Dulusçuluq min illər yol gələn sənət nümunəsidir

 

Xalq sənətkarlığı nümunələri xalqların tarixini, mədəniyyətini, incəsənətini, bir sözlə, qədim  keçmişini öyrənmək üçün ən etibarlı vasitə hesab olunur. Min illər bundan əvvəl toxunmuş xalçalardakı ilmələr, naxışlar, butalar, çeşnilər, mis qablar üzərindəki oymalar, keramika ustalarının, dulusçuların gil qablar üzərində "saldıqları izlər" xalqımızın milyon illik tarixinin sübutu, mədəni  kimliyimizi təsdiq edən ən dəyərli  nümunələrdir.

Dulusçuluq qədim sənət növlərindən biridir. Azərbaycanın dulus ustaları məişətin müxtəlif sahələrində işlədilən çoxlu gil məmulatları hazırlayırdılar. Etnoqrafık tədqiqatlar göstərir ki, məişətdə işlədilən dulusçuluq məhsulları  öz təyinatlarına görə bir neçə qrupa bölünürlər. Bunların arasında su qabları, yemək qabları, süd məhsulları üçün, eləcə evlərin qızdırılması işıqlandırılması üçün nəzərdə tutulan qablar əsas yer tutur.

Təkcə məişətdə işlədilən su qablarının bir neçə növü su daşımaq (səhəng, cürdək, bardaq, şəhrəng, kuzə), su saxlamaq süfrədə işlətmək (küp, sürahı, qurqur, dolça, parç, tayqulp), yuyunmaq dəstamaz almaq üçün (aftafa, lülyəin s.) istehsal edilirdi. Ümumiyyətlə isə, dulus ustaları 50-dən çox müxtəlif növlü qab-qacaq istehsal etməyi bacarmışdılar.

Bədii keramika Azərbaycan sənətkarlığının ən qədim sahələrindən biri olub bu günə qədər öz əhəmiyyətini saxlamışdır. Mütəxəssislər sənətin bu sahəsinin meydana çıxmasını Neolit dövrünə aid edirlər. Əvvəlcə, əsasən, qadınların məşğul olduğu dulusçuluq Eneolit dövründə tətbiq edilən bir sıra texniki nailiyyətlər bədii təkamül nəticəsində müstəqil sənət sahəsinə çevrilmişdi. Yerli sakinlərdə estetik təsəvvürlərin formalaşması keramik məmulatlarda da tədricən dekorativ xüsusiyyətlərin artmasına gətirib çıxarmışdır. Sadə həndəsi nəbati motivlər əvvəlcə qoruyucu ovsun mahiyyətli olmuş, tədricən, onların dekorativ xüsusiyyətləri kəşf edildikcə, bəzək sistemlərinə çevrilmişlər.

İbtidai dövrdə zoomorf keramik qabların meydana gəlməsi qədim insanlarda totemistik animistik anlayışların yaranması ilə əlaqələndirilir. Bu məmulatların ayin təyinatlı olması həmin qabların yalnız qəbir inventarında rast gəlinməsi ilə izah olunur.

Tunc Dəmir dövrü keramikasının ayrıca istiqamətini boyalı qablar təşkil edir. Tunc Dəmir dövrünü əhatə edən rəngli keramika mədəniyyəti bizə daha çox bədii ifadəli dekorasiyanın yeni imkanlarını axtarışlarını nümayiş etdirir. Naxçıvanın Kültəpə adlanan nekropolunda aşkar olunmuş polixrom keramika bu sənətin yeni inkişaf mərhələsini əks etdirir. Bu dövrün bədii keramikasındakı dekor prinsipləri bir çox motivləri Ön Asiya, Yaxın Şərq sivilizasiyaları ilə bədii-texnoloji əlaqələrin, təmasın olmasını sübut edir. Azərbaycan ərazisində mövcud olmuş antik Albaniya (Qafqaz) dövlətinin keramika sənətinə artıq Yunan-Roma sənətkarlığının təsiri izlənməkdədir. Yaloylu təpə (Qəbələ) keramikasının konstruktiv plastik xüsusiyyətləri bu mədəni kontaktların bariz nümunəsidir.

Arxeoloji qazıntılar zamanı əldə edilmiş tapıntılar göstərir ki, keramika erkən Orta əsrlərdə Azərbaycanda ən geniş yayılmış sənət sahələrindən biri olmuşdur. Azərbaycanın Qəbələ, Beyləqan, Bakı, Mingəçevir, Naxçıvan digər bölgələrində tapılmış saxsı məmulatları bu növün bədii texnoloji xüsusiyyətləri haqqında bizə ətraflı məlumatlar verərək, keramik məmulatda dekorativliyin artmasını nümayiş etdirirlər.

Mütəxəssislər dulusçuluq sənətini   iki böyük hissəyə bölürlər. Bunlardan birincisi, qırmızı gil keramika, ikincisi, cilalanmış qara rəngli keramikadır.

Gil qablar kürədə bişərkən, gilin tərkibində olan dəmir duzları istiliyin təsiri nəticəsində dəmir oksidinə çevrilir. Dəmir oksidləri isə bişmiş qablara qırmızı, çəhrayı, qəhvəyi, sarımtıl, qırmızı rənglər verir. Qədim dulusçular gil qabları bu rənglərdən azad edib, onlara qara boz rənglər vermək üçün texnoloji üsul axtarıb tapmışlar. Onlar bu üsulu kəşf edərkən fiziki qanuna, maddələrin istidən genişlənib, soyuqdan sıxılması halına əsaslanmışlar.

Eneolit dövründə başlayıb tunc dövründə ən yüksək zirvəsinə çatmış qara rəngli keramikanın yayılma ərazisi geniş olmuşdur. Arxeoloqlarımız qazıntılar zamanı Xanlar, Mingəçevir, Daşkəsən, Qazax   digər bölgələrin ərazilərində  bu cür qablara daha tez-tez rast gəlirlər. Keramikadan düzəldilmiş qab-qacaqlar öz formalarından daha çox üzərindəki bəzəkləri ilə diqqəti cəlb etmişdir. Arxeoloqlarımız bu tip keramika nümunələri üzərində rast gəlinən naxış elementlərinin adi bəzək deyil, qədim yazı növləri (piktoqram) olduğu fikrini irəli sürmüşlər. Qazax bölgəsinin Babadərviş adlı qədim yaşayış məskənindən bu tip yazılı qablar xüsusilə çox tapılmışdır. Qara keramika üzərində rast gəlinən müxtəlif mahiyyətli şəkil, naxış nümunələri o dövrdə əsasən iki üsulda icra olunurdu. Bunlardan biri cızma, o birisi isə inkrustasiya idi. Onu da qeyd etmək lazımdır ki, qara keramika mədəniyyəti bu dövrdə tək Şimali Azərbaycanda yox, Cənubi Azərbaycan ərazisində öz yüksək inkişaf mərhələsini keçmişdir.

 

Elşən QƏNİYEV,

Azərbaycan.-2023.- 23 iyul.- S.7.