Rəsul Rzanın ev-muzeyində Milli Mətbuat Günü ilə əlaqədar tədbir keçirilib

 

Göyçayda Rəsul Rzanın ev-muzeyində Milli Mətbuat Günü ilə əlaqədar "Heydər Əliyev Azərbaycan mətbuatı" mövzusunda "dəyirmi masa" təşkil olunub.

"Dəyirmi masa"da "Göyçay" qəzetinin, rayondakı Tarix Diyarşünaslıq Muzeyinin əməkdaşları, mətbuat işçiləri, yazarlar rəssamlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Göyçay" qəzetinin redaktoru Adil Məmməd milli mətbuatın yaranma tarixindən danışaraq qeyd edib ki, cəmi 56 nömrəsi işıq üzü görsə , "Əkinçi" qəzeti Azərbaycan milli mətbuatının təşəkkül tapmasında böyük əhəmiyyət daşıyıb. Qəzet az müddətdə həm ziyalı təbəqə, həm sadə insanlar arasında çox məşhurlaşıb.

Daha sonra çıxış edən natiqlər müasir Azərbaycan mətbuatının bu günündən mətbuat işçilərinə dövlət tərəfindən göstərilən qayğıdan bəhs ediblər.

 

Azərbaycan.-2023.- 23 iyul.- S.7.