarının təmsilçiləri iştirak ediblər.

1998-ci il iyulun 18-də Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə yaradılan ANAMA minatəmizləmə sahəsində əldə etdiyi 25 illik təcrübəsi ilə qlobal miqyasda aparıcı quruma çevrilib.

Tədbirdə çıxış edən ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov qeyd edib ki, Agentlik işğaldan azad edilmiş ərazilərin partlayıcı qurğulardan təmizlənməsi, bu ərazilərdə bərpa-quruculuq fəaliyyətinin təhlükəsiz icrası, keçmiş məcburi köçkünlərin dayanıqlı məskunlaşması, eləcə regionda sülh əmin-amanlığın bərpası davamlı inkişafına müsbət töhfəsini verir. Ötən 25 il ərzində ANAMA tərəfindən 900 mindən çox mina digər partlayıcı sursat aşkar edilərək zərərsizləşdirilib. Vüqar Süleymanov mina təhlükəsi ilə mübarizə fəaliyyətində göstərdikləri dəstəyə görə həm yerli, həm beynəlxalq qurumlara təşəkkürünü bildirib.

Nazirlər Kabinetinin Aparat rəhbəri Rüfət Məmmədov bildirib ki, bu gün ən aktual şərəfli işlərdən biri ANAMA əməkdaşlarının həyata keçirdiyi minatəmizləmə fəaliyyətidir. Bu fəaliyyətlə məşğul olan şəxslər həyat sağlamlıqlarını təhlükə altına ataraq şərəfli vəzifələrini yerinə yetirirlər. Onların bu fəaliyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilir bu sahəyə xüsusi diqqət yetirilir.

BMT-nin ölkəmizdəki rezident-əlaqələndiricisi Vladanka Andreeva deyib ki, mina qurbanlarının sayının artması Azərbaycanda humanitar minatəmizləmə işlərinin sürətləndirilməsi üçün birgə səy resurslara ehtiyac olduğunun göstəricisidir. Həmçinin partlayıcı sursatların təhlükəsinin aradan qaldırılması, maarifləndirmə işinin gücləndirilməsi üzrə ANAMA-nın həyata keçirdiyi fəaliyyətin dəstəklənməsində BMT qurumlarının bu günədək olan səylərinin davamlı olacağını ifadə edib.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko vurğulayıb ki, Aİ dünyada mina təhlükəsi ilə mübarizə fəaliyyətinin dəstəklənməsində qlobal liderdir. Azərbaycanda bu fəaliyyətin dəstəklənməsi isəilə əməkdaşlıqda başlıca prioritetlərdən biridir. Regionda sülh davamlı inkişafın əsas şərtlərindəndir.

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva istər İkinci Qarabağ müharibəsi, istərsə postmüharibə dövründə cəbhə xəttində, ona yaxın ərazilərdə, eləcə mülki əhalinin hədəf alındığı şəhər rayonlarda Ermənistanın törətdiyi hüquq pozuntuları, kütləvi şəkildə basdırılmış tank piyada əleyhinə minaların səbəb olduğu insan tələfatları hallarına dair hesabatların hazırlanaraq, beynəlxalq regional təşkilatlara, habelə müxtəlif ölkələrin milli insan hüquqları təsisatlarına təqdim olunduğunu diqqətə çatdırıb.

Tədbirdə ANAMA-nın humanitar minatəmizləmə sahəsində 25 illik təcrübəsini əks etdirənMinaları təmizləyək, insanları xilas edəkadlı film nümayiş olunub.

Həmçinin minatəmizləmə fəaliyyətində əvəzsiz rola malik olan minaaxtaran it bələdçinin iştirakı ilə imitasiya təşkil edilib. Yaradılan imitasiya sahəsində minaaxtaran it partlayıcı qurğuları aşkar edib. Mina sursat nümunələrinin maketləri, minaaxtaranın alət avadanlığı, fərdi qoruyucu geyimindən ibarət sərgi nümayiş olunub.

ANAMA Qarabağ Şərqi Zəngəzurda mina müharibənin partlayıcı qalıqlarının yaratdığı təhlükədən təmizləmək missiyasını qətiyyətlə davam etdirir.

 

Azərbaycan.-2023.- 20 iyul.- S.12.