Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmişVətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilməsi haqqında

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

 

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, ¹ 10, maddə 627; 2005, ¹ 7, maddə 678; 2006, ¹ 2, maddə 185, ¹ 4, maddə 378, ¹ 5, maddə 470, ¹ 9, maddə 819, ¹ 10, maddə 902; 2007, ¹ 5, maddə 546, ¹ 10, maddə 1026; 2008, ¹ 2, maddə 114; 2010, ¹ 7, maddə 700; 2011, ¹ 7, maddə 737; 2012, ¹ 2, maddə 178, ¹ 11, maddələr 1203, 1212, ¹ 12, maddə 1359; 2013, ¹ 3, maddə 348, ¹ 5, maddə 580; 2014, ¹ 5, maddə 554, ¹ 8, maddə 1005; 2015, ¹ 5, maddə 669; 2016, ¹ 2 (II kitab), maddə 389, ¹ 7, maddə 1343, ¹ 9, maddə 1585, ¹ 11, maddə 1976; 2017, ¹ 7, maddə 1499, ¹ 12 (II kitab), maddə 2525; 2018, ¹ 12 (II kitab), maddə 2760; 2019, ¹ 3, maddə 516, ¹ 4, maddələr 763, 781, ¹ 8, maddə 1478; 2020, ¹ 3, maddə 369, ¹ 9, maddə 1206, ¹ 10, maddələr 1273, 1304; 2021, ¹ 2, maddə 207, ¹ 3, maddə 274, ¹ 9, maddə 1069; 2022, ¹ 4, maddə 423, ¹ 7, maddə 820, ¹ 8, maddə 974) ilə təsdiq edilmişVətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

 

1. Aşağıdakı məzmunda 1.5-1-ci bənd əlavə edilsin:

 

“1.5-1. Qeydiyyat şöbəsində konsulluq idarəsində vətəndaşlıq vəziyyəti aktlarının, icra hakimiyyətinin nümayəndəliyində doğumun, nikahın bağlanmasının ölümün dövlət qeydiyyatı aparılarkən yer adları mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Ermənistan Respublikasındakı yer adları isə Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılır.”.

 

2. 9.11-ci bənd aşağıdakı redaksiyada verilsin:

 

“9.11. Verilən təkrar şəhadətnamələrdə arayışlarda yer adları həmin sənədlərin verildiyi gün mövcud olan inzibati ərazi vahidlərinin adlarına uyğun yazılır. Təkrar şəhadətnamələrdə arayışlarda Ermənistan Respublikasındakı yer adları yazılarkən bu Qaydanın 1.5-1-ci bəndinin tələbləri tətbiq edilir.”.

 

Əli Əsədov

Respublikasının Baş naziri

Bakı şəhəri, 19 iyul 2023-cü il

Azərbaycan.-2023.- 21 iyul.- S.3.