Teatr Xadimləri İttifaqında bir qrup jurnalist fəxri fərmanla təltif edilib

 

Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuat Günü münasibətilə keçirilən mükafatlandırma mərasimində bir sıra jurnalistə ittifaqın fəxri fərmanları təqdim olunub.

Tədbirdə Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlahiyyətlərini icra edən Xalq artisti Hacı İsmayılov Azərbaycan mətbuatının keçdiyi şərəfli yoldan danışaraq, media nümayəndələrini bayram münasibətilə təbrik edib onlara gələcək işlərində uğurlar arzulayıb.

Sonra kütləvi informasiya vasitələri ilə əlaqələrin inkişafından məmnunluq ifadə edilib, faydalı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminlik bildirilib.

Sonda teatr sənətinin inkişafındakı xidmətlərinə görə Milli Mətbuat Günü münasibətilə media nümayəndələri təltif ediliblər.                                                                                                                                             

 

Azərbaycan.-2023.- 23 iyul.- S.7.