Sənət aləmində özünəməxsus yeri vardı

 

Azərbaycan təsviri sənət aləmində onun da özünəməxsus yeri var. O, təsviri sənətin dəzgah rəngkarlığı sahəsində fəaliyyət göstərib, yaddaqalan əsərlər müəllifi kimi tanınıb, həmçinin incəsənət istiqaməti üzrə uğurlu ictimai fəaliyyət göstərib. Haqqında söhbət açdığımız şəxs Xalq rəssamı Salam Əbdülqasım oğlu Salamzadədir. Bu il rəssamın anadan olmasının 115 ili tamam olur.

S.Salamzadə 1908-ci ildə Bakı şəhərində dünyaya göz açıb. O, sənətin sirlərinə Azərbaycan Dövlət Rəssamlıq Məktəbində yiyələnib sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. Hələ tələbə ikən "Şərq qadını", "İnqilab mədəniyyət" jurnallarında bədii tərtibatçı işləyib  illüstrasiyalar çəkib. Rəssam yaradıcılığı boyu süjetli tablo, portret, mənzərə natürmort janrlarında maraqlı, məna məzmun yükünə malik sənət əsərləri ərsəyə gətirib. S.Salamzadənin Bakı (1959), (1962), (1974), Moskva (1969), (1974) Kiyev (1974) şəhərlərində əsərlərindən ibarət fərdi sərgiləri təşkil olunub. Rəssam həmçinin ictimai fəaliyyətlə məşğul olub. Belə ki, o, Azərbaycan Milli İncəsənət Muzeyinin N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru vəzifələrində işləyib. Rəssam "Əməkdar incəsənət xadimi", "Xalq rəssamı" fəxri adlarına, eləcə   "Şərəf nişanı", "Xalqlar dostluğu" ordenlərinə layiq görülüb. Əsərləri xarici ölkələrin muzey, qalereya şəxsi kolleksiyalarında saxlanılır.

S.Salamzadə daim axtarışda olmuş, milli təsviri sənət ənənələrimizi mütərəqqi sənət üsulları ilə çuğlaşdıraraq, yeni sənət əsərləri ərsəyə gətirməyə üstünlük vermişdir. Rəssamın yaradıcılığını  şərti olaraq iki mərhələyə bölsək, birinci mərhələdə onun daha çox dekorativliyə, təmiz rəng keçidlərinə, sadə kompozisiya quruluşu səthi perspektiv həllə üstünlük verdiyini müşahidə edərik. Sadalanan bu sənət metodları təbii ki, miniatür sənətimizin təsirindən qaynaqlanırdı. Rəssamın belə əsərlərinə Gəncə Lənkərana səfər edərək görüb müşahidə etdikləri əsasında yaratdığı "Sap sexi", "Gəncə toxuculuq fabrikində", "Komsomolçular vaxtı", "MTS-nin açılışı", "Konserv fabrikində" başqa əsərləri qeyd etmək olar.

S.Salamzadə İkinci Dünya müharibəsi illərində daha çox müharibə qəhrəmanlarının portretlərini Ədəbiyyat muzeyi üçün süjetli kompozisiyalar işləmişdir. Rəssam müharibə illərindən sonra yaradıcılıq məharətini genişləndirərək, ölkəmizin cənub bölgəsinə (Lənkəran, Astara) ezamiyyətlərə yollanmış, bir çox uğurlu əsərlər yaratmışdır. S.Salamzadənin incəsənət xadimlərinin portretləri, əmək adamlarının prosesində təsvir olunmuş surətləri olduqca inandırıcı, obrazların xarakterik psixoloji xüsusiyyətlərini təcəssüm etdirən, daxili aləmlərini açan, həmçinin sənaye mənzərələri təbiət lövhələrində lirik bədii təfərrüatları özündə əks etdirən bədii elemenlərlə zəngindir. Rəssamın portret əsərlərinə "Maniyə Kərimovanın portreti" (1938), "Üzeyir Hacıbəyovun portreti" (1941), "Xalq artisti Sidqi Ruhullanın portreti" (1944), "Röyal arxasında" (1955), "Azərbaycanın ilk qadın kinorejissoru Qəmər Almaszadənin portreti" (1957), "Gilənarla qızın portreti" (1957), "Nəriman Nərimanovun portreti" (1958), "Qız bababöykü çiçəyi  ilə" (1962), "Gənc kolxozçu qızın portreti" (1964), "Kəndli qız" (1972) başqalarını göstərmək olar. Sadalanan portretlərin hər biri ayrıca dəyərləndirilməyə layiq əsərlərdir. Rəssam ömür-gün yoldaşının - məşhur, nakam şair Əliqulu Qəmküsarın qızı, ölkəmizdə ilk qadın kinorejissor olmuş Qəmər Salamzadənin çoxlu portretini çəkmişdir.

S.Salamzadə süjetli tablo mənzərə janrında yaratmış olduğu əsərlərində bəzən sintez üsulu ilə iki janrın xüsusiyyətlərini bir tabloda birləşdirərək əks etdirmişdir. Süjetli tablo məzərə əsərlərindən "Rüstəmin Əfrasiyabla döyüşü" (1934), "Günəş altında" (1958), "Sovxoz çölləri" (1959), "Suya gedən qadınlar" (1968), "Çay plantasiyası" (1970),"Rəfiqələr" (1970), "Qürub çağı" (1973),"Toya gedənlər" (1974), "Astara subtropik sovxozu" (1976), "Rezervuarlar" (1976), "Lənkəran çaybecərənləri" (1977) digərlərini qeyd etmək olar.

S.Salamzadənin xarici ölkələrə ezamiyyəti səfərləri nəticəsində yaratmış olduğu tablolar onun yaradıcılığının ayrıca bir istiqamətini təşkil edir. Rəssam ərəb ölkələrində uzunmüddətli yaradıcılıq ezamiyyətində olmuşdur. O, yarım ilə yaxın ərəb ölkələrində yaşamış Misir, İraq, Suriya, Livan başqa ərəb ölkələrində gördüyü, müşahidə etdiyi hadisələri rəssam təxəyyülündən keçirərək diqqəti cəlb edən rəngkarlıq əsərləri yaratmışdır. Rəssamın yaradıcılığının 10 ilə yaxın dövrü ərzində ərsəyə gətirdiyi müxtəlif janrlı əsərlər "Ərəb ölkələri silsiləsi"ni (1961-1970) təşkil edir. Sənətşünas, AMEA-nın müxbir üzvü Kərim Kərimov qeyd edirdi: "Ərəb ölkələrində çox rəssam olmuş, lakin heç kəsə Salam Salamzadə qədər ərəblərin həyatı ilə yaxından tanış olmaq, geniş müşahidələr aparmaq, hadisələrin mahiyyətini duymaq gələcək əsərləri üçün bu qədər material toplamaq nəsib olmamışdır".

İki qərinəlik yaradıcılıq fəaliyyətinə malik olan, həyatı boyu yadda qalan, bədii estetik zövq aşılayan sənət əsərləri yaratmış Xalq rəssamı S.Salamzadə öz adını əbədi olaraq incəsənət tariximizə həkk edə bilmişdir. 

 

Əsəd QULİYEV,

sənətşünas

Azərbaycan.-2023.- 21 iyul.- S.10.