Əbədi sarsılmaz qardaşlıq

 

Prezident İlham Əliyev Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməl üzərində yüksəldiyini bəyan etdi

 

İyulun 21-də "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev dünyanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərin suallarını cavablandırıb. Dövlət başçısı türkiyəli jurnalistin qardaş ölkə ilə münasibətlər barədə sualına da fikirlərini bildirib.

Prezident qeyd edib ki, Türkiyə Prezidenti, qardaşı Rəcəb Tayyib Ərdoğanla şəxsi dostluğu təkcə regionda deyil, dünyada məlum bir faktdır: "Bu, regional inkişaf sabitlik baxımından çox mühüm amildir. Eyni zamanda Türkiyə Azərbaycan xalqları arasında da münasibətlər, əlbəttə ki, uzunmüddətli dostluq qardaşlıq əlaqələri üzərində qurulubdur. Bu, çox gözəl təməldir bizim ölkələrimiz məhz bu təməl üzərində inkişaf edir, bir-birini dəstəkləyir. Mən deyərdim ki, İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. O zaman Prezident Ərdoğanın Qarabağ müharibəsinin ilk saatlarında verdiyi "Azərbaycan yalnız deyil!" bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik".

Şuşa Bəyannaməsinin imzalanması ilə iki ölkə arasında münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəldiyini xatırladan Azərbaycan Prezidenti qeyd edib ki, bu, bizim xalqlarımız ölkələrimiz üçün çox böyük sərvətdir. Bu bəyannamə qarşıda yeni üfüqlər açdı: "Baxmayaraq ki, bundan öncə Azərbaycan Türkiyə bir çox sahədə birlik, həmrəylik qarşılıqlı dəstək nümayiş etdirib. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi bir çox sahədə əməkdaşlığın olduğunu görərik. Yəni əməkdaşlığın yüksək səviyyədə olmadığı sahəni tapmaq çətindir. Qardaşım Prezident Ərdoğanın yenidən seçiləcəyinə mənim şübhəm yox idi. Çünki onun hakimiyyətdə olduğu 20 il ərzində Türkiyə üçün etdiyi öz xalqına ölkəsinə sadiqliyin təzahürüdür".

 

Türkiyə Azərbaycan üçün strateji müttəfiqlikdən yüksək dəyərlərə malikdir

 

Milli Məclisin deputatı Aydın Mirzəzadə qəzetimizə açıqlamasında deyib ki, Türkiyə Azərbaycan üçün strateji müttəfiqlikdən yüksək dəyərlərə malik ölkədir. Türkiyə qardaşımız, dostumuzdur: "Eyni zamanda Türkiyədə Azərbaycanla bağlı bu cür dərin, ürəkdən gələn fikirlər eşidirik. Bir xalqın iki dövlətinin daim bir yerdə olması zamanın cəmiyyətlərin sosial sifarişidir".

Deputatın fikrincə, iki ölkə rəhbəri arasında şəxsi dostluğun olması Türkiyə-Azərbaycan müttəfiqliyinin möhkəmlənməsində əsas rol oynayır. Təsadüfi deyil ki, Türkiyə Prezidenti beynəlxalq görüşlərdə tədbirlərdə öz ölkəsi ilə yanaşı, Azərbaycanın da milli maraqlarını səsləndirir müdafiə edir. Ərazi bütövlüyümüzün təmin edilməsində Türkiyənin Azərbaycana mənəvi siyasi dəstəyi çox böyük rol oynayıb. Azərbaycan da Türkiyəyə öz dostluğunu həmişə nümayiş etdirir. İllər əvvəl Prezident İlham Əliyevin Praqada keçirilmiş  dövlət hökumət başçılarının iştirakı ilə "Şərq tərəfdaşlığı" proqramının 5 illiyinə həsr olunan sammitdə Ermənistan prezidentinin Türkiyə ilə bağlı sərt fikirlərinə "Türkiyə yoxdur, mən burdayam" deyimi tarixə düşəcək bir ifadə oldu.

A.Mirzəzadə deyib ki, Azərbaycan Türkiyənin milli maraqlarını özünün milli maraqları kimi qəbul edir. "Azərbaycan Türkiyə iqtisadiyyatına həcmcə ən böyük investisiya qoyan ölkədir. Elə bir sahə yoxdur ki orada Azərbaycan-Türkiyə əməkdaşlığı mümkün olmasın. Cənab prezidentin Azərbaycanda Milli Mətbuat Günü ərəfəsində  mədəniyyət paytaxtımız Şuşada mətbuat nümayəndələri qarşısında çıxışında Azərbaycan-Türkiyə dostluğuna xüsusi diqqət çəkməsi bizim müttəfiqliyimizin, qardaşlığımızın əbədi sarsılmaz olduğunu göstərir", - deyə o əlavə edib.

Deputat hər iki ölkənin daim birlikdə bu yolla gedəcəyini vurğulayaraq qeyd edib ki, Azərbaycan Türkiyə bir-birini dəstəkləyəcək, çətin gündə yanında olan, şad günündə sevinən sevincini bölüşən olacaq.  Bunlar hər bir azərbaycanlının türkiyəlinin qəlbindən gələn istəkdir. Prezident İlham Əliyevin Türkiyə ilə bağlı yüksək fikirlər səsləndirməsi hər bir azərbaycanlının ürəyindən oldu.

 

İki ölkə arasında münasibətlər dünya dövlətlərinə örnəkdir

 

Milli Məclisin deputatı Kamilə Əliyeva qeyd edib ki, Azərbaycan-Türkiyə arasında dostluq, qardaşlıq münasibətləri dünya dövlətlərinə örnək ola biləcək səviyyədədir. İki ölkə arasındakı münasibətlər yalnız hər iki dövlətin mənafelərinə deyil, dünyanın bütün dövlətlərinin xalqlarının sülh əmin-amanlıq şəraitində yaşamalarına xidmət edir: "Təəssüflər olsun ki, bu gün dünyada beynəlxalq hüquq işləmir, ədalət prinsipləri pozulub, güc amili ön plana çıxıb. Bu gün güclü dövlətlər öz maraqlarını diktə etməyə çalışırlar. Azərbaycanla Türkiyə arasında istər siyasi, istərsə iqtisadi sahələrdə mövcud əlaqələr dünyada ədalətin bərpasına, dövlətlərin bərabər hüquqa malik olmasına xidmət edir".

K.Əliyeva vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sözdə deyil, əməldə hər zaman haqq, ədalətin yanında olduqlarını sübut ediblər. Dövlət başçısı Şuşa şəhərində Azərbaycan Türkiyə arasındakı münasibətlərin regionda təhlükəsizliyə, siyasi sabitliyə, iqtisadi inkişafa xidmət etdiyini vurğuladı. Ölkələrimiz dünyanın iqtisadi maraqlarına, tərəqqisinə xidmət edən, beynəlxalq iqtisadi layihələri gerçəkləşdirən aparıcı dövlətlər qismində çıxış edirlər. Bu gün bəzi Qərb dövlətləri, xüsusən Fransa bölgədə nifaq salmağa çalışır, yeni müharibəyə səbəb ola biləcək siyasət yürüdür. Dövlət başçımız bütün çıxışlarında Azərbaycanın müharibə istəmədiyini, regionda sülhün bərqərar edilməsinin tərəfdarı olduğunu vurğulayır.

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2023.- 23 iyul.- S.4.