Ziyafət Əsgərov: Pyotr Tolstoyun açıqlaması Rusiya-Azərbaycan münasibətlərinə xələl gətirir

 

Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması heç bir halda başa düşülən deyil, Rusiya ilə Azərbaycan arasında mövcud münasibətlərə bu münasibətləri tənzimləyən müqavilələrə xələl gətirir.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib. Ziyafət Əsgərovun sözlərinə görə, 22 fevral 2022-ci il tarixli Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannaməni xatırlatmaq kifayətdir ki, hər şey aydın olsun: "Həmin bəyannamədə hər iki dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, eyni zamanda bir-birilərinin daxili işlərinə qarışmaması xüsusi vurğulanıb. Hesab edirəm ki, Pyotr Tolstoy bu bəyannaməni təsdiq edən Rusiya Prezidenti Vladimir Putinin imzasına hörmətlə yanaşmalıdır.

Azərbaycan 30 ildən artıqdır ki, müstəqil dövlətdir, müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan heç kimdən asılı deyil. Azərbaycan Rusiya ilə münasibətlərdə beynəlxalq hüququn bərabər subyektliliyi prinsipinə əsaslanır".

Parlamentin komitə sədri Azərbaycanın müstəqilliyinin əbədi olduğunu vurğulayıb: "Təəssüf ki, Rusiyada Azərbaycanla əlaqələrə kölgə salan Zatulin, Milonov kimilərinin sayı yüksələn xətt üzrə irəliləyir ki, bu hal, o cümlədən Rusiya Dövlət Dumasının üzvü Pyotr Tolstoyun açıqlaması dövlətlərarası münasibətlərə xələl gətirir.

Son zamanlar Rusiya mediasında da anti-Azərbaycan ab-havası artır, ölkəmizin ünvanına kəskin hücumlar özünü açıq büruzə verir. 44 günlük Vətən müharibəsi bir daha Azərbaycanın hansı gücə malik olduğunu göstərdi. Rusiyanın belə rəsmi şəxsləri bunları nəzərə almalıdırlar. "Dağlıq Qarabağ" "Stepanakert" kimi anlayışlar isə artıq tarixin arxivinə qovuşub. Pyotr Tolstoy "bəlkə qaytardılar" arzusu ilə yaşayırsa, bilməlidir ki, qatar artıq çoxdan gedib bununla razılaşmalıdır. Hamı bilməlidir ki, müstəqil dövlət kimi Azərbaycan öz ərazisində prosesləri ölkə qanunvericiliyi çərçivəsində tənzimləməlidir tənzimləyir. Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası da daxil olmaqla, bütün məsələlər bu kontekstdə qiymətləndirilməlidir. Bu, zəruri prosesdir bu prosesə maneçilik törədilməsi cəhdləri iflasa məhkumdur".

 

Azərbaycan.-2023.- 22 iyul.- S.8.