Bəzi xarici jurnalistlərin adıqara siyahı”dan çıxarılıb

 

Xarici İşlər Nazirliyi (XİN), Azərbaycan Mətbuat Şurası Medianın İnkişafı Agentliyi Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş bəzi xarici jurnalistlərinqara siyahı”dan çıxarılması ilə bağlı bəyanat yayıb.

AZƏRTAC xəbər verir ki, bəyanat iyulun 19-da XİN, Medianın İnkişafı Agentliyi Mətbuat Şurası tərəfindən birgə keçirilən mətbuat konfransında qəbul edilib.

Bəyanatın mətnini XİN-in Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə səsləndirib. Bəyanatla 58 nəfərin adı XİN-inqara siyahı”sından çıxarılır.

Bəyanatda deyilir ki, milli mətbuatımızın ilk nümunəsi kimi 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamışƏkinçiqəzetindən əsasını götürən müasir Azərbaycan mətbuatı ölkəmizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərə uyğun şəkildə öz inkişaf dövrünü yaşayır.

Qeyd olunur ki, milli jurnalistikanın ölkəmizin xarici siyasət maraqlarına aid olan məsələlər, xüsusilə Azərbaycan- Ermənistan sülh prosesi kimi istiqamətlərdə ölkəmizin həqiqətlərinin beynəlxalq auditoriyaya çatdırılmasında, region onun hüdudlarından kənarda informasiya məkanının formaşdırılmasında, xarici mənfi ideoloji təsirlərin fonunda milli informasiya təhlükəsizliyinin təmin olunmasında danılmaz rolu var.

Bu məqsədlə xarici jurnalistlərin Azərbaycana səfərlərinin təşkili əsas fəaliyyət sahələrindəndir. Həm Ermənistanın 30 ilə yaxın müddətdə Azərbaycan ərazilərinin işğalı dövründə, həm Vətən müharibəsindən sonra regiona yüzlərlə jurnalist səfər ediblər. Bununla yanaşı, bir sıra əcnəbi jurnalistlərin Azərbaycan hökumətinin icazəsi olmadan keçmiş işğal altında olan ərazilərimizə səfərlər həyata keçirdiyi, bir çox hallarda, belə səfərlərin həmin şəxslərin məlumatsızlığı nəticəsində baş verdiyi bəllidir.

Məlum olduğu kimi, beynəlxalq təcrübəyə uyğun olaraq, Azərbaycanın milli beynəlxalq qanunvericiliyinin kobud şəkildə pozulması ilə nəticələnən hər hansı bir səfərdə iştirak edən şəxs Azərbaycanda arzuolunmaz şəxs kimi müvafiq olaraq Azərbaycan ərazilərinə qanunsuz səfər etmiş xarici vətəndaşların siyahısına daxil edilir.

Bununla yanaşı, hər il onlarla şəxs bu siyahıdan adlarının çıxarılması məqsədilə Azərbaycan hökumətinə rəsmi üzrxahlıq məktubları ünvanlayır müraciətlər məqsədəuyğun hesab ediləcəyi təqdirdə, onların adları siyahıdan çıxarılır”, - deyə bəyanatda diqqətə çatdırılır.

 

Azərbaycan.-2023.- 20 iyul.- S.12.