Xalq artisti Mirzə Babayevin xatirəsi yad edilib

 

Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, Xalq artisti, unudulmaz müğənni Mirzə Babayevin (1913-2003) anadan olmasının 110-cu ildönümü münasibətilə Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış mədəniyyət incəsənət xadimləri, sənətkarın ailə üzvləri II Fəxri xiyabana gələrək, onun xatirəsini yad edib, məzarı üzərinə gül dəstələri qoyublar.

Mərasimdə Mirzə Babayevin istedadı ilə xalqımızın məhəbbətini qazanan böyük sənətkarlardan olduğu qeyd edilib. O, Azərbaycan estrada musiqisinin inkişafına mühüm töhfələr verib, səsi ifaçılıq məharəti ilə özünəməxsus üslubunu yaradıb musiqimizi xarici ölkələrdə layiqincə təmsil edib.

Teatr kino aktyoru, Xalq artisti Rafiq Əzimov bildirib ki, Mirzə Babayev ömrünün yarıdan çoxunu musiqi sənətinə həsr edib. O, hərtərəfli sənətkar idi. İstedadlı aktyor kimi milli kino tariximizə adını yazdırıb, "Dərviş Parisi partladır", "Telefonçu qız", "Romeo mənim qonşumdur", "Qorxma, mən səninləyəm!" digər ekran əsərlərində rəngarəng obrazlar qalereyası yaradıb.

Xalq artisti, kinorejissor Vaqif Mustafayev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri vəzifəsini müvəqqəti icra edən Xalq artisti Hacı İsmayılov, Xalq artisti, kinorejissor Oqtay Mirqasımov, Xalq artisti, müğənni Gülyanaq Məmmədova görkəmli sənətkarla bağlı xatirələrini danışaraq onun bənzərsiz yaradıcılığından söz açıblar.

 

Azərbaycan.-2023.- 21 iyul.- S.10.