M.M.Şixəliyevin, S.Y.Ələkbərovun Y.S.Məmmədovun ali hərbi rütbədən dövlət təltiflərindən məhrum edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Mövlam Məmmədismayıl oğlu Şixəliyevin, Sahib Yunus oğlu Ələkbərovun Yasin Seyfulla oğlu Məmmədovun ağır xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsini Bakı Hərbi Məhkəməsinin təqdimatlarını əsas götürərək qərara alıram:

 

1. Mövlam Məmmədismayıl oğlu Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəliVətənə xidmətə görəordenindən, “Vətən uğrundaHərbi xidmətlərə görəmedallarından məhrum edilsin.

2. Aşağıdakı şəxslərVətən uğrundamedalından məhrum edilsinlər:

2.1. Sahib Yunus oğlu Ələkbərov;

2.2. Yasin Seyfulla oğlu Məmmədov.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 24 iyul 2023-cü il

Azərbaycan.-2023.- 25 iyul.- S.8.